Peyğəmbər

Vikisitat saytından
Jump to navigation Jump to search



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Allahı yuxuda görənlər onu müxtəlif formalarda görürlər. Bu yuxuda görən şəxsin necə insan olmasından asılıdır: əgər əməlisaleh insandırsa, deməli Allahı da gözəl surətdə görəcəkdir (!) Elə buna görə də Peyğəmbər (s) Allahı ən gözəl surətdə görmüşdür.[1] İbn Teymiyyə
  • Almanlar Məhəmməd peyğəmbərin dediklərinin beş faizini Almaniyayaya gətirməklə peyğəmbərin vətənini min il qabaqladılar. İnkişaf budur. Yohann Volfqanq Göte
  • Ateistlər İsa peyğəmbərin anadan olduğu dövrdən sonrakı zaman haqqında - "bizim era" deyirlər. Qəribədir. Stanislav Eji Lets

B[redaktə]

  • Bir çox hallarda İsa küçədə yaşayan şəxs kimi idi. Onun nə evi, nə də ki, maddi imkanı var idi. Buna baxmayaraq O, həyatları və heç kimin etmədiyindən daha çox tarixin axınını dəyişib. Buna görə də Müqəddəs Kitabı din haqqında yox amma İsa Məsih haqqında öyrənmək üçün oxumağa davam etdim. Bütün İncil boyu Məsih, peyğəmbər ya da ki, yaxşı tərbiyəli olduğunu yox Allah olduğunu iddia edir. Heç bir tərifə layiq adam belə iddia etməmişdir. Əgər həqiqətən O yerdə olan Allah idisə, mən bununla razılaşmalı idim. Kevin Cenkins
  • Bir dəfə Məhəmməd peyğəmbər həsir üstündə yatmışdı və qalxanda üstbaşı çox çirklənmişdi. Kimsə ona dedi: “Ey Allahın elçisi! Əgər istəsəydin mən sənə yumşaq yataq göndərərdim”. Məhəmməd peyğəmbər cavab verdi: “Bu dünyada mənə nə lazımdır? Axı, mən burada ağacın kölgəsində dincələn və tezliklə gedəsi bir səyyah kimiyəm”. Məhəmməd
  • Bütün silahlı peyğəmbərlər qalib gəlmiş, silahsızlar isə məğlub olmuşlar. Nikkolo Makiavelli

İ[redaktə]

  • İslamdan başqa dinin mövcud olması yanlışlıqdır. Cəmi bir din var - İslam və onun peyğəmbəri Məhəmməddir. İslama tapınmayan hər kəs uğursuz adamdır. Müəmmər əl-Qəzzafi

Q[redaktə]

M[redaktə]

  • Milyonlarla insanın qəlbində mübahisəsiz bir təsirə sahib olan hər insanı öyrənmək istədim. İslamın fəthinin qılıncla olmayıb, həyat tərzi ilə olduğunu hər zamankından daha çox anladım. Peyğəmbərin tam mənada sadəliyi və əhdə sədaqəti, onun dost və davamçılarına özünü həsr etməsi, təvazökarlığı, igidliyi, qorxusuzluğu Allaha və dininə olan mütləq bağlılığından irəli gəlirdi. Əslində, ona hər maneəni aşdıran və zəfər qazandıran bu idi, yoxsa qılınc heç bir şey deyildi.[2] Mahatma Qandi
  • Mömin, insanlara qarşı üzündən sevincli olduğunu göstərər. Lakin özü qəmlidir. Peyğəmbər əfəndimiz; "Möminin sevinci üzündədir. Halbuki ürəyi qəmlidir" buyurmaqdadır. Möminin təfəkkürü, düşünməsi, ağlaması çox, gülməsi azdır. Təbəssümü ilə ürəyindəki hüznü gizləyər. Çöldə dolanaşacağını təmin etməklə məşğul olur kimi görünər, ürəyi Rəbbini xatırlamaqla məşğuldur. Uşaq-muşağı ilə məşğul olur kimi görünər, ürəyi Rəbbi ilədir. Əbdülqədir Geylani
  • Mömin üç xüsusiyyətə malik olmadıqca mömin olmaz; Rəbbindən bir sünnə, Peyğəmbərindən bir sünnə və imamından bir sünnə. Rəbbindən olan sünnə sirri gizlətməkdir. Peyğəmbərin sünnəsi xalqla yaxşı münasibət qurmaqdır. İmamından olan sünnə bəla və çətinliklərə səbr etməkdir. İmam Rza

N[redaktə]

Ö[redaktə]

  • Ölüm gözəl bir şey, budur pərdə arxasından xəbər, gözəl olmasaydı ölərmiydi peyğəmbər?! Nəcib Fazil Qısakürək

P[redaktə]

  • Peyğəmbər əvvəlcə özünə xeyir-dua verib, sonra özgələrinə. Kürd atalar sözləri
  • Peyğəmbər ona cavab verdi: “Nə danışdığına fikir ver”. Həmin şəxs dedi: “Vallah mən səni sevirəm”, - bu sözləri üç dəfə təkrar etdi. Məhəmməd peyğəmbər ona dedi: “Əgər doğru deyirsənsə kasıblığa hazırlaş, çünki bu dənizə axdığı kimi yoxsulluq da məni sevənləri yaxalayır”. Məhəmməd
  • Peyğəmbər (s) sünnəsi toplanıb yazılmamışdı. Bəzi səhabələr, məsələn, Abdullah ibn Əmr ibn As hələ Peyğəmbərin (s) sağlığında bu işi başlamışdılar. Həzrət, yazılacaq sünnə ilə Quran arasında heç bir ziddiyyətin olmayacağından əmin olduqdan sonra özü Abdullaha icazə vermişdi. Amma Əbdullah və başqalarınn yazdıqları müzakirə olunmağa başlandı. Abdullah bir yazar kimi təqdim olunmadı ki, yazdıqlarını camaata oxusun. Heç Ömər də bu işi davam etdirməyi ona icazə vermədi, beləcə Abdullahın yazdıqları yayılmamış qaldı.[3] İbn Teymiyyə
  • Peyğəmbər yeməyi və ya içməli şeyi üfürməkdən çəkindirib.[4] Cəfər Sadiq
  • Peyğəmbərin sitatlarından biri də təmizlikdir. İmam Rza
  • Peyğəmbərimizin məşvərət rejimi də xalq səsverməsinə gedən bir demokratiyadan uzaq idi. İslamın idarəetmə tərzinin demokratiya olduğunu söyləmək, gerçəklərə göz yummaqdır. Peyğəmbərin və onun səhabələrinin dövründə insanların idarə ilə heç bir əlaqəsi yox idi. Nurəddin Topçu
  • Peyğəmbərlər ideyaları və dəyərləri gətirən deyil, həyata keçirənlər, göstərənlərdir. Erix Fromm

S[redaktə]

  • Sadiq məmur diləyənin özü də dürüst olmalıdır. O, Həzrəti Peyğəmbərin əmrlərinə itaət edəndir və şəriətdən vaz keçməyəndir. Zalım olmaqdan və xurafatdan (batil etiqaddan) çəkinəndir. I Osman

Mənbə[redaktə]

  • Ağla və qəlbə işıq saçan sözlər. Bakı, 2014,

İstinadlar[redaktə]

  1. İbn Teymiyyə, "Məcmuəul-fətava", c. 3, səh. 155
  2. Ağla və qəlbə işıq saçan sözlər. Bakı, 2014, səh.319
  3. İbn Teymiyyə, "İxtilaful-umməti fil-ibadat", səh. 33
  4. Vəsailuş-Şiə, c.16, səh.518, hədis 1