Məzmuna keç

Boğaz



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Adam bərk dilxor olanda, nədənsə boğazından heç nə keçmir. Cerom Selincer
  • Atam mənə üzümü qırxmağı da öyrətməyib, bunu bir taksi sürücüsündən öyrənmişəm. Amma atamın mənə öyrətdiyi ən mühüm şey odur ki, sağlamlığımız yoxdursa, deməli heç nəyimiz yoxdur. Dişin ağrıyırsa, boğazın qıcıqlanırsa, ürəyin bulanırsa, hətta daha pis şeylər varsa ortada, deməli həyatınızdakı hər şey bərbaddır. Vudi Allen
  • Bəzən bütöv bir fili yeyirsən, boğazında heç nə qalmır: balaca bir balığı yeyirsən, sümüyü qalır boğazında. Aşanti atalar sözləri
  • Bəzi adamları güldürmək lazımdır ki, sizi boğazdan asmaq niyyəti yadlarından çıxsın. Corc Bernard Şou
  • Boğaz yediyin istəməz, göz gördüyün istər. Azərbaycan atalar sözləri/B
  • Boğazdan asılanın evində kəndirdən danışmazlar. Bəs cəlladın evində necə? Stanislav Eji Lets
  • Boş – boş söhbətləriylə Aristoteli boğaza yığan biri ondan soruşur: “Sizi yormadım?”. Aristotel cavab verir: “Yox, mən qulaq asmırdım”. Aristotel
  • Canavar boğazdan yapışar. Udmurt atalar sözləri
  • Canlı və mənalı danışmağı xalqdan öyrənmək lazımdır. Xalq heç vaxt elə söz deməz ki, boğaza ilişib qalsın. Dil gözəlliyinin isə ən vacib tələblərindən biri budur ki, söz, cümlə, ifadə dili rahat gəlsin, ağızda fırlanmasın, musiqidə də belədir. Azərbaycan xalq musiqisinin əsaslarını öyrənmək nəticəsində mən Koroğlunu yazdım. Üzeyir Hacıbəyli
  • Çıxılmazlıq suda batanın boğazından asılan daş kimidir. Luule Viilma
  • Deməli, Bülbülün üstünlüyü ondadır ki, o, hələ sinədən, boğazdan oxuması bir yana qalsın, hər şeydən əvvəl, ifaçılıq mədəniyyətinə yiyələnmişdir. Mən bu əqidədəyəm ki, biz tələbələrə notla çalmağı öyrətdiyimiz kimi, notla da oxumağı öyrətməliyik. Üzeyir Hacıbəyli
  • Elm insanın tacı, var-dövlət isə boğazdan sallanan boyunbağıdır. Covanni Viko
  • Fəhlə hərəkatı on min dəfə büdrədi, yıxıldı, özünü əzdi və yenidən ayağa qalxdı; boğazından tutuldu və boğularaq duyğusuzluğa düçar edildi; məhkəmələr tərəfindən tapşırılmış, quldurların hücumuna məruz qalmış, milis tərəfindən ittiham edilmiş, nizami adamlar tərəfindən vurulmuş, mətbuat tərəfindən aldadılmış, ictimai rəy tərəfindən nifrət edilmiş, siyasətçilər tərəfindən aldadılmış, keşişlər tərəfindən təhdid edilmiş, mürtədlər tərəfindən rədd edilmiş, xəfiyyələr tərəfindən ovlanmış, casuslar tərəfindən işğal edilmiş, qorxaqlar tərəfindən tərk edilmiş, satqınlar tərəfindən xəyanət edilmiş, zəlilər tərəfindən qan tökülmüş və liderlər tərəfindən satılmışdır. Lakin bütün bunlara baxmayaraq, bu gün bu planetin indiyə qədər tanıdığı ən həyati və potensial gücdür və işçiləri azad etmək kimi tarixi missiyasıdır, dünyanın əsrlərin əzabından çıxması günəşin batması kimi son reallığa da əmindir. Yucin Viktor Debs
  • Həqiqət, yalançıların, xəbərsizlərin boğazında qalmış sümük kimidir. Mark Avreli
  • İngiltərədə tək bir din olsaydı, despotizm təhlükəsi olardı, iki din olsaydı, bir-birinin boğazını kəsərdilər, amma otuz dindar dinc və xoşbəxt yaşayırlar. Volter
  • İnsan, dini heyvandır. Yeganə heyvandır ki, yaxınını özü kimi sevir, dini məsələlərdə fikir ayrılığı olanda isə həmin yaxınının boğazını kəsir. Mark Tven
  • İştaha böyükdür - səma kimi, boğaz dardır - iynə ulduzu kimi. Teluqu atalar sözləri
  • Qanunların boğazına dolanıb dibə batmaqdansa, oportunist olub suyun üstündə qalmağı seçərəm. Albert Eynşteyn
  • Quyunun qurudulmasında bardağın dar boğazı maneə ola bilməz. Çanakya
  • Mən heç bir zərərli şeyə, bu şeyin mənim özümə zərəri dəyməsə də, yol verməməliyəm. Mən dünyada tək deyiləm! Bugün mən özümü incitməyə yol versəm, məni incidənə etina etməsəm, məni incidən adam məndə öz gücünü sınayıb, sabah başqasının dərisini boğazından çıxarmağa can atar. Ana (Roman)
  • Minnətli tikə boğazdan keçməz. Türkmən atalar sözləri
  • Minnətli tikə şirin də olsa, boğazdan keçməz. Rus atalar sözləri
  • Şeir boğazda bir düyün, yanlışlıq hissi, vətən həsrəti, sevgi həsrəti kimi başlayır. Robert Li Frost
  • Tənbəl insanlara kömək etməklə, sən onları boğazından asılmış yük olmağa kömək edirsən. Sun Dzı
  • Tülkü tülkülüyünü bildirincə, dərisini boğazından çıxararlar. Azərbaycan atalar sözləri/T

İstinadlar

[redaktə]