Meyvə
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağac meyvəsi ilə tanınar. Alman atalar sözləri
- Ağac və kitabın yarpağı nə qədər çoxdursa, meyvəsi bir o qədər azdır. Ərəb atalar sözləri
- Ağaclar çoxdur, lakin hamısı meyvə vermir. Meyvələr də çoxdur, lakin hamısı dadlı deyil. Elm də çoxdur, lakin hamısı faydalı deyil. Həzrəti İsa
B
[redaktə]- Bu dağın ucuna kimi getməkdən qorxma, çünki meyvə ordadır. Albert Eynşteyn
- Budağın ucuna getməkdən qorxma, meyvə oradadır. Oldos Haksli
D
[redaktə]- Dəyib ötmüş meyvə turşuyar. Tai atalar sözləri
- Dəymiş meyvə budaqda durmaz. Tamil atalar sözləri
E
[redaktə]- Elmin meyvələri insanlara nə qədər asan gəlib çatsa, dini inancın tənəzzülü də bir o qədər tez baş tutacaqdır. Ziqmund Freyd
- Evlilik ağacların peyvənd edilməsinə oxşayır. Peyvənd tutarsa, daha çox və daha keyfiyyətli məhsul əldə edilir. Peyvənd tutmazsa, heç cür meyvə də yetişmir. Volter
H
[redaktə]- Hikmətin kökü qəlbdə, meyvəsi dildədir. Ptolemey
K
[redaktə]- Kokila manqo ağacından dupduru şəbnəmi içir, heç özünü öymür, qurbağa bataqlıq suyundan içir - vaqqıldayır. (Kokila - melodik səsi olan hind ququ quşu. Manqo dadlı meyvəsi olan ağac) Hind atalar sözləri
- Köksüz ağacın meyvəsi olmaz. Koreya atalar sözləri
- Kökünü bəyənməyən budaq və budağını bəyənməyən meyvə yetkinləşmədən çürüyər. Nəcib Fazil Qısakürək
Q
[redaktə]- Qopan yarpaqlar uçub gedər, düşən meyvələr ağac dibində qalar. İndoneziya atalar sözləri
M
[redaktə]- Meyvə ağacdan uzağa düşməz. Türkmən atalar sözləri
- Meyvə çəyirdəyini daşıdığı kimi, insan da ölümü öz içində daşıyır. Rayner Mariya Rilke
- Meyvə qurdu meyvədən çıxar. Ləzgi atalar sözləri
S
[redaktə]- Səbr ağrıdır, amma meyvəsi şirindir. Jan Jak Russo
- Səbr özü acıdır, meyvəsi şirin. Xindi atalar sözləri
Y
[redaktə]- Yazda - qoyun, yayda - meyvə, payızda palıd közüylə yağlı ət, qışda da ki, mən. (Kürd qadının öz ərinə zarafatıdır). Kürd atalar sözləri
Z
[redaktə]- Ziyankarlığın səmərəsi məhrumiyyət, məhrumiyyətin meyvəsi ehtiyac, ehtiyacın bəhrəsi alçalmaqdır. Qabusnamə
Mənbə
[redaktə]- Dünya xalqlarının atalar sözləri. Bakı, 2015.