Məqsəd: Redaktələr arasındakı fərq

Silinən məzmun Əlavə edilmiş məzmun
məqsəd
Teqlər: Geri qaytarıldı Mobil redaktə Mobil veb redaktə
Sətir 1: Sətir 1:
{{ABC}}
== A ==
== A ==
* Allahın iradəsini bilməkdən, ona itaət etməkdən sonrakı məqsəd Onun əl işlərinin sübutu olan müdriklik, qüdrət və yaxşılıq atrubutlarından nəyisə bilmək olmalıdır. [[Ceyms Preskott Coul]]
* Allahın iradəsini bilməkdən, ona itaət etməkdən sonrakı məqsəd Onun əl işlərinin sübutu olan müdriklik, qüdrət və yaxşılıq atrubutlarından nəyisə bilmək olmalıdır. [[Ceyms Preskott Coul]]

16:21, 2 noyabr 2023 tarixindəki versiya

A

  • Allahın iradəsini bilməkdən, ona itaət etməkdən sonrakı məqsəd Onun əl işlərinin sübutu olan müdriklik, qüdrət və yaxşılıq atrubutlarından nəyisə bilmək olmalıdır. Ceyms Preskott Coul
  • Az danışan məqsədinə boşboğazdan tez çatar. Lao-tszı

B

  • Belə fikir var ki, xristian dininə bağlı olmasaq, hamımız üçün pis olar. Mənə elə gəlir ki, buna sadiq qalan insanlar çox pis insanlar olublar. Siz bu maraqlı həqiqəti görürsünüz ki, hər hansı bir dövrdə din nə qədər güclü və doqmatik inanc nə qədər dərin olsa, qəddarlıq da bir o qədər çox olmuş, vəziyyət də bir o qədər pis olmuşdur. İnsanlar həqiqətən xristian dininə bütün tamlığı ilə inandıqları zaman, bütün işgəncələri ilə birlikdə inkvizisiya var idi; cadugər kimi yandırılan milyonlarla bədbəxt qadın var idi; din adı altında hər cür insana qarşı hər cür qəddarlıq edilirdi. Siz dünyaya nəzər saldıqda görürsünüz ki, insani hisslərdə hər bir irəliləyiş, cinayət qanununda hər bir təkmilləşmə, müharibənin azaldılması istiqamətində atılan hər addım, rəngli irqlərə qarşı daha yaxşı rəftar istiqamətində atılan hər addım və ya köləliyin yumşaldılması, dünyada mövcud olan mənəvi tərəqqi, dünyanın mütəşəkkil kilsələri tərəfindən [davamlı]] olaraq qarşı çıxdı. Mən tamamilə qəsdən deyirəm ki, öz kilsələrində təşkil olunmuş xristian dini dünyada mənəvi tərəqqinin əsas düşməni olub və indi də belədir. Bir fakt götür. Bu, xoşagəlməz fakt deyil, lakin kilsələr insanı xoşagəlməz faktları qeyd etməyə məcbur edir. Fərz edək ki, bu gün yaşadığımız dünyada təcrübəsiz bir qız sifilisli kişi ilə evlidir; bu halda Katolik Kilsəsi deyir: “Bu, ayrılmaz bir müqəddəslikdir. Bekarlığa dözməli və ya birlikdə qalmalısınız. Birlikdə qalsanız, sifilitik uşaqların doğulmasının qarşısını almaq üçün kontraseptivlərdən istifadə etməməlisiniz." Bu yalnız bir nümunədir. Hazırda kilsənin əxlaq adlandırmaq üçün seçdiyi şeydə israrla hər cür insanlara layiq olmayan və lazımsız əzablar verməsinin bir çox yolu var. Bildiyimiz kimi, o, böyük ölçüdə dünyada əzab-əziyyəti azaldan bütün istiqamətlərdə hələ də irəliləyiş və təkmilləşmənin əleyhdarıdır, çünki o, əxlaq kimi müəyyən dar davranış qaydalarını qeyd etməyi seçmişdir. insan xoşbəxtliyi ilə heç bir əlaqəsi yoxdur; və siz deyəndə ki, bu və ya digər şeylər etmək lazımdır, çünki bu, insan xoşbəxtliyinə səbəb olacaq, bunun heç bir əlaqəsi olmadığını düşünürlər. “İnsan xoşbəxtliyinin əxlaqla nə əlaqəsi var? Əxlaqın məqsədi insanları xoşbəxt etmək deyil". Bertran Rassel
  • Bir məqsədə çatmaq başqa bir məqsəd üçün başlanğıc nöqtəsidir. Con Dyui
  • Böyük insanlar öz qarşılarına müəyyən məqsəd qoyurlar, qalan adamlar isə istəklərinə uyğun hərəkət edirlər.. Vaşinqton İrvinq

D

E

Ə

  • Əgər ehtiyac içində yaşayırsınızsa, onda maliyyə problemlərini həll edin. İnternetdən istifadə edin, o sizə hərraclarda nəyisə daha ucuz almağa imkan verir. Əgər siz hazırda əmək haqqından əmək haqqına yaşayırsızsa, onda bu dövrü iki həftə yerinə üç həftəyə kimi genişləndirin. Sonra, işlər yoluna girməyə başlayanda, 1 aylıq, sonra 3, 6 və nəhayət bir il irəli üçün planlaşdıra bilərsiz. Məqsəd –5 il irəlini planlaşdıracağınız ana çatmaq. Culian Smit

F

  • Fəaliyyət üçün xarakter əsasdır, xarakteri olan isə məqsədə çatmağa çalışan ağıllı adamdır. Georq Vilhelm Fridrix Hegel
  • Fəlsəfə dəyişməz, əbədi olanı, özlüyündə mövcudatı dərk etmək istəyir; onun məqsədi – həqiqətdir. Tarix isə nə vaxtsa mövcud olmuş, başqa bir vaxtda isə sıradan çıxmış və yeri başqaları tərəfindən tutulmuş olanlardan danışır. Əgər biz bundan çıxış ediriksə ki, həqiqət əbədidir, onda o keçici olanların sırasına daxil olmur və deməli, onun tarixi yoxdur. Amma əgər onun tarixi varsa, tarix ancaq idrakın keçmiş obrazlarının təsviri olduğundan, burada həqiqəti tapmaq mümkün deyil, belə ki, həqiqət ötəri, keçmiş ola bilməz.[2] Georq Vilhelm Fridrix Hegel

G

  • Gələcəyiniz onu qurduğunuz kimi olacaq. Onu necə görmək istəyirsinizsə elə bu gündən onu o formada qurun. Arzunuz nə qədər dərin olsa, məqsəd də bir o qədər aydın olacaq. Bu da əvvəllər qarşısıalınmaz kimi görünən maneələrin aradan qaldırılmasına imkan yaradacaq. Napoleon Hill

H

  • Haqsız vasitələr tələb edən məqsəd haqlı məqsəd deyil. Karl Marks
  • Hər bir işdə məqsəd olmalıdır, məqsəd yoxdursa, heç nə eləmirsən; məqsəd kiçikdirsə, böyük işlər görü bilmirsən. Deni Didro
  • Hər hansı məqsədə çatmaq üçün bir çox arzu və istəklərdən imtina etməlisən. Konfutsi
  • Həyat, eqoist və ya düşüncəsizcə hərəkətlər səbəbiylə yox edilə bilməyəcəyi kimi, daha uca bir dəyər və ya məqsəd üçün də fəda edilə bilməz. Albert Şveytser
  • Həyat elmin qarşısına məqsəd qoyur, elm həyat yolunu işıqlandırır. Nikolay Mixaylovski
  • Həyatda məqsəd - insan ləyaqətinin və insan xoşbəxtliyinin ürəyidir.[3] Konstantin Uşinski
  • Həyatdan zövq almaq üçün qarşıda bir məqsəd olmalıdır. Çarlz Kaleb Kolton
  • Həyatın məqsədi - məqsədli bir həyatdır.. Depak Çopra
  • Həyatın mənasını onun gözəlliyində aramaq və onu daha gözəl məqsədlərə yönəltmək lazımdır.. Maksim Qorki

İ

  • İndi bizim təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Amma bununla yanaşı, ən böyük məqsəd Azərbaycan vətəndaşı hazırlamaqdır, müstəqil Azərbaycan cəmiyyətinin ləyaqətli üzvünü hazırlamaqdır. Heydər Əliyev
  • İnsan özünün bütün qüvvələrini hərəkətə gətirmək üçün qarşısına onu ruhlandırmağa qabil olan nəcib bir məqsəd qoymalıdır.[4] Ernest Renan
  • İnsanın həyatda məqsədi özünə əbədi şöhrət qazanmaqda deyil, ömrün hər bir gününü kiçik bir əbədiyyətə çevirməkdədir.. Andre Morua
  • İnsanlar bilsəydilər ki, bəşəriyyətin məqsədi maddi tərəqqi deyil. Tərəqqi labüd artımdır, məqsəd isə birdir- bütün insanların rifahı. Lev Tolstoy
  • İnsanlar nə üçün adi-gündəlik həyatda daha çox həqiqəti söyləyirlər? Ona görə yox ki, kimsə Allah deyilən bir qüvvə yalanı qadağan edir. Ona görə ki, əvvəlan bu daha asandır, ikincisi ona görə ki, yalan demək fantaziya, yaradıcılıq və yaddaş tələb edir. Bir də ona görə ki, adi münasibətlərdə sözün düzünü demək, birbaşa demək daha sərfəlidir: mən bunu istəyirəm mən bunu etmişəm və bu kimi; deməli, açıq istək və məqsəd, iradə yolu hiylə yoluna nisbətən daha etibarlı olur. Əgər bir uşaq ailədə başqa cür tərbiyə görürsə, o yalana alışır və istər-istəməz öz xeyrinə olanı deyir. Həqiqət duyğusu, yalana qarşı müqavimət onun üçün tamamilə yabançı və əlçatmaz bir şeyə çevrilir və o, günahsızcasına yalan danışmaqla ömür sürür. Fridrix Nitsşe

K

  • Kapitalistin əsas məqsədi çox pul qazanmaq deyil, əsas məqsəd həyatı yaxşılaşdırmaqdır. Henri Ford
  • Komediya çıxartmaqdan əsl məqsəd tərbiyədir. Insan çox vaxt öz zindəganlığında özünün və ya qeyri-şəxsin qüsuratını görmür və yainki hiss etmir. Amma komediya çıxardanda bunların hamısını görüb yaxşını yamandan seçir və mümkün olan qədər çalışır ki, yaman sifətləri özündən rədd etsin. Nəriman Nərimanov

Q

  • Qanunlar iki məqsədə görə tərtib edilir. Birinci məqsəd ondan ibarətdir ki, qanunvericilər onları böyük xalqlar və qaydaya düşmüş ölkələr üçün, ikinci məqsəd isə işləməməyə, avaraçılığa toxunmamaq nöqteyi-nəzərindən tərtib edirlər. Saltıkov-Şedrin
  • Qarşında müəyyən məqsəd olanda məsafəyə fikir vermirsən. Ceyn Ostin
  • Qarşınıza konkret məqsəd qoymamışsınızsa, heç nəyə nail ola bilməyəcəksiniz.. Mişel de Monten

M

  • Məqsəd haqqında nəzəriyyə təbiəti tamamilə təhrif edir. O, səbəbi həqiqətən təşkil edən şeyə hərəkət kimi baxır və əksinə. Daha sonra, o, təbiətcə əvvəl gələni sonrakı, yüksək və mükəmməl olanı isə qeyri-mükəmməl edir. Əslində isə, birbaşa Allah tərəfindən edilən hərəkət ən mükəmməldir və nəyinsə baş verməsi üçün səbəb nə qədər çox olarsa, hərəkət bir o qədər qeyri-mükəmməl olar. Əgər Allah yaratdığı bütün şeyləri öz məqsədinə çatmaq üçün edərsə, o zaman birinci şeylərə görə yaradılan sonuncu şeylər bütün başqa şeyləri üstələyərdi. Daha sonra, bu nəzəriyyə Allahın mükəmməlliyini məhv edir. Çünki, əgər Allah yaratdığını hansısa bir məqsəd üçün edirsə, deməli o, malik olmadığı həmin bu məqsədə can atır. Baxmayraq ki, ilahiyyatçılar və metafiziklər ehtiyacdan doğan məqsədlə bənzətmə məqsədini fərqləndirsələr də, onlar etiraf edirlər ki, Allah hər şeyi şeylərə görə yox, özü üçün yaradıb. Çünki, şeylər yaradılmamışdan qabaq Allahdan başqa heç nəyi ifadə edə bilməzlər. Deməli, onlar razılaşmalıdırlar ki, Allah vasitə hazırlamaq istədiyi şeydən məhrumdur. Benedikt Spinoza
  • Məqsəd tək, ölməmək. Nəcib Fazil Qısakürək
  • Məqsəd vasitəyə haqq qazandırır. Nikkolo Makiavelli
  • Məqsədə çatmaq üçün bir böyük addım atmaqdansa, yüz kiçik addım atmaq yaxşıdır. Helmut Kol
  • Mübarizə bizi məqsədə yaxınlaşdırır və cəmiyyətdə yerimiz olduğunu sübut edir. Ernest Heminquey

N

  • Nikahın qarşıya qoyduğu məqsəd cinsi yaxınlıq vasitəsilə mənəvi birliyə nail olmaqdır. Mahatma Qandi

R

  • Ruh təbiət qanununa tabe deyildir, çünki insanın göz önündə tutduğu məqsəd sabit deyil hər zaman dəyişir. Alfred Adler

S

  • Sözlər bir adamın zəkasını göstərə bilər, lakin məqsədini göstərən davranışlardır. Bencamin Franklin

T

  • Tarix ruhun zamana görə inkişafıdır, tarixin öz məqsədləri vardır, bu məqsəd-azadlığın inkişafı, vətəndaş cəmiyyətində vətəndaşın azadlığıdır. Hegel
  • Tarixdə heç nə şüursuz şəkildə, arzuolunan məqsəd olmadan baş verməyib. Fridrix Engels

Z

  • Zorakılıq vasitələrinin texniki inkişafı indi o həddə çatıb ki, heç bir siyasi məqsəd bu vasitələrin dağıdıcı potensialına bərabər olmayan və ya bu silahlı münaqişələrdə bu vasitələrdən istifadəni əsaslandıra bilməz. Hanna Arendt

İstinadlar

  1. Aforizmlər və hikmətli sözlər. Bakı, 2005. səh.82
  2. Г.В.Ф.Гегель. Лекции по истории философии. Книга первая. Санкт-Петербург, «Наука», 2001, səh.74.
  3. Aforizmlər və hikmətli sözlər. Bakı, 2005, səh.68
  4. Aforizmlər və hikmətli sözlər. Bakı, 2005, səh.66