Yetim

A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Analı uşağı öyrədirlər, yetim də yadında saxlayır. Fin atalar sözləri
- Atasız uşaq - yetim, anasız uşaq - yesir. Türkmən atalar sözləri
B[redaktə]
- Başqa ailələri bilmirəm, amma bizim ailədə yetimə əl qaldırmaq günah sayılırdı. Rəşad Nuri Güntəkin
- Bəslə yetimi, yesin ətini. Azərbaycan atalar sözləri/B
- Bütün daşlar bədbəxt yetimin başına yağar. Əfqan atalar sözləri
D[redaktə]
- Dul arvad yetim saxlar, naxırçıya minnət qoyar. Azərbaycan atalar sözləri/D
E[redaktə]
- Evdarlığı olmayan ev nədir bilməz, yetim ata nədir bilməz. Talış atalar sözləri
- Ey mənim yetim könlüm, burax qəmli düşünməyi .. Sus və səbr et.. Gözyaşının hesabını Rəbbim soruşsun; Sən haqqını halal et ... Şəms Təbrizi
İ[redaktə]
- İsrafçı, yetim, davakar, xəstəlikdən əziyyət çəkən, yeməyini bilməyən - bunların hamısı qısa bir ömür sürər. Çanakya
K[redaktə]
- Kişisiz ev yetim olur, qadınsız mətbəx. Vyetnam atalar sözləri
R[redaktə]
- Riyakar- hər iki valideynini öldürüb yetim qaldığına görə bağışlanılmasını istəyən adamdır. Avraam Linkoln
U[redaktə]
- Uşaq - atadan yetim qalmır, anadan yetim qalır. Başqırd atalar sözləri
Y[redaktə]
- Yetimə ağlamaq öyrətmə. Ərəb atalar sözləri
- Yetim ağlamağa adət edib. Əfqan atalar sözləri
- Yetim asqıranda öz-özünə sağlıq diləyər. Madaqaskar atalar sözləri
- Yetim bəxtəvər olsaydı, atası ölməzdi. Kürd atalar sözləri
- Yetim əlində qoğal əcaib. Azərbaycan atalar sözləri/Y
- Yetimin bağrı yağ bağlamaz. Türk atalar sözləri
- Yetimin göz yaşlarını silən barmaqlar dünyanın ən bahalı cəvahiridir. Lula Vollmer
- Yetimin qarnına vurmuşlar, "Vay, arxam!" - demiş. Türk atalar sözləri