Məzmuna keç

Hazır



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Adekvat olmayan iş otağına görə işdən çıxmağa hazır olun. Ceyms Uotson
  • Allah hürriyyəti ancaq onu sevənlərə, onu mühafizə və müdafiəyə hazır olanlara verir. Daniel Vebster
  • Allah yolu dörd şeydədir: ruzisindən əmin olmaq, işlərində ixlaskar olmaq, şeytanı düşmən bilmək və ölümə hazır olmaq. Şəqiq Bəlxi
  • Azadlıq uğrunda ölməyə hazır olanlar onun nə olduğunu yaxşı bilirlər. Daha yüksək mövqelər dik qayalara... Anna De Stal
  • Bank müəssisələri döyüşə hazır olan qoşunlardan daha təhlükəlidir. Tomas Cefferson
  • Başqalarından hesabat tələb edirsinizsə, siz də hesabat verməyə hazır olun. Solon
  • Bəzi insanlar öz günəş sistemlərində yaşayarlar; onları orada ziyarət etmək lazımdır. Öz atəşinlə yandırmağa hazır olmalısan özünü; əvvəl kül olmadan necə yeni ola bilərsən ki! Fridrix Nitsşe
  • Bir şey var: sən gəzməlisən və yerişinlə yolu yaratmalısan; hazır bir yol tapa bilməzsən. Həqiqətin son dərkinə çatmaq o qədər də ucuz deyil. Özünüz gəzərək yolu yaratmalı olacaqsınız; yol hazır deyil, uzanıb səni gözləyir. Bu, səma kimidir: quşlar uçur, amma heç bir iz buraxmırlar. Sən onlara tabe ola bilməzsən; geridə heç bir iz qalmayıb. Oşo
  • Biz bu cür vəziyyətə hazır deyildik. (Çernobıl faciəsi haqqında) Mixail Qorbaçov
  • Böyük adamı kəskin tənqid etmək kiçik adamın böyüklüyə çatmaq üçün nail olacağı hazır yoldur. Edqar Allan Po
  • Bu günə hazır olmayanın sabaha hazır olmağı daha çətin olacaq. Ovidi
  • Bu və ya digər işi yerinə yetirməyə yox, onlara dözməyə hazır ol. Saltıkov-Şedrin
  • Dünya - işləmədən pul qazanmaq istəyən avaralardan və hər zaman işləməyə hazır olmalarına baxmayaraq, varlanmayan gicbəsərlərdən ibarətdir. Corc Bernard Şou
  • Düşüncələrində cinayət törətməyə hazır olan, bəlkə də onu törədəndən daha cinayətkardır. Pyer Büast
  • Elmin bir çox sahələrindəki fərziyyələr və nəzəriyyələr, doktrinalar və sxemlər hazır şəkildə xəritələrdir. Onları atmaq - deməli, seçilən yoldan imtina etmək deməkdir. Faktlar meşəsində və ya fikirlər okeanında nəzəriyyələrsiz və doktrinalarsız eyni dərəcədə çaşmaq olar. Dmitri Mendeleyev
  • Elmin uğurları mənəviyyətin mükəlləşməsini üstələməməlidir. İnkişaf kəskin çevirilişlərlə yox, tədricən getməlidir. Bir sözlə, hər şeyin öz vaxtı var! Məsələn, əgər mən bu gün tez gəlsəydim, insanların ziddiyyətli, mənfəət güdən maraqlarını yoluna qoya bilməzdim. Çünki, xalqalar buna hələ hazır deyillər... Jül Vern
  • Endrü Karnegi motivasiyanın altı qaydası:
  1. Sahib olmaq istədiyiniz pulun dəqiq miqdarını təyin edin. "Çox pula sahib olmaq istəyirəm" demək kifayət deyil. Konkret və konkret olun.
  2. İstədiyiniz sərvət üçün nə ödəməyə hazır olduğunuzu vicdanla söyləyin.
  3. Bu pula sahib olacağınız müddəti planlaşdırın.
  4. İstəyinizi yerinə yetirmək üçün konkret bir hərəkət planı hazırlayın və bunu həyata keçirməyə hazır olsanız dərhal hərəkətə başlayın.
  5. Düşündüyünüz hər şeyi yazın: pulun miqdarını, nə vaxt əldə etmək istədiyinizi, əvəzində nə bağışlamaq istədiyinizi, hərəkət planını.
  6. Hər gün yatmazdan əvvəl və səhər oyandıqdan sonra, gözlərinizi yumaraq, qeydlərinizi yüksək səslə, açıq şəkildə, aramla danışın. Oxuduqca təsəvvür edin, hiss edin və inanın ki, pul artıq sizə məxsusdur. Endrü Karnegi
  • Əgər səsini ucaltmasan, dəyənəyini hazır vəziyyətdə saxlamasan, uzağa gedəcəksən. Teodor Ruzvelt
  • Əhəmiyyətli odur ki, öz ölkən uğrunda ölməyə, ondan da əhəmiyyətlisi, onun naminə yaşamağa hazır olasan. Teodor Ruzvelt
  • Əqidə və inamı hazır şəkildə satın almaq olmaz, bunları özün hazırlamalısan. Dmitri Pisarev
  • Ən yaxşısını düşün, ən pisinə hazır ol. Azərbaycan atalar sözləri/Ə
  • Əsl comərd insan düşmən bədbəxtliyi onun nifrətini üstələyəndə mərhəmət göstərməyə hazır olur. Aleksandr Düma (ata)
  • Gerçək zəka sahibi insan, bir ideologiyadan yapışmayacaq; niyə etsin? Hazır cavablardan ibarət olan bir yükü daşımayacaq. Kifayət qədər ağıllı olduğu üçün hər hansı bir vəziyyət ortaya çıxanda ona qarşılıq verə biləcəyini bilir. Niyə keçmişdən gələn gərəksiz bir yükü daşısın? Onu daşımağın nə anlamı var? Əslində, keçmişdən nə qədər çox şey daşısan, indiki zamana o qədər az qarşılıq verə biləcəksən, çünki indiki zaman keçmişin bir təkrarı deyildir, daima yenidir, daima yenidir. Əsla köhnə deyildir; bəzən köhnə kimi görünə bilər amma köhnə deyildir, təməl fərqlər vardır. Oşo
  • Hazır inamı nə xeyirxaһ tanışlardan xaһiş etmək olar, nə də kitab dükanından almaq olar. Onu öz idrakınla qazanmalısan, özü də mütləq öz başında müstəqil surətdə yaranmalıdır... Dmitri Pisarev
  • Xalqın əhval-ruhiyyəsi ilə həmişə heablaşmaq lazımdır. Bu, mənəvi ruhumuzun və özünü qurban verməyə hazır olmağımızın məcburiyyəti əhəmiyyətli dərəcədə dəyşə biləcək müharibəmizdə xüsusilə düzgündür. Corc Vaşinqton
  • İnsanın üç sadiq yoldaşı vardır: Yaşlı arvadı, Yaşlı iti və Hazır pulu. Bencamin Franklin
  • İnsanlar o qədər sözəbaxandırlar və özlərinin gündəlik tələbatlarından qultək elə asılıdırlar ki, yalançı adam, yalana aldanmağa hazır olan çox sayda adamı həmişə tapacaq. Nikkolo Makiavelli
  • Öz xoşbəxtliklərini ucuz tutan, qızlıqlarına həddindən artıq aludə olan və özlərinin etiraf etdiyi kimi, ilk qarşılarına çıxanla getməyə və döyüş atları döyüşə can atdığı kimi, nigaha girməyə hazır olan qadınlara nə deyim? Dəlilərə necə dua edilirsə, onlar üçün də o cür dua etmək lazımdır. Belə qadınlar mənə bütün sərvətini lotereyaya verib yüz min boş, yəni uduşsuz bilet udanları xatırladır. Daniel Defo
  • Özümü sevəndən sonra anladım ki, bir insanın boynuna arzusunda olduğu şeyləri etmək vaxtının çatmasını qoymaqla, onun buna hazır olmadığını nəzərə almamaq, onun xətrinə dəymək deməkdir. Və bu insan elə mən özüməm. Bu gün bilirəm ki, buna — Etiraf deyilir. Çarli Çaplin
  • Rəssam mövcud obyekt və onun vasitəçiliyi ilə obyektin interpretasiyası (təqlidi) arasındakı fərqi öyrənməlidir. Rəssam alovu etməzdən əvvəl qığılcımı yaratmalı; incəsənət doğulmamışdan əvvəl isə öz yaradıcılıq alovunu söndürməyə hazır olmalıdır. Oqust Rodin
  • Sülh istəyirsinizsə döyüşə hazır olun. Qay Yuli Sezar
  • Sülhü axtarmaq və ona riayət etmək gərəkdir. Amma özünü də bütün mümkün vasitələrlə müdafiə etməyə hazır olmalısan. [1]Tomas Hobbs
  • Sülhün qorunmasının ən təsirli vasitəsi müharibəyə hazır olmaqdır. Corc Vaşinqton
  • Təəssüf ki, polis üçün maksimal qiyməti ödəməyə hazır olsan da, taleyini sığorta şirkətinə çevirə bilməzsən. Alfred Nobel
  • Vətənpərvər həmişə vətən uğrunda ölməyə hazır olduğunu deyir, Vətən uğrunda öldürməyə hazır olduğunu isə bir dəfə də dilinə gətirmir. Mark Tven
  • Vətənpərvərlik - ən bayağı səbəblərdən öldürməyə və öldürülməyə hazır olmaqdır. Mark Tven

İstinadlar

[redaktə]
  1. Hikmət Hacızadə. Demokratiya:gediləsi uzun bir yol. Bakı, 2002. səh.49