Ehtiyatlı
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
[redaktə]- Bir hökumət afişalar vasitəsi ilə öz vətəndaşlarına sülh və firavanlıq gətirməyə ehtiyac duyursa, ehtiyatlı olun və həmişə bunun əksini gözləyin. İvo Andriç
- Biz bilirik ki, doldurulmuş silahla ehtiyatlı davranmaq lazımdır. Sözlə də eyni cür davranmanı isə bilmək istəmirik. Söz öldürə də bilər, ölümdən də pis fəlakət törədə bilər. Lev Tolstoy
C
[redaktə]- Cahillikdən doğan sözü təkrar edərkən ehtiyatlı olmaq lazımdır. Abay Kunanbayev
Ç
[redaktə]- Çox ehtiyatlı olmaq da qorxaqlıqdır. Başqırd atalar sözləri
D
[redaktə]- Demək lazımdır ki, əgər qayğısız amerikalılar ehtiyatlı olurlarsa, o zaman yalnız ağlı başında olmayan onlardan nümunə götürmək istəməz. Jül Vern
- Dostunun da düşmənindən, düşməninin də dostundan ehtiyatlı dolan. Ərəb atalar sözləri
E
[redaktə]- Ehtiyatlı adam nadir hallarda səhv edir. Konfutsi
- Ehtiyatlı hərəkət etmək ağıllı düşünməkdən vacibdir. Mark Tulli Siseron
- Ehtiyatlı oğulun anası ağlamaz. Azərbaycan atalar sözləri/Ehtiyat və sayıqlıq
- Ehtiyatlı olanın səadəti olar. Rus atalar sözləri
- Ehtiyatlı olmaq məcburiyyətində deyiləm, bir tapançam var! Homer Simpson
- Ehtiyatlı olun, aldanmayın! Çünki Mənim adımla çox adam gəlib “mən Oyam” və “vaxt yaxınlaşıb” deyəcək. Onların ardınca getməyin.[1] İsa
- Ehtiyatlı sərkərdə ağılsız sərkərdədən yaxşıdır. Oktavian Avqust
Ə
[redaktə]- Əgər yuxuda erməni görübsünüzsə, çox ehtiyatlı olun, bilin ki, sizi aldadacaqlar və yaxud, sizə xəyanət edəcəklər. Olqa Smurova
- Əsl sevgi kobud və yüngülxasiyyət deyil. Utancaqlıq onu ehtiyatlı edir; o itirəcəyindən qorxaraq çox şey etməyə cəsarət etmir. Jan Jak Russo
F
[redaktə]- Fəthin, zəfərin, qələbənin, xoşbəxtliyin, səadətin açarı ehtiyatlı olmaqdır. Ehtiyatlılığın birinci şərti isə məşvərətdir. Kəlilə və Dimnə
G
[redaktə]- Güclü olub ehtiyatlı olmayan çox yaşamaz. Madaqaskar atalar sözləri
H
[redaktə]- Heç kim plan qurarkən və onu icra edərkən ehtiyatlı olmur. Mülahizələrdə biz möhkəmik, hərəkətlərdə isə qorxuya güzəştə gedirik. Fukidid
- Həqiqətlər nə qədər yüksək olarsa, bir o qədər ehtiyatlı olmaq lazımdır. Əks təqdirdə, onlar ümumi yerlərə aid olar. Ümumi yerlərə isə inanmırlar. Nikolay Qoqol
- Hər bir addımında diqqətli, ehtiyatlı olan Şah İsmayıl ağıllı məsləhətlərə də qulaq asır, əqidə, məslək yolunda sədaqətlə hərəkət edirdi. Döyüşə nikbin əhval-ruhiyyə ilə gedərdi. O, böyüklə-böyük, kiçiklə-kiçik olmağı bacarırdı.[2] Əzizə Cəfərzadə
- Həyatınıza təhlükə yarada biləcək altı varlıqla ehtiyatlı olun: hökmdarla, odla, su ilə, qadınla, ilanla və axmaqla. Çanakya/Hökmdar
İ
[redaktə]- İlk dəfə Monrealdan Nyu-Yorka getmək qərarına gələndə, həmişə saf qadın hesab etdiyim anam — ona görə ki, rus idi (Litvadan miqrasiya etmiş yəhudi — Esquire) və ingiliscəsi yaxşı deyildi — mənə dedi: “Leonard, ehtiyatlı ol. Ordakı adamlar bizim kimi deyillər”. Əlbəttə, mən ona heç nə demədim — o mənim anam idi, ona hörmətsizlik eləmək istəmirdim — ancaq öz-özümə düşündüm: “Ana, axı mən daha uşaq deyiləm”. Lakin o düz deyirdi. O necə də haqlı idi. Leonard Koen
- İnsanlar yaşlandıqca ağıllanmırlar. Onlar sadəcə daha ehtiyatlı olurlar. Ernest Heminquey
Q
[redaktə]- Qadın nifrət edəndə kişi ehtiyatlı olmalıdır. Çünki, qəlblərinin dərinliklərində kişi qəzəbli, qadın isə pisdir. Fridrix Nitsşe
M
[redaktə]- Mən dostlarımı onların görünüşünə, tanışlarımı yaxşı xarakterlerinə, düşmənlərimi isə parlaq zəkalarına görə seçirəm. Heç bir insan öz düşmənlərinin seçimində bu qədər ehtiyatlı ola bilməzdi. Oskar Uayld
Ö
[redaktə]- Öz düşüncələrinizə qarşı ehtiyatlı olun, onlar - əməlin başlanğıcıdır. Lao-tszı
R
[redaktə]S
[redaktə]- Səni tərifləyənlə ehtiyatlı ol. Yapon atalar sözləri
- Sizi sevməyən insanlardan qorxmaq lazım deyil. Özünü sevirmiş kimi göstərənlərdən ehtiyatlı olun. Alla Puqaçova
- Sözlərdə ehtiyatlı olmaq bəlağətli nitqdən daha üstündür. Frensis Bekon
Y
[redaktə]- Yalnız eşqi və ehtirası sevən qadınlardan ehtiyatlı olmaq lazımdır. Hesiod
- Yolda ehtiyatlı ol. Bu gün bir həyat üçün ən təhlükəli yerdir. Fyodor Uqlov
İstinadlar
[redaktə]- ↑ Luka 21:8
- ↑ ŞAH İSMAYIL XƏTAİ HAQQINDA FİKİRLƏR