Kamal

Vikisitat saytından



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

 

  • Aşıq olub diyar-diyar gəzənin,

Əzəl başdan pür-kamalı gərəkdi.
Oturub durmaqda ədəbin bilə,
Mərifət elmində dolu gərəkdi. Aşıq Ələsgər

C[redaktə]

Ç[redaktə]

  • Çınqıl daşlarını kamala çatdıran çəkic zərbələri deyil, suyun oxşayışıdır. Rabindranat Taqor

D[redaktə]

  • Doğru və salamat fikirli adamların kamalı həmişə aydın, açıq və düzgün olur. Firidun Köçərli
  • Dünyada ən mütərəqqi ölkə insan ruhudur. Ən məhsuldar ölkə də ruhdur. Ona görə də təhsilin ən müqəddəs vəzifəsi ruhları inkişaf etdirib kamala çatdırmaq olmalıdır. Pirl Bak

E[redaktə]

  • Elm və kamal təhsilinə hər şeydən çox çalış, çünki hər şey onların köməyilə əldə edilir. Abbasqulu ağa Bakıxanov

Ə[redaktə]

  • Əqli-kamalı olmayan qəlb ölüdür. Onu əgər elmlə zənginləşdirsən, üstündə yağış yağmış xam torpaq kimi canlanar. Əbül Fərəc
  • Əsl gözəllik surətdə deyil, ağıl və kamaldadır. Firidun Köçərli

İ[redaktə]

  • İnsana arxadır onun kamalı,
    Ağıldır hər kəsin dövləti, malı. Nizami Gəncəvi
  • İnsanı özünə bağlayan və hüsn-camalı kamala yetirən ağlın nuru və mərifətin ziyasıdır. Firidun Köçərli
  • İşlərini əql, kamal, təmkin, təcrübə, ehtiyat, iradə və mətanətlə qurmayan adam sonda peşmanlıq çəkər. Beydəba

K[redaktə]

  • Kamal ata kürkü deyil ki, irs ilə övlada keçə. Azərbaycan atalar sözləri/K
  • Kamal attestatı və ya sürücülük vəsiqəsi alanda imtahan verdiyimiz kimi evlənirik: həmişə içinə sığışmalı olduğun eyni çərçivələr. Hamı kimi. Necə olursa olsun HAMI kimi. Əgər hamıdan yaxşı alınmırsa, heç olmasa dala qalmamağa çalış, yoxsa, allah eləməsin, birdən hamıdan pis olarsan. Və bu, əsl məhəbbəti məhv edən ən yaxşı vasitədir. Frederik Beqbeder
  • Kamalına görədir şan-şöhrətin dünyada,
    Onsuz adın, hünərin olar çətin dünyada. Sirlər xəzinəsi (Nizami)
  • Kamalındır dövlətin, kamalına arxalan,
    Amalndır comərdlik, amalına arxalan. Sirlər xəzinəsi (Nizami)
  • Kamalsızın iynəsi gödək, sapı uzun olar. Azərbaycan atalar sözləri/K

L[redaktə]

  • Loğmadan kəc olan, nüftədən əyri,
    Yüz dərs olsa, pür kamala yetişməz. Aşıq Ələsgər

N[redaktə]

  • Nə qədər ki, yaşayırsan-öyrən, gözləmə ki, qocalıq gələndə sənə kamal da gətirəcəkdir. Solon
  • Nə mülk ilədir, nə mai ilədir, gülüm, ululuq kamal ilədir. Azərbaycan atalar sözləri/N
  • Nəfsə tabe olmaq əql və kamala nöqsan gətirir və düzgün qərar çıxarmağa mane olur. Kəlilə və Dimnə

O[redaktə]

S[redaktə]

İstinadlar[redaktə]