Gücsüz
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağıl nüfuzdan yox, nüfuz ağıldan doğur, ağıldan doğmayan hər cür nüfuz gücsüzdür. Valter Skott
- Axmağın əlinin altında ağıllı, gücsüzə tabe olan qüvvətli, xəsisə möhtac olan səxavətli yazıq sayılar. Qabusnamə
- Amma güclülər gücsüzləri İncidə bilməyəcək qədər gücsüz olunca, gücsüzlər çəkib gedəcək qədər güclü olmaq məcburiyyətində idilər. Milan Kundera
B
[redaktə]- Bizə məlumdur ki, türk farsdan daha kəskin zəkalı, daha anlayışlı, daha saf, daha çox yaradıcıdır, ... fars dili yüksək və dərin mövzuları anlatmaqda gücsüzdür. Çünki türk dilinin yaranışında və mövzularında çox incəlik, özünəməxsusluq vardır. Əlişir Nəvai
C
[redaktə]- Cəmiyyətin düşüncəsi ülgüc kimidir: gücsüzlər ondan qorxar, savadsızlar onunla əlini kəsər, ağıllılar isə istifadə etməyi bacarır. Con Milton
Ç
[redaktə]- Çox vaxt gücsüzlüyü və süstlüyü səbir zənn edirlər. Elbert Habbard
- Çünki o, babamın böyük çətiri altında yaşayırdı və heç bir təhsili yox idi - üç uşağı var idi, əri tərəfindən atılmışdı, pulu yox idi - dəhşətli həyat idi. Atasının və ya başqasının diqqətini çəkə bilməsinin yeganə yolu xəstə olmaq idi. O, bunu şüurlu şəkildə etməyib. Uşaq ikən özümü gücsüz və günahkar hiss edirdim, çünki ona heç bir şəkildə kömək edə bilməyəcəyimi hiss edirdim. İsabel Allende
D
[redaktə]- Durduğu səviyyədən daha yüksəyə qalxa bilməyən insan aciz və gücsüzdür. Süleyman
E
[redaktə]- Eyni ilə göz kimi, “Ruh o dərəcədə gücsüzdür ki, özünü belə görə bilmir”. Özünü görməyən ruh bütün başqa şeyləri görür. Mark Tulli Siseron
Ə
[redaktə]- Ədalətə tabe olmağı ədalətin özü tələb edir, gücə tabe olmamaq isə mümkün deyil. Güçün dəstəkləmədiyi ədalət zəifdir, ədalətin zəifləmədiyi güc müstəbidlikdir. Gücsüz ədaləti həmişə əzməyə çalışacaq, ədalətsiz gücə isə həmişə nifrət edəcəkdir. Buna görə ədalətlə gücü birləşdirmək lazımdır; Ya ədaləti güclü etmək, ya da gücü ədalətli etmək gərəkdir. Ədalətə qarşı çıxmaq asan, gücə qarşı çıxmaq çətindir. Elə buna gərə də ədalət güclü ola bilmədi - güc onu saya almaq istəmədi, yalnız onun özünün, yəni gücün ədalət mücəssiməsi olduğunu iddia etməyə başladı. Və ədaləti güclü etməyə qabil olmayan insanlar gücü ədalətli hesab etməyə razı oldular. [1] Blez Paskal
- Əgər sən qarşılıqlı məhəbbətsiz sevirsənsə, yəni sənin sevgin bir sevgi olaraq cavab sevgisi doğurmursa, bir sevən adam kimi sən həyatı təzahürünlə özünə sevdirə bilmirsənsə, onda sənin sevgin gücsüzdür və bu, bədbəxtlikdir. Karl Marks
- Əgər siz gücsüz düşüncənin qaranlıq cərgəsindən reallıqla güclənmiş razılaşmanın parlaq işığına keçə bilsəniz, maneələr deyil, imkanlar görəcəksiniz. Siz maneələri deyil, finiş xəttini görəcəksiniz. Stiv Maraboli
- Əslində, dövlət çərçivəsində vicdan gücsüzdür, çünki insanlar buna müraciət etsələr də, hər kəs üçün fərqlidir və hər kəsin həqiqət kimi özünə sahibdir. Georq Vilhelm Fridrix Hegel
F
[redaktə]- Fələk güclü, mən gücsüz. Azərbaycan atalar sözləri/F
G
[redaktə]- Güclü vaxtında yaxşılıq edən gücsüz vaxtında çətinlik çəkməz. Sədi Şirazi
- Gücsüz xalqlar güclü liderlər çıxarır, güclü xalqlarınsa liderə ehtiyacı yoxdur. Emiliano Zapata
- Gücsüz insan həqiqət haqqında heç nə deyə bilməz. Mixail Prişvin
- Gücsüzlüyünü dilə gətirmək ürəyi güclü insanların işidir. [2] Harold Laski
- Gücün həyata keçirilməsi, güclülərin dünyası ilə gücsüzlərin dünyası arasında minlərlə qarşılıqlı əlaqə ilə müəyyən edilir, daha çox ona görə ki, bu dünyalar heç vaxt kəskin xəttlə bölünmür: hər ikisində hər kəsin özündən kiçik bir hissəsi var. Vatslav Havel
- Gücün hökm etdiyi yerdə qanun gücsüzdür. Menandr
H
[redaktə]- Həddindən artıq qorxu həmişə gücsüzdür. Esxil
- Hər gücsüzün güclü, hər güclünün də bir gücsüz tərəfi vardır. Vilson Follet
İ
[redaktə]- İnsan ağlayan uşaqla torpaq sahibi qarşısında gücsüzdür. Yapon atalar sözləri
K
[redaktə]- Kafkanın əsəri ... ən azı üç tərcüməçi ordusu tərəfindən kütləvi şəkildə təxribata məruz qalmışdır. Kafkanı sosial alleqoriya kimi oxuyanlar müasir bürokratiyanın məyusluğu və çılğınlığı və onun totalitar dövlətdə son buraxılışının nümunələri ilə tanış olurlar. Kafkanı psixoanalitik alleqoriya kimi oxuyanlar Kafkanın atasına qarşı qorxusunun, kastrasiya (axtalanma) narahatlıqlarının, öz gücsüzlüyünün, xəyallarının əsiri olduğunun ümidsiz ifşalarını görürlər. Kafkanı dini təşbeh kimi oxuyanlar izah edirlər ki, “Qala”dakı K. cənnətə girməyə çalışır, “Məhkəmə”dəki Cozef K. Allahın amansız və sirli ədaləti ilə mühakimə olunur. Syuzan Zontaq
Q
[redaktə]- Qanun gücsüz olan yerdə dərd qadirdir. Fin atalar sözləri
- Qanunlar yalnız orta təbəqəli insanlara münasibətdə tam gücü ilə işləyir. Onlar varlıların sərvətlərinə və yoxsulların dilənçi vəziyyətlərinə qarşı gücsüz olur. Varlılar bu qanunları saya salmır, yoxsullar isə onlardan qaçır. Biri toru qırır, digəri isə onun arasından keçir. Jan Jak Russo
- Qəzəb gücsüzlüyün silahıdır. Sofiya Seqyur
- Qılınc kömək etməyən yerdə, dil də gücsüzdür. Gürcü atalar sözləri
Ö
[redaktə]- Ölümün dəhşəti və zülməti məhəbbət qarşısında gücsüzdür. Henrik İbsen
- Özümü yenidən bu qədər gücsüz hiss etmənin hüznü. İyirmi beş il sonra əlli yeddi yaşım olacaq. İyirmi beş il ərzində özümü yaratmalı və axtardığımı tapmalıyam. Ardınca qocalıq və ölüm gəlir. Mənim üçün ən əhəmiyyətli olan şeyi bilirəm. Boş-boş danışmalar və qısır yoxsulluqla vaxtı yelə verməyin yollarını da bilirəm. İçimdəki iki-üç meylə hakim kəsildim. Amma mənə gərək olan bu üstünlükdən nə qədər də uzağam. İnsanlara xas istəklərim, qaynar təbiətimlə bu unuduluş dənizlərinə, ölümün sehrinə bənzəyən bu ölçüsüz səssizliklərə uyğunlaşma arzusu arasında sürətlə parçalanıb qaldım. Alber Kamyu
- Özündən gücsüzə qəzəblənməklə öz gücsüzlüyünü göstərirsən. Volter
P
[redaktə]- Pivə sizi tənbəl, axmaq və gücsüz edir. Otto fon Bismark
R
[redaktə]- Rəhmdillik önündə qılınc da gücsüzdür. Yapon atalar sözləri
S
[redaktə]- Sərxoşluğun üç yaxşı xüsusiyyəti var: o, bizi pulsuz zənginləşdirir, gücsüz güclü edir və səbəbsiz ağıllı edir. Avstriya atalar sözləri
- Stiv Cobs xərçəng xəstəliyindən tamamilə gücsüz hala düşdükdə belə desək bəşəriyyətə son sitatını səsləndirmişdi. Bu sitat isə belə idi: “Mənfəət arxasınca daimi qaçış yürüşü insanı marionetkaya çevirir. Bu mənimlə də baş verdi. Allah yaxınlarımıza öz sevgimiz barədə bəhs etmək üçün bizi hislərlə yaradıb. Həyatım boyu qazandığım sərvəti özüm ilə apara bilmərəm. Özümlə apara bildiyim yeganə şey – sevgi ilə əlaqəli xatirələrimdir. Sizinlə getməli olan, sizi müşayiət etməli və irəli getmək üçün güc verməli olan əsl zənginlik məhz budur. Sevgi böyük məsafələri qət etməyə qadirdir. Həyatın sərhədi yoxdur. Fəth etmək istədiyiniz zirvələrə sahib olun. Ürəyinizin çağırdığı yerə gedin. Bütün bunlar öz əlinizdədir. Pulunuz olduqda sizi istədiyiniz yerə aparacaq, işdə və yaxud evdə işinizi sizin əvəzinizə görəcək insanlar tuta bilərsiniz. Lakin heç kəs sizin xəstəliyinizi özünə götürməyəcək. Əldən verdiyimiz maddi əşyaları tapmaq, qazanmaq, axtarmaq olar. Lakin itirdikdən sonra tapa bilməyəcəyiniz bir şey var. Bu həyatdır. İndi yaşınızın nə qədər olduğu və yaxud nələrə nail olduğunuz önəmli deyil. Hər birimizin həyatında pərdələrin enəcəyi gün gələcək. Sizin xəzinəniz – ailənizə, sevdiyiniz insana, yaxınlarınıza, dostlarınıza olan sevgidir… Özünüzü qoruyun. Digərlərinin qayğısına qalın!” Stiv Cobs
T
[redaktə]- “Tamamilə özgələşməmiş, həssas və hiss edə bilən, ləyaqət hissini itirməmiş, hələ “satılmamış”, başqalarının əzabından hələ də əziyyət çəkə bilən, malik olma tərzini tam qazanmış – qısaca desək, şəxsiyyət olaraq qalmış və əşyaya çevrilməmiş insan indiki cəmiyyətdə özünü tənha, gücsüz, təcrid olunmuş hiss etməyə kömək edə bilməz. O, özündən və öz əqidəsindən şübhələnməyə bilməz, əgər ağlı başında olmasa. O, "normal" müasirlərinin həyatında olmayan sevinc və aydınlıq anlarını yaşaya bilsə də, əzabdan xilas ola bilmir. O, nadir hallarda dəli cəmiyyətdə yaşayan sağlam düşüncəli insanın vəziyyətindən qaynaqlanan nevrozdan əziyyət çəkəcək, özünü xəstə cəmiyyətdən uyğunlaşdırmağa çalışan bir xəstənin daha ənənəvi nevrozundan daha çox. Onun təhlilində daha da irəli getmə prosesində, yəni daha böyük müstəqillik və məhsuldarlığa doğru inkişaf əsas yer tutur, onun nevrotik simptomları özlərini sağaldır. Erix Fromm
- Tənqid gücsüzün gücüdür. Alfons de Lamartin
Y
[redaktə]- Yаşаdаn kаinаtı qüvvətdir,
Gücsüzün həp nəsibi zillətdir. Hüseyn Cavid - Yüz müəllimi üzərinizə qoyun - əgər özünüzü məcbur edə və özünüzdən tələb edə bilməsəniz, onlar gücsüz olacaqlar. Vasili Suxomlinski