Məzmuna keç

Doqquz



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Adamları təhqiretmədən və inciklik hissi yaratmadan onlara təsir etməyə imkan verən doqquz qayda:
  1. Müsahibinizin tərifindən və onun layiqli cəhətlərini səmimi etirafdan başlayın.
  2. Başqalarının səhvlərini birbaşa yox, dolaysı ilə göstərin.
  3. Əvvəlcə öz səhvlərinizdən danışın, yalnız bundan sonra müsahibinizi tənqid edin.
  4. Müsahibinizə nəsə əmr vermək əvəzinə, suallar verin.
  5. Adamlara nüfuzlarını xilas etməyə imkan verin.
  6. Adamların ən kiçik uğurlarını belə bəyəndiyinizi bildirin və onların hər bir müvəffəqiyyətini qeyd edin. “Qiymət verməkdə səmimi və tərifləməkdə səxavətli olun”.
  7. Adamlara yaxşı nüfuz yaradın, onlar bu nüfuzu doğrultmağa çalışacaqlar.
  8. Həvəsləndirməyə əl atın. Düzəlmiş görmək istədiyiniz səhvin asan düzəldilə bilməsi təsəvvürünü yaradın; elə edin ki, adamları təhrik etdiyiniz məsələlər onlara çətin görünməsin.
  9. Çalışın ki, adamlar təklif etdiklərinizi yerinə yetirməyə şad olsunlar. Deyl Karnegi
  • Cəsarət on hissəlidir, biri qorxmamaq, doqquzu diqqət və ehtiyatdır. Əli
  • Doqquz deyirsən, elə də eləyirsən - on sayılır; on deyirsən, doqquz eləyirsən - biri gülür, biri söyür. Vyetnam atalar sözləri
  • Elə bir zaman gələcək ki, camaat on hissəyə sahib olacaq, doqquz hissə xalqdan çəkiləcək, bir hissəsi isə sükut içində olacaq. İmam Rza
  • O, yalan danışa bilər, ya yox? Bizim hər birimiz kimi, onun da mənəvi möhkəmliyi sonsuz deyil. O, doqquz sentə görə bir dəfə də olsun yalan danışmaz, amma bir dollara səkkiz dəfə yalan danışar. Mark Tven

İstinadlar

[redaktə]