Məzmuna keç

Əziz



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Antisemitizm, yəhudi xalqına nifrət bəşəriyyətin ruhunda ləkə olub və qalır. Biz bu məsələ ilə tam razıyıq. Buna görə də bunu bilin: antisionizm mahiyyətcə antisemitizm deməkdir və həmişə belə olacaq. Bu niyə belədir? Bilirsiniz ki, sionizm yəhudi xalqının öz torpaqlarında yaşamağa qayıtmaq arzusu və idealından başqa bir şey deyil. Yəhudi xalqı, Müqəddəs Yazılar bizə deyir ki, müqəddəs torpaqda, öz vətənində çiçəklənən birlik içində yaşayırdılar. Onları oradan Rəbbimizi belə amansızlıqla qətlə yetirən Roma tiranı qovmuşdu. Vətənindən qovulmuş, milləti külə dönmüş yəhudi xalqı dünyanı dolaşmağa məcbur oldu. Yəhudi xalqı onlara hökmranlıq etməyə gələn hər bir tiranın əlindən dönə-dönə əzab çəkdi. Bütün bəşəriyyətin bu ayrılmaz hüququnu əziz tutan hər kəs üçün bunu başa düşmək, yəhudi xalqının qədim İsrail torpağında yaşamaq hüququnu dəstəkləmək çox asan olmalıdır. Bütün yaxşı niyyətli insanlar Allahın xalqının onlardan oğurlanmış torpağa sevinclə qayıtması vədinin yerinə yetməsinə sevinəcəklər. Bu sionizmdir, nə çox, nə də az. Martin Lüter Kinq
  • Baha satmaq, adam aldatmaq, dava-dalaş salmaq, çirkin işlərlə məşğul olmaq, arsızlıq, rüsvayçılıq, həyasızlıq, şikayətbazlıq, camaatın vaxtını almaq, xalqı işdən qoymaq kimi yollar ilə ələ gətirilən mal nə qədər çox olsa da, ondan qaçmaq vacibdir, belə murdar çirkablara bulaşmış gəlir nə qədər az olsa da, onu daha əziz, daha təmiz, daha bərəkətli saymaq lazımdır. Nəsirəddin Tusi
  • Bala əziz, ədəbi ondan əziz. Özbək atalar sözləri
  • Birinci nəvə, adama doğma uşaqlarından əziz olar. Yapon atalar sözləri
  • Bu dünyada sevgi qarışıq, qeyri-adi yollarla hərəkət edir. Ananın məhəbbəti güclüdür, ibtidaidir, eqoistdir və eyni zamanda təmənnasızdır. O, heç nədən asılı deyildir. Ərin arvadına sevgisi... - bu həmfikirliyin və qarşılıqlılığın şirin telləri, qayğı və həssaslıqda yarışdır.

Bir atanın bir oğula və ya qızına olan sevgisi, əvəzinə heç nə gözləmədən öz sevgisini övladları ilə bölüşməkdir. Bu, təhlükəsizliyi sizin üçün əziz olan yolçuya xeyir-dua verməkdir, sevdiyiniz insanın uğursuzluqlarından kədərlənməyə, uğurlarından isə qürur duymağa məcbur edən zəifliklərin, gücün ölçülüb- biçilmiş nisbətidir. Belə bir hiss comərdlik, yüksəklikdir. O heç nə istəmir, əksinə, yalnız ağıllı və səxavətli bir şey verməyə çalışır. “Kaş ki, oğlum uğur qazansın! Kaş ki, qızım xoşbəxt olsun!”. Valideynin bu müdrik və sevgi dolu ifadələrini eşitməyən, düşünməyən varmı? Teodor Drayzer

  • Bu kitabı ilk dəfə oxuyanda sanki əziz dost tapmış oluram, həmin kitabı təkrar oxuyanda isə sanki köhnə dostumla yenidən görüşürəm. Sidney Smit
  • Bütün qəlbimlə buna inanmaqdan özümü saxlaya bilmirəm: bir neçə istisna xaricində, əziz insan qardaşlarım heç nəyə yaramayan dəyərsiz məxluqlardır. Ziqmund Freyd
  • Ey qardaşım Yonatan, sənin üçün ürəyim yanar.
    Sən mənə çox əziz idin.
    Sənin sevgin mənim üçün heyranedici idi,
    Qadın sevgisindən də üstün idi.
  • Ey ürəyimin ən əziz ölkəsi, uca arzuların yurdu, Azadlıq qurbangahında ruhunu təmizlə: Çünki sərkərdələr dayanana qədər əzab çəkməlisən, döyüşməlisən, Bütün xalqlar azadlıq və sülh içində başlarını qaldıracaqlar... Henri Cekson van Dayk
  • Heç bir damcı Allah yanında bu iki damcıdan – Allah yolunda tökülmüş qan damcısından və gecə yarısı Allaha görə tökülən göz yaşı damcısından əziz deyil.[1] İmam Səccad
  • Həyatında hansı dəqiqələrin ən əziz olduğunu, yalnız gec olduqda anlayırsan. Aqata Kristi
  • İmam Əskəri (ə): "Elə bir izzət sahibi olmaz ki, haqdan əl çəkdikdən sonra zəlil olmasın. Elə bir zəlil və aciz olmaz ki, haqqı tapdıqdan sonra əziz və qüdrətli olmasın."[2] Həsən əl-Əskəri
  • Kim çoxlu pulu canından əziz tutsa, o, tezliklə əzizlikdən zəlilliyə düşər. Qabusnamə
  • Oğlu Həsənə buyurmuşdur:
Əziz oğlum, məndən dörd şey öyrən, işlədiyin zaman sənə zərər verməyəcək dörd şeyi də ağlında tut: Zənginliyin ən üstünü ağıldır; yoxsulluğun ən böyüyü axmaqlıqdır. Qorxulu şeylərin ən qorxulusu özünü bəyənməkdir; nəslin-kökün ən ucası gözəl xasiyyətdir. Əziz oğlum, axmaqla dost olmaqdan çəkin; o sənə fayda vermək istərkən zərər yetirər. Xəsislə dost olmaqdan çəkin; ona ən çox möhtac olduğun zaman köməyinə gəlməz. Pislik edənlə dost olmaqdan çəkin; o səni çox ucuz bir şeyə satar. Yalançı ilə dost olmaqdan çəkin; çünki o, ilğıma bənzər; sənə uzağı yaxın göstərər, yaxını isə səndən uzaqlaşdırar. Əli
  • Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycan­lılar üçün, vətənini, millətini sevən hər bir vətən­daşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir. Heydər Əliyev
  • Və sən bütün alçaqlığını ortaya çıxardın və yenə sən müqəddəsliyi istifadə edərək əziyyət etdin. Əziz insan qılığına girərək şeytanın rolunu üstləndin. (Yepiskop: Lütfən mərhəmət et!) Bu gecə olmaz, yepiskop bu gecə olmaz. V for Vendetta
  • Vətəndən əziz heç bir şey yoxdur. Lukian

İstinadlar

[redaktə]
  1. Biharul-Ənvar, c.69, səh.378, hədis 31
  2. Biharul-Ənvar, c. 78, səh. 374, hədis 24