Gülünc
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
[redaktə]- Bayağı, prinsipsiz, əqidəsiz və məqsədsiz insanları sevmirəm. Yalnız öz rifahını düşünən insan gülüncdür. Çünki, onun həyat fəlsəfəsi “əlinə nə düşsə, dərhal ye” ifadəsindən ibarətdir. Mikayıl Müşfiq
- Bəziləri elə düşünürlər ki, Allah sərbəst səbəbdir. Çünki, onların fikrincə, Allah elə edə bilər ki, bizim dediyimiz kimi onun təbiətindən irəli gələn,yəni onun hakimiyyətində olan baş verməzdi, başqa sözlə desək, onun tərəfindən edilməzdi. Onların bu fikri ona bənzəyərdi ki, Allah elə edə bilər ki, üçbucağın təbiətindən irəli gələn, uç bucaqlarının iki düz xəttinə bərabərliyi alınmazdı, yaxud bu səbəbdən nəticə çıxmazdı. Bu, gülünc bir fikirdir. Benedikt Spinoza
- Böyük şəxsiyyətlə gülünc şəxsiyyət arasında bir addım yol var. Napoleon Bonapart
- Bu dünya üçün qonşularla savaşmaq gülüncdür. Frans Kafka
- Bütün ehtiraslar bizə cinayət törədir, amma, bizi ən gülünc səhvlərə salan eşqdir. Fransua de Laroşfuko
D
[redaktə]- Dindəki səhvlər təhlükəli, fəlsəfədəki səhvlərsə yalnız gülüncdür. Devid Yum
Ə
[redaktə]- Ədalət olmayan yerdə əxlaqdan danışmaq gülüncdür. Mişel de Monten
- Əri üzərində hökmranlığı ələ almaq istəyən qadın bir zalıma, qul olan ağa isə gülünc və miskin bir varlığa çevrilir. Jan Jak Russo
G
[redaktə]- Gözəl şey heç vaxt gülünc görünmür. Mixail Zoşşenko
- Gülmə gülünc olana, özün gülünc olarsan. Azərbaycan atalar sözləri/G
- Gülünc olmaq, deməli işini uduzmaq. Vissarion Belinski
- Gülüş ölüb. Bir də ki, kim gülə bilər? Bizim hamımız gülünc insanlarıq (“Bizim ürəyimiz” romanından). Gi de Mopasson
H
[redaktə]- Hamının xoşuna gəlmək arzusu ən gülünc arzudur. Yohann Volfqanq Göte
- Həyatda bir neçə dəfə sevməyin cinayəti, eləcə də bir dəfə sevməyin məziyyəti yoxdur. Özünü birinciyə görə qınamaq, ikinciyə görə isə lovğalanmaq gülüncdür. Vissarion Belinski
İ
[redaktə]- İnadkar məqsədinə çatar, tələskən gülünc olar. Qaraqalpaq atalar sözləri
- İnsanın etdiyi ən böyük səhv özünü başqalarının qarşısında gülünc vəziyyətə salmaqdan qorxmasıdır. Fyodor Dostoyevski
- İnsanları yaxşıya və pisə bölmək gülüncdür, insanlar ya məftunedici olurlar, ya da zəhlətökücü. Oskar Uayld
Q
[redaktə]- Qorxunun təsiri altında olan insan necə də gülünc qərarlar verir. Daniel Defo
- Qurd qocalanda itlərə gülünc olar. Assuri atalar sözləri
M
[redaktə]- Mən mükafatlandıran və cəzalandıran, məqsədləri bizim məqsədlərimizlə bağlı olan Allaha inanmıram. Qorxu və gülünc eqoizmdən əziyyət çəkən zəif zehinlər bu imana sığınsalar da, mən ruhun əbədiliyinə inanmıram. Albert Eynşteyn
- Mən zarafat edəndə həmişə həqiqəti söyləyirəm. Həqiqət - dünyada ən gülünc şeydir. Məhəmməd Əli
- Mövhumatı ələ salıb gülməkdən qorxmayın. Mən mövhumatı öldürmək üçün ona gülməkdən yaxşı üsul bilmirəm. Gülməli, gülünc şey təhlükəli ola bilməz. Volter
- Mümkün olsa da, şəxsi qüsurlardan azad olmamaq, mümkün olmasa da, özgə qüsurlardan azad olmaq gülüncdür. Mark Avreli
N
[redaktə]- Nə üçün mən onu geyindirməliyəm? Geyindirməliyəm ki, o dövrünün gülünc kişi dəbində görünsün? Son yenilikləri özündə daşıyan bu heykəllərdən daha bayağı heç nə yoxdur. Avropanın istənilən böyük şəhərində əcaib dövrün dərzisinin modelləri kimi maskalanmış belə heykəlləri görmək olar. Digər tərəfdən çılpaq insan forması tarixdə hər hansı xüsusi ana sahib olmamışdır; o əbədidir və hər yaş kateqoriyasına aid insanda bu sevinclə qarşılanır. Oqust Rodin
Ö
[redaktə]- Özgəyə gülmə, özün gülünc olarsan. Udmurt atalar sözləri
P
[redaktə]- Parisdə dəbə uyğun geyinməyə çalışan əyalət qadını özünü yöndəmsiz şəkildə təklif edir və bununla da gülünc vəziyyətə düşür. Parisə gələn əyalət qadınları əvvəlcə elə geyinməlidirlər ki, sanki onların otuz yaşı var. Stendal
S
[redaktə]- Süni təvazökarlıqdan aldadıcı heç nə yoxdur. Onun altında çox vaxt başqalarının fikirlərinə laqeydlik və bəzən də maskalanmış lovğalıq gizlənir. Məncə mən heç vaxt müdriklik və xeyirxahlığa lağ etməmişəm. Axmaqlıq və ədabazlıq, şıltaqlıq və məntiqsizlik mənə gülünc görünür. Və buna müyəssər olanda onlara gülürəm də. Ceyn Ostin