Od
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Ağacın əyriliyi ancaq odda yox olar. Teluqu atalar sözləri
- Alov, başqa şeyləri işıqlandırdığı qədər işıqlandırmaz özünü. Müdrik də belədir. Fridrix Nitsşe
B[redaktə]
- Biz keçmişdən kül deyil, od götürməliyik. Jan Jores
- Bıçaq odda bərkiməyibsə, nə qədər itiləsən, bir o qədər kütləşəcək. Mark Tven
D[redaktə]
- Dövlət od-alov kimi bir şeydir: çox yaxın dursan yanarsan, çox uzaqlaşsan donarsan. Ezop
Ə[redaktə]
- Əyri ağacı od düzəldər. Əfqan atalar sözləri
H[redaktə]
- Hər kəsə ki uşaqlıqda ədəb və tərbiyə verilməsə, böyüklükdə onun nicatı olamaz. Yaş ağacı hər tövr istəsən əymək mümkündür, lakin quru ağacı ancaq od ilə düzəltmək mümkün olur...
İ[redaktə]
- İki arvadı olan kişi iki od arasında olan birinə bənzər. Hansı tərəfə getsə yanar. Ərəb atalar sözləri
Q[redaktə]
- Qəzəb od, qəzəb fəlakət, qəzəb şeytandır, oğul! İnsanoğlu dağları devirər, ancaq qəzəbinə məğlub olar. Qəzəb mənəm-mənəmliyin qidasıdır. Mənəm-mənəmlik olan yerdə iradə çəkilib gedər. İradəsiz insanın isə ruhu ölüdür. Şeyx Ədabali
- Qonşum sağ olsun, ocağından od verməsin. Azərbaycan atalar sözləri/Birlik və dostluq
- Qürbətin odu da vətənin tüstüsü qədər parlaq deyil. Alman atalar sözləri
M[redaktə]
- Mən siqaret çəkmirəm, lakin hər zaman kibrit qutusunu cibimdə daşıyıram. Nə vaxt günah etsəm, bir kibrit yandırıb əlimi onun oduna yaxınlaşdıraram və öz-özümə deyərəm: "Əli, sən bu kiçik oda dözə bilmirsən, Cəhənnəm alovuna necə dözəcəksən..?” Məhəmməd Əli
O[redaktə]
- Od ağıllı üçün hərarətdir, axmaq üçün - yanğın. Osetin atalar sözləri
- Od yanan yerdən işıq gələr. Azərbaycan atalar sözləri/Ümid, arzu və istək
- Od sönər, ad yox. Osetin atalar sözləri
- Odu pambıqla gizləmək olmaz. Abxaz atalar sözləri
- Odu sevənlər müxtəlif olur; kimi istisinə, kimi tüstüsünə, kimi işığına görə; kimi öz “canını oda yaxmaq” üçün, kimi başqalarını yandırmaq üçün. Əbu Turxan
P[redaktə]
- Paxıllıq odundan yandırıcı od hələ görünməmişdir. Abbasqulu ağa Bakıxanov
S[redaktə]
- Sevgi elə bir eynək taxır ki,ondan baxanda kasıblıq zənginlik kimi,od zərrələri qızıl və mirvari kimi görünür. Miqel de Servantes
- Sevgi od deyil, amma oddan yamandır. Azərbaycan atalar sözləri/S
Y[redaktə]
- Yalançının evinə od düşdü, heç kəs inanmadı. Azərbaycan atalar sözləri/Söz, söhbət və danışıq
.