Mələk
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
[redaktə]- Bilirsən, günahları yazan mələk soldadır. Hətta bundandır ürəyin solda olmağı. Çünki bəlkə də eşq, yaşanılan ən böyük günahdır. Əziz Nesin
- Bir qadının içindəki mələyi bir kişi kəşf edər, amma o mələyin bütün məsumluğunu yox edəcək olan yenə kişidir. Oldos Haksli
- Bir sevgilisi olan qadın mələkdir, iki sevgilisi olan qadın şeytandır, üç sevgilisi olan qadın isə əsl qadındır. Viktor Hüqo
C
[redaktə]- Cənnət, cənnət dedikləri, bir neçə mələk, bir neçə huri, istəyənə ver onları, mənə sən gərəksən, sən... Yunus Əmrə
- Cənnətdə bir mələk xüsusi adam deyil. Corc Bernard Şou
E
[redaktə]- "Elmdən əvvəlki günlər" adlandırdığımız dövrlərdə insanlar yuxuların yozulmasında heç də çətinlik çəkmirdilər. O vaxtlar yuxular cin və şeytan kimi xəbis ruhların, yaxud mələk və Tanrı kimi müqəddəs qüvvələrin ifadə tərzi kimi qəbul edilirdi. Ancaq elmi düşüncənin yaranması və yayılması ilə birlikdə bu mitalogiya psixologiya ilə əvəz olundu. Müasir dövrümüzdə yuxunun insanın ruhi fəaliyyət olduğundan şübhələnən savadlı şəxslərin sayı çox azdır.[1] Ziqmund Freyd
H
[redaktə]- Heç vaxt bir iti və ya insanı ilk baxışdan mühakimə etməyin. Çünki sadə bir mələk... mehriban ruha sahib ola bilər, zahiri görkəmli adam isə... nadir əclaf ola bilər... Vladimir Vısotski
İ
[redaktə]- İnsan nə mələkdir, nə də vəhşi və bədbəxtlik ondadır ki, mələk olmaq istəyən, sonunda heyvan olur. Blez Paskal
- İnsanlar mələk, mələklər də Tanrı olmaq istəyərlər. Aleksandr Pop
Q
[redaktə]- Qadın elə bir mələkdir ki bizi uşaq ikən qoruyur, gənc ikən xoşbəxtliyimiz üçün çalışır, qocalanda isə təsəlli verir. Avreli Avqustin
M
[redaktə]- Mələk kimi görünmək üçün iyirmi dəqiqə lazımdır, təbii görünmək üçün isə bir ömür. Yanin İpaxorskaya
- Mələkləri şeytana çevirən qürur idi; insanı mələk edən təvazökarlıqdır. Avreli Avqustin
S
[redaktə]- Sığınacaq çuxurlarında mələk tapılmaz. Çarlz Bukovski
T
[redaktə]- Təhsilin edə bilməyəcəyi heç bir şey yoxdur. Heç bir şey onun təsir sahəsinin xaricində qala bilməz. Pis əxlaqları yaxşıya çevirə bilər; pis qanunları yuyar və yerinə yenilərini qoyar; insanları mələklər səviyyəsinə çıxara bilər. Mark Tven
Y
[redaktə]- (Ya Rəsulum!) Xatırla ki, bir zaman mələklərə "Adəmə (tə’zim məqsədilə) səcdə edin!" - demişdik. İblisdən başqa hamısı səcdə etdi. O, cinlərdən (cin tayfasından) idi. O öz Rəbbinin əmrindən çıxdı. Onlar sizin düşməniniz olduğu halda, siz Məni qoyub onu və nəslini (övladını özünüzə) dostmu tutursunuz? By, zalımlar üçün necə də pis dəyiş-düyüşdür! (Əl-Kəhf surəsi, 50-ci ayə) Qurani-Kərim