Məzmuna keç

Növbə



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bəşəriyyət fırtınada üzən gəmiyə bənzəyir. Kompas zədələnib, dəniz kartları köhnəlib, kapitan suda batıb, matroslar növbə ilə onu əvəz etməlidirlər. Üstəlik, sükanın hər vəziyyətini nəinki ekipaj üzvləri, eləcə də göyərtədəki sərnişinlərlə razılaşdırmaq lazımdır... Uinston Çörçill
  • Birinin digəri üzərində hakimiyyəti ilk növbədə hökmranlıq edəni məhv edir. Lev Tolstoy
  • Bizim ədəbiyyatımızın xalqımıza etdiyi ən böyük xidmət ondan ibarətdir ki, şairlərimiz, yazıçılarımız öz əsərləri ilə Azərbaycanda, xalqımızda, millətimizdə daim hissiyyatları oyatmağa çalışmışlar, milli özünüdərk, milli oyanış, dirçəliş prosesi xalqımıza birinci növbədə ədəbiyyatdan gəlir. Heydər Əliyev
  • Biz "insan" deyəndə ilk növbədə onun əxlaqını nəzərdə tuturuq. Əxlaqdan kənarda insan yoxdur, yalnız heyvan var. Sinoplu Diogen
  • Biznes mühitində gəlirin 2 forması vardır: nağd pul və təcrübə. Unutmayın ki, pul qazanmaq üçün ilk növbədə təcrübə əldə etmək lazımdır. Harold Qenin
  • Bu işi başa çatdırmaq üçün ilk növbədə cəsarət lazımdır. Demosfen
  • Çoxlu qüsurları olan insanlar qüsurları ilk növbədə başqalarında görürlər. Frensis Bekon
  • Danışarkən üç şeyə diqqət yetirmək lazımdır: başqası danışanda sözünü kəsməmək, danışmaq növbəsi çatanda susmamaq, danışarkən əl-qol atmamaq. Konfutsi
  • Dəyirman atanın da olsa növbəni gözlə. Əfqan atalar sözləri
  • Dəyirmandan gələn mən, sən deyirsən ki, növbə yoxdur. Fars atalar sözləri
  • Dövlətin qüdrəti və müqəddəsliyi, ilk növbədə ədalətin durmadan həyata keçirilməsi ilə bağlıdır. Anna De Stal
  • Düşünmək qabiliyyəti ilk növbədə öz ehtiras və nəfsini cilovlamaq üçün lazımdır. Platon
  • Əgər bütün dünyada səliqə-sahman istəyirsənsə, ilk növbədə öz evindən başla. Sun Dzı
  • Günahsızı məhkum edən hakim ilk növbədə özünü məhkum etmiş olur. Sir Publili
  • İdarə etmək ilk növbədə başqalarını işə həvəsləndirmək deməkdir. Li Jakkoka
  • İnsanın əsl dəyəri, ilk növbədə, özünün "Mən"indən imtina edə bildiyi ölçü və məna ilə müəyyən edilir. Albert Eynşteyn
  • Mürəkkəb prоblеmləri həll еdərək siz, ilk növbədə, sаğlаm düşüncəyə əsаslаnmаlısınız. Atilla
  • Okeanda olduğu kimi, hadisə və mahiyyət (ideya) dünyasında da qabarma və çəkilmələr bir-birini növbə ilə əvəz edir. Tur Xander
  • Satqınlar ilk növbədə özlərini satırlar. Plutarx
  • Uşaq olan kimi, ilk növbədə ona yaxşı bir ad qoymaq lazımdır. Namünasib ad qoysalar, övlad bütün ömrü boyu bundan xəcalət çəkər, qanı qaralar. Sonra ağıllı və sağlam bir dayə tapmaq lazımdır, çünki pis adət xəstəliyin çoxu süd vasitəsi ilə uşağa keçər:

Südəmər bir uşaq tutmamış maya,
Tutmayın siz, axmaq, xəstə bir dayə,
Süd ilə bədənə girərsə azar,
O, bədəndən, yalnız öləndə çıxar! Nəsirəddin Tusi

İstinadlar

[redaktə]