Boş

Vikisitat saytından



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Ağıllı qadın! Əgər istəyirsən ki, ərin boş vaxtlarını səninlə keçirsin, elə elə ki, o səndə gördüyü həzzi və rahatlğı, etibarı və təvazökarlığı heç yerdə tapa bilməsin. Pifaqor

B[redaktə]

Ç[redaktə]

  • Çirkinin ağzındakı gözəl söz acizin ağzındakı haqlı söz qədər boş və lazımsızdır. Reşat Nuri Güntekin

D[redaktə]

  • Dərdli olmanın sirri, dərdli olub olmadığımızı düşünəcək qədər boş vaxta sahib olmağımızdır. Çin atalar sözləri
  • Dünya boş-bekar adam üçün heçdir. Lüdviq Feyerbax

E[redaktə]

  • Ey kor! Bu yer, bu göy, bu ulduzlar boşdur boş! Burax onu-bunu könlünü xoş tut! Durmadan qurulub dağılan bu dünyada bir nəfəsdir alacağın. O da boşdur, boş! Ömər Xəyyam

Ə[redaktə]

  • Əgər Tanrı və insanlıq, sizlərin də doğruladığı kimi, bir bütünlük olsalar, mənim də onlardan əskik bir tərəfim yoxdu və "boş" olduğuma dair bir şikayətim də yoxdur. Mən heçəm deyərkən, boş olduğumu demirəm, şəxsən yaradıcı bir heçəm, bir yaradıcı olaraq hər şeyi yaradan bir heç. Maks Ştirner
  • Ətrafdakı insanlar boş vaxtlarında özlərinə yer tapmayıb primitiv əyləncə və məşğuliyyət axtaranda, mən yaxşı bir kitab tapıb, öz-özümə deyirəm ki, təkcə bu, bütün həyata kifayətdir. Fyodor Dostoyevski
  • Əzəmətli, amma boş bir qəsr, addım səsləriniz, əks-səda verən boş otaqlarda dolanırsınız. Mişel Uelbek

G[redaktə]

  • Gecənin kabusu təzə açılmış səhər işığından qaçıb gizləndiyi kimi, hüzn, can sıxıntısı, şıltaqlıq və boş arzular da əməyin açıq və sakit simasından qaçıb gizlənir. Konstantin Uşinski

H[redaktə]

  • Hər kəs sevdiyinin arxasında boş-boşuna qaçmaq yerinə, özünü sevənə "hə" desə; Bitəcək bu film. Ceyhun Yılmaz
  • Hər şeyə əsəbiləşən, boş yerə hay-küy salaninsan ya lovğadır, ya da ağılsız. Aleksandr Pop

İ[redaktə]

  • İçi boş adam az şey istər, çox şey versən, narazı qalar. Abay Kunanbayev

Q[redaktə]

  • Qadına nəinki zəruri insan, eləcə də zəmanəmizin alicənab insanı üçün sevgi imkanının başlıca şərti kimi baxmaq və hörmət etmək lazımdır. Gözəl nəşr edilmiş boş kitabı görmək xoş olmadığı kimi, həyatın bütün maddi nemətlərindən istifadə edən boş adamı görmək də bir o qədər xoşagəlməzdir. Vissarion Belinski

M[redaktə]

N[redaktə]

  • Nəfis şəkildə çap olunmuş boş kitabı görmək var-dövlətli boş adam görmək qədər pisdir. Vissarion Belinski

U[redaktə]

  • Unutmayın, demokratiya heç vaxt uzun sürmür. Tezliklə özünü israf edir, tükəndirir və öldürür. Hələ heç vaxt intihar etməyən demokratiya olmayıb. Demokratiyanın aristokratiya və ya monarxiyadan daha az boş, daha az qürurlu, daha az eqoist, daha az iddialı və ya daha az xəsis olduğunu söyləmək əbəsdir. Bu, əslində doğru deyil və tarixin heç bir yerində görünmür. Bu ehtiraslar bütün insanlarda, sadə hökumətin bütün formalarında eynidir və nəzarət edilmədikdə, saxtakarlıq, zorakılıq və qəddarlığın eyni nəticələrini yaradır. Con Adams

V[redaktə]

  • Vəzifə həmişə bizimlədir; dahası bizə hər dəfə boş bir fərd olmağı qadağan etmişdir. Albert Payk

İstinadlar[redaktə]