Məzmuna keç

Beş



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Beş barmağın beşi də bir deyil. Azərbaycan atalar sözləri/B
  • Beş barmağın beşi də qardaşdır, ancaq onlar da bərabər deyil. Fars atalar sözləri
  • Beş barmağın beşi də tən deyil. Azərbaycan atalar sözləri/B
  • Beş barmağın içində uzun olanı da var, gödək olanı da. Vyetnam atalar sözləri
  • Beş də beş, beş buçuq da beş. Azərbaycan atalar sözləri/B
  • Beş gün yaraq, bir gün gərək. Azərbaycan atalar sözləri/B
  • Beş ilin öküzü, qırx ilin qazısın aldadır. Azərbaycan atalar sözləri/B
  • Beş ölümcül günah: “İlk günah, yüksək mənfəət əldə etmək üçün artıq qiymətləndirməyə sitayiş etməkdir. İkinci günah, yeni bir məhsula bazarın qaldıracağı qədər qiymət qoymaqdır. Üçüncü günah, xərc nəzarətli qiymətləndirmədir. Dördüncü günah, sabahın fürsətini dünənin mehrabında qurban etməkdir. Beşinci günah, problemləri bəsləyərkən fürsətləri acından öldürməkdir.” Piter Druker
  • Beş şey alqışlanır: öz ailəsinin qeyrətini çəkmək, səxavətli olmaq, yumşaq xasiyyətli olmaq, doğrucul olmaq, şücaətli olmaq. Ərəb atalar sözləri
  • Beş şey bədəni atəşsiz yandırır: pis bir hökmdara xidmət, ödənilməmiş borclar, insanlara hörmətsizlik, sevilən birindən ayrılmaq, yoxsulluq üzündən üz döndərən dostlar. Çanakya/Hökmdar
  • Beş şey böyük nemətdir: cansağlığı, əmin-amanlıq, ruzi bolluğu, müvafiq munis, yaxşı övlad. Ərəb atalar sözləri
  • Beş şey qəbahətdir: qocanın eşqə düşməsi, padşahın hiddətlənməsi, şərəfli adamın yalan danışması, dövlətlinin xəsisliyi, alimin tamahkarlığı. Ərəb atalar sözləri
  • Beş şey yaxşıdır: elm, ədalət, səxavət, səbr və həya. Elm - alimlərdə, ədalət - hakimlərdə, səxavət - varlılarda, səbr - yoxsullarda, həya - qız, gəlinlərdə. Ərəb atalar sözləri
  • Beş şeyi öldürmək günah deyil: qarğanı, çalağanı, ilanı, əqrəbi, quduz iti. Ərəb atalar sözləri
  • Beş şeyin müştərisi beş nəfərdir: zülmün - padşahlar, təkəbbürün - obalarda tək yaşayanlar, həsədin - alimlər, xəyanətin - tacirlər, hiylənin - pis qadınlar. Ərəb atalar sözləri
  • Beş yaşına çatanda uşaq sizin ağanız, on yaşına çatanda - qulunuz, on ilə on beş yaş arasında gizli müttəfiqinizdir və daha sonra sizin dostunuza və ya düşməninizə çevrilir. Alman atalar sözləri
  • Beşdə alacağım yox, üçdə verəcəyim. Azərbaycan atalar sözləri/B
  • Beşə dözən, on beşə də dözər. Azərbaycan atalar sözləri/B
  • Bir dəfə qabağa baxanda, beş dəfə ətrafa bax. Başqırd atalar sözləri
  • Bir əldə beş barmaq var, onlar da bir boyda deyil. Abxaz atalar sözləri
  • Çox qazansan, az qazansan,

Beş arşın ağdı xələt.
Mal-dövlətə baş endirən,
Əfsana baş endirir. Aşıq Ələsgər

  • Damcı-damcı ilə yaramız sağalası yara deyil. İndi sel vaxtıdır. Elm gərək sel kimi axsın ki, hər istəyən ondan içib doya bilsin. Belə yanğı vaxtında hər millətini istəyənin borcudur ki, birə beş artıq işləsin və bir də bizim oxuyanımız az olduğuna biz gərək nə ki, işi müftə və bitəmənna millət üçün eləyək, hətta lazım olsa xərcini də bəqədr məqdur özümüz gərək verək. Belədə iş irəli gedə bilər… Həsən bəy Zərdabi
  • Digər sübutları kənara qoysaq beş barmaq belə mənim Tanrının varlığına inanmağım üçün yetərlidir. İsaak Nyuton
  • Hər dəfə qar yağanda onun əsas elementləri daim altıbucaqlı ulduz şəklini alır. Xüsusi bir səbəbi olmalıdır və təsadüfdürsə, niyə beş və ya yeddi guşəli ulduz olmasın? İohann Kepler
  • Hər hansı şəhərin bəzəyi beş şeydir: müzəffər şah, ədalətli hakim, zəngin bazar, mahir təbib və bol suyu olan çay.[1]
  • İndi mənim xoşbəxtliyimə kölgə salan yeganə bulud, – qoca qarının və soğanla dolu arabanı çəkən eşşəyin qaldırdığı toz bulududur. (Bilirəm ki, bu cür gözəl bir gündə arabanın nektar və ambroziya (astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi) ilə, heç olmasa, üzüm və şaftalı ilə dolu olması daha yaxşı olardı, amma mən düz danışan adamam: bu, sadəcə soğan idi.) Amma artıq toz yatır və budur yenə arxamda – bütöv bir Fransa, qarşımda İtaliya, sağımda – Aralıq dənizi, solda – Alp dağları, üzərimdə isə yaqut qübbə. Və beşi də olduqca yaxındır; onlar elə sakit və elə yaxındılar ki, əlimi uzatsam onlardan istədiyim birini seçib hədiyyə olaraq sizə göndərə bilərəm. Amma hətta əgər poçt orqanları bildirməsə də ki, onların göndərilməsi müşkül məsələdir (yenə rəsmiyyətçilik – idarələrin lənəti), onların gözəlliyi yolda itəcək və sizə çatanda yekə, heybətli və qorxunc bir şey olacaqlar. Odur ki, mən sizə xatirə üçün yalnız bu yabanı rozmarin (çəmənotu və ya ətotu) şaxəsini göndərirəm. Amma yenə də qoca qarıya acığım tutur. O, öz eşşəyi ilə özümə danışdığım nağılın düz ortasında peyda oldu və hər şeyi korladı. Bəs siz heç özünüzə nağıl danışırsınız? Yoxsa, siz tamam böyümüsünüz? Qırılmış dostluq
  • Qəlbin əlacı beşdir: Qurani-Kərim oxumaq, Qurani kərimə baxmaq, mədəni boş saxlamaq, gecələr qalxıb ibadət etmək, səhərlər ağlayıb sızlamaq və yaxşı kəslərlə oturub-durmaq. İbrahim Həvvas
  • Mən dostlarımı heç satmadım! Çünki; Ya beş qəpik etməz çıxdılar, ya da qiymətsiz.. İlhan Bərk

İstinadlar

[redaktə]
  1. Xəzinə. Bakı, 1997, səh.121.