Bənzər
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Alçaq insanlara yaxşılıq etmək, dənizə su daşımağa bənzər. Miqel de Servantes
- Alimin xətası dəryada sınıq gəmiyə bənzər, həm özü qərq olar, həm də gəmıidəkilər. Əli
- Allah insanı öz simasına və bənzərinə görə yaratdı, insan da eyni tərzdə Ona əvəzin verdi. Volter
- Aşiq olmayan insan meyvəsiz ağaca bənzər. Yunus Əmrə
- Az bilib çox danışan, bədxərclik edən yoxsula bənzər. Napoleon Bonapart
- Az bilgisi olub çox danışan kəs, çox pulu olmayıb, lakin çox xərcləyən birinə bənzər. Volter
B
[redaktə]- Bəzən dil sıyrılmış qılınca bənzər,
Sərvaxt ol, başını bədəndən üzər. Xaqani Şirvani - Bildiklərinə əməl etməyən adam əlində çıraq gəzdirən kora bənzər. Sədi Şirazi
- Biliksiz adam okeanda azan yelkənsiz gəmiyə bənzər: ya sahilə çırpılıb parçalanar, ya tufana düşüb batar. Pifaqor
- Biliksiz bir şəxs döyüş barabanına bənzər: səsi çox, içi boşdur. Sədi Şirazi
C
[redaktə]- Cəsarəti olmayan insan, iti kənarı olmayan bıçağa bənzər. Bencamin Franklin
D
[redaktə]- Duman qəlbdəki məhəbbətə bənzər; təpələrin arasında oynaşıb, onlarda gözlənilməz gözəlliklər yaradır. Rabindranat Taqor
- Düşməninə inanan əlini ilanın ağzına salana bənzər. Ərəb atalar sözləri
E
[redaktə]- Elm bütün qapıları açan açara bənzər. Anatol Frans
- Eşq, iddiaya bənzər, cəfa çəkmək də şahidə. Şahidin yoxsa iddianı qazana bilməzsən ki. Mövlana Cəlaləddin Rumi
- Eşq məhkəməyə bənzər, cəfa çəkmək də şahidə. Əgər şahidin yoxdursa, məhkəməni uda bilməzsən. Mövlana Cəlaləddin Rumi
- Evlənmə iddiaya bənzər. Mütləq məmnun olmayan bir tərəf vardır. Onore de Balzak
Ə
[redaktə]- Əgər Allah insanı özünə bənzər şəkildə yaratdısa, insan da ona haqqını eyni cür ödədi. Volter
- Əgər birisi Müqəddəs Kitabı gecə-gündüz oxuyur, ancaq əməl eləmirsə, beləsi özgəsinin inəyini sayan naxırçıya bənzər. Müqəddəslər cərgəsində ona yer yoxdu. Dhammapada
F
[redaktə]- Fəzilətli insan Tanrıya bənzər insandır. Fəzilət daşıyan, amma öz eqosunun şıltaqlıqlarına göz yuman insan gözəldir. Amma Tanrıya bənzər insanı haradan tapmaq olar? Ola bilər ki, yalnız gözəl olanla kifayətlənəsən? Çingiz xan
G
[redaktə]- Gənc qızların göz yaşları sanki səhər çiçəyinə bənzər: günəş çıxan kimi üzərindəki damlalar uçub-gedər. Aleksandr Puşkin
- Gözəl bir gülüş qaranlıq evə girən günəş işığına bənzər. Lev Tolstoy
- Gözəl həyatınız olub, təhsiliniz var, mədənisiniz. Təəssüf edirəm ki, bizdən daha çox şey ala bilmədiniz, ancaq başa düşməlisiniz ki, hər şey keçmişdə daha pis idi. Mari-Klodla bu işə başlayanda Heylşemə bənzər bir yer sadəcə yox idi. Biz birinci idik – biz və Qlenmorqan-haus. Bir neçə ildən sonra Sonderz-trast da bizim cərgələrə qoşuldu. Ən əsası dünyaya göstərdik ki, şagirdlər humanist və sivil şəraitdə böyüyürlərsə, onlar da istənilən adi insan kimi həssas və ağıllı ola bilərlər. Bu vaxta qədər bütün klonlar ya da şagirdlər, sizi belə çağırmağa üstünlük verirdik, – yalnız təbabət üçün material kimi mövcud idi. İşiquro Kazuo
X
[redaktə]- Xalqın özünə başçı seçə biləcəyi bir respublikanı götürsək pul, reklam və buna bənzər vasitələrlə dövlətin başında təlxəyi də oturtmaq olar. Adolf Hitler
İ
[redaktə]- İnsanın elmi çoxaldıqca cəhaləti azalır. Cahil olan kimsə vaxtsız xoruza bənzər. Cahilə söz qandırmaq dəvəyə xəndək atılmaqdan çətindir. Məhəmməd Tağı Sidqi
- İnsanlar da quyuya bənzər, içlərində boğula bilərik. Əhməd Hamdi Tanpınar
K
[redaktə]- Keçən gün quşa bənzər, uçdu, qayıtmaz. Azərbaycan atalar sözləri/K
- Kitab bilik xəzinəsinə bənzər, içinə daxil olun. Samuel Smayls
Q
[redaktə]- Qadın təbiətə bənzər- bir gün bir üzünü o biri gün digər üzünü göstərər, ətrafındakı insanlara isə bir gün bütünlüklə onun haqqında hərşeyi biləcəyi barədə ümid verər. Deni Didro
- Qərarlar əksər halda saatlarımıza bənzər: heç birimizinki bir-biri ilə üst-üstə düşməz. Amma yenə öz qərarımıza etimad edirik. Aleksandr Pop
O
[redaktə]- Oğuzun arsızı Türkmanın dəlisinə bənzər. Kitabi Dədə Qorqud
Ş
[redaktə]- Şübhə qızdırmalı xəstəyə bənzər - yatmaz, yata bilməz, yatmağa qoymaz, yox, əgər yatsa, qorxulu yuxu görər. [1] Cənab Şəhabəddin
T
[redaktə]- Təvazökarlıq yaşmağa bənzər: örtərək gözəlləşdirir. Cənab Şəhabəddin
U
[redaktə]- Uşaqlı ev bazara, uşaqsız ev məzara bənzər. Qırğız atalar sözləri
İstinadlar
[redaktə]- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.420