Alma
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Alma ağacından alma düşər, armud ağacından - armud. Azərbaycan atalar sözləri/A
- Alma alma yanına düşər. Assuri atalar sözləri
- Alma biş, ağzıma düş. Türkmən atalar sözləri
- Alma öz ağacından uzaq düşməz. Azərbaycan atalar sözləri/A
- Almanı göyə at, yerə gəlincə, ya nəsib! Azərbaycan atalar sözləri/A
- Almanı soy ye, armudu say ye. Azərbaycan atalar sözləri/A
- Almanın bir çürüyü safları da çürüdür. Udmurt atalar sözləri
- Almanın yaxşısına qurd düşər. Alman atalar sözləri
- Almanın yaxşısını qurd yeyər. Başqırd atalar sözləri
- Alması olan ağacı daşlarlar. Türk atalar sözləri
- Ayı min cür atılıb-düşür, ancaq cır almanın altında. Gürcü atalar sözləri
X[redaktə]
- Xəstə tələsər, amma alma vaxtında dəyər. Kumık atalar sözləri
Q[redaktə]
- Qız qızıl alma, qızı gözdən salma. Azərbaycan atalar sözləri
Ö[redaktə]
- Övlad bir turş almaya bənzər, yeyənin dişi qamaşar, yeməyənin könlü istər. Azərbaycan atalar sözləri/Ö
Y[redaktə]
- Yarısını yedikdən sonra əlimizdə bütün bir alma qalmayacağı kimi, zidd tərəflərdən biri olmadan digəri də ola bilməz. Tomas Edison