Qılınc
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Adamı qılınc öldürməz, tənəli söz öldürər. Azərbaycan atalar sözləri/A
C
[redaktə]- Cəbhədə qılınc, məclisdə gözəl nitqə malik olanlar qəhrəmandır. Məmməd Səid Ordubadi
D
[redaktə]- Dəliyə qılınc, vicdansıza hakimiyyət verməkdən qorxulu nə ola bilər. Pifaqor
- Dil yarası qılınc yarasından yamandır. Azərbaycan atalar sözləri/Söz, söhbət və danışıq
- Dünyada siyasət və qılınc iki fərqli gücdür və siyasət qılıncı həmişə məğlub edir. Jan de Labrüyer
H
[redaktə]- Heç bir millət qılınc və tüfənglə qabağa getməyibdir. Ancaq elmin gücünə tərəqqi etmək mümkündür. Nəriman Nərimanov
- Həqiqətə qılınc çəkən şəxs öz ölümünə bais olur. Şeyx Şamil
- Hər dəmirdən qılınc olmaz. Kürd atalar sözləri
- Hiyləgər adam sıyrılmış qılınca bənzəyir. Əbül Fərəc
İ
[redaktə]- İki şey dünyaya hökm edər; biri qılınc, digəri düşüncə. Qılınc, sonunda düşüncəyə məğlub olar. Napoleon Bonapart
- İnsandan insana fərq var: bir dəmirdən həm nal, həm də qılınc düzəldirlər. Nizami Gəncəvi
K
[redaktə]- Kim ki, qılınc çəkib etsə yamanlıq,
- Əlini dişləyib çəkər peşmanlıq. Sədi
Q
[redaktə]- Qələm qılıncdan güclüdür. Yapon atalar sözləri
- Qələm qılıncdan itidir. Azərbaycan atalar sözləri/Elm, bilik və ağıl
- Qələm yazanı qılınc poza bilməz. Azərbaycan atalar sözləri/Elm, bilik və ağıl
- Qələmin işini qılınc görə bilməz. Fars atalar sözləri
- Qələmin ucu, qılıncın gücü. Azərbaycan atalar sözləri/Elm, bilik və ağıl
- Qılıncı evdə saxlama, borcu çox sonraya. Başqırd atalar sözləri
- Qılıncın edə bilmədiyini ədalət edər. Qanuni Sultan Süleyman
- Qılıncın öz daxili həqiqəti yoxdur. Nikolay Çernışevski
M
[redaktə]- Milyonlarla insanın qəlbində mübahisəsiz bir təsirə sahib olan hər insanı öyrənmək istədim. İslamın fəthinin qılıncla olmayıb, həyat tərzi ilə olduğunu hər zamankından daha çox anladım. Peyğəmbərin tam mənada sadəliyi və əhdə sədaqəti, onun dost və davamçılarına özünü həsr etməsi, təvazökarlığı, igidliyi, qorxusuzluğu Allaha və dininə olan mütləq bağlılığından irəli gəlirdi. Əslində, ona hər maneəni aşdıran və zəfər qazandıran bu idi, yoxsa qılınc heç bir şey deyildi.[1] Mahatma Qandi
Ö
[redaktə]- Özünə inanan adam qılınc ilə də savaşar, dil ilə də. Məhəmməd peyğəmbər
P
[redaktə]- Pis poladdan yaxşı qılınc olmaz. Bencamin Franklin
S
[redaktə]- Səhv dəmirdən qılınc olmaz. Şeyx Şamil
- Siyasət qılıncdan güclüdür. Napoleon Bonapart
- Söz qılıncdan kəsərlidir. Azərbaycan atalar sözləri/Söz, söhbət və danışıq
İstinadlar
[redaktə]- ↑ Ağla və qəlbə işıq saçan sözlər. Bakı, 2014, səh.319