Təmkin
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Alçaq xislət, fırtınasını gizlində saxlayan saxta təmkin gölüdür. Mövlana Cəlaləddin Rumi
D
[redaktə]- Demokratik dövlətlərdə natiqlik, monarxiyalarda təmkin və tədbirlilik yüksək qiymətləndirilir. Edmund Berk Bork
- Demokratiya fərdi azadlıq sahəsini genişləndirir, sosializm onu məhdudlaşdırır. Demokratiya hər bir insana mümkün olan bütün qiymətləri verir; sosializm hər bir insanı sadəcə bir agentə, sadəcə bir rəqəmə çevirir. Demokratiya və sosializmi bir sözdən başqa ortaq heç nə yoxdur: bərabərlik. Ancaq fərqə diqqət yetirin: demokratiya bərabərliyi azadlıqda axtararkən, sosializm təmkin və qulluqda bərabərlik axtarır. Aleksis de Tokvil
Ə
[redaktə]- Əgər ətrafındakılar özlərini itirib səni haqsız yerə ittiham etdikləri zaman sən soyuqqanlığını qoruya bilirsən, Əgər hər kəs səndən şübhələndiyi halda sən onların bu şübhələrini təmkin ilə qarşılaya bilir, fəqət şəxsinə olan inamını itirməzsən, Əgər gözləməyi bilir və gözləməkdən usanmazsan və ya barəndə yalanlar uydurub sənin ləkəməyini istədiklərində sən də yalan və iftiraya baş vurmazsan, yaxud sənə nifrət edənlərə sən də nifrət etməzsən, nə çox gözəl, nə də çox ağıllı görünməyə çalışmazsan, Əgər xəyal qura bilir, fəqət xəyallarının əsiri olmazsan, Əgər zəfər və fəlakətlə üz-üzə gəldiyində bu iki saxtakarı eyni fərasətlə qarşılaya bilir, nə kibrlənir, nə də məyus olmazsan, Əgər doğru sözlərin hiyləgərlər tərəfindən təhrif edilib axmaqları aldadan bir tələ halına çevrilməsinə səbr edə bilirsən, yaxud ömrünü və gəncliyini adadığın şeylərin bir anda tənəzzülünü gördüyündə köhnə alətlərlə onları yenidən inşa edə bilirsən, Əgər cahillərlə ünsiyyət edərkən şəxsi xarakterini qoruya bilirsən və ya krallarla dostlaşdığında qürurlanıb mənliyini itirməzsən, Əgər hər kəsə dəyər verib, hörmət edib, fəqət həddən ziyadə güvənməzsən, Əgər bir daha geri dönməyəcək olan altmış saniyəni insanlığa faydalı işlərə sərf edə bilərsən, Məhz o vaxt dünya və içindəki hər şey sənindir, hətta sən o zaman iki adamsan. Redyard Kiplinq
H
[redaktə]- Hökumətin son məqsədi təmkin göstərmək deyil, yaxşılıq etməkdir. Rufus Çoate
İ
[redaktə]- İnsanı dünya sirlərinə vaqif edən dörd şeydir: Hikmət - yəni alimlik, savad və hər şeyi ətraflı düşünə bilmək. Əql - yəni tədbir, səbr, nəzakət, mərhəmət. Təmkin - yəni həya, alicənablıq, özünü ələ almaq və özünü dərk etmək. Ədalət - yəni doğruluq, vədi yerinə yetirmək, yaxşı işlər görmək, xoşxasiyyətlilik. Kəlilə və Dimnə
- İşlərini əql, kamal, təmkin, təcrübə, ehtiyat, iradə və mətanətlə qurmayan adam sonda peşmanlıq çəkər. Beydəba
Q
[redaktə]- Qoçaqlıq ona deyilir ki, nəfs öz möhkəmliyi üzərində hakim olsun, qorxu vaxtı səbir və təmkinini mühafizə etsin, nizam-intizamsız hərəkətlərə yol verməsin. Nəsirəddin Tusi
M
[redaktə]- Mədəniyyət təmkin və özündən uzaqlaşma hissini və nəticədə özünün ümumbəşəriliyə doğru yüksəlməsini nəzərdə tutur. Hans-Georq Qadamer
S
[redaktə]- Sakitlik (təmkin) ona deyilir ki, şəriətin hörmətini saxlamaq və ya qayda-qanunlarına tabe olmamaq üstündə edilən düşmənçilik və müharibələrdə nəfs boşboğazlıq və sadəlövhlüyə yol verməsin. Nəsirəddin Tusi
Ş
[redaktə]- “Şücaət” cinsinə daxil olan növlərin miqdarı on birdir: birinci, nəfsin ağayanalığı, ikinci, qoçaqlıq, üçüncü, alicənablıq, dördüncü, mətanət, beşinci, helm, altıncı, nəfsin sakitliyi (təmkin), yeddinci, hünər, səkkizinci, dözümlülük, doqquzuncu, təvazökarlıq, onuncu, qeyrət, on birinci, riqqət. Nəsirəddin Tusi
T
[redaktə]- Təmkin - igidliyin ən yaxşı cəhətidir. Uilyam Şekspir
- Təmkin sayəsində ən yüksək məqama çatmaq mümkündür. Frensis Bekon
Y
[redaktə]- Yüksək təmkin və saflıqdan və təvazökarlıqdan, lütfkar xasiyyətdən və ruhun sakitliyindən daha yaxşı kosmetika yoxdur; və sifətdə bu lütflərin imzaları olmadan əsl gözəllik yoxdur. Ser Artur Helps
Z
[redaktə]- Zahiri gözəlliyi ilə daxili aləminin paklığının vəhdət təşkil etdiyi, öz səbri, təmkini ilə səciyyələnən Azərbaycan qadını dəyanət və sədaqət rəmzinə çevrilmişdir. Onun şəninə dastanlar qoşulmuş, ona dahilər və qəhrəmanlar anası deyilmişdir. Tariximizin keşməkeşli səhifələrinə Azərbaycan qadını qayğıkeş ana, fitri istedada malik şair, möhkəm iradəli hökmdar, dərin zəkalı mütəfəkkir kimi öz adını həkk etdirmişdir.Heydər Əliyev