On
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ana on uşağı yedirə bilir, on uşaq bir ananı yedirə bilmir. Vyetnam atalar sözləri
B
[redaktə]- Beş yaşına çatanda uşaq sizin ağanız, on yaşına çatanda - qulunuz, on ilə on beş yaş arasında gizli müttəfiqinizdir və daha sonra sizin dostunuza və ya düşməninizə çevrilir. Alman atalar sözləri
- Bir-bir, sevə-sevə çıxdığım eşq pillələrini; On-on, söyə-söyə düşürəm indi... Camal Sürəya
- Bir dəfə görmək on dəfə eşitməkdən yaxşıdır. Koreya atalar sözləri
- Bir gün yubatsan, on gün uzanacaq. Koreya atalar sözləri
- Bir insanın ölümü faciədir, on insanın ölümü dramatikdir, bir milyon insanın ölümü isə yalnız bir statistikadır. İosif Stalin
- Bir qız on oğula dəyər - qismətinə yaxşı adaxlı çıxsa. Benqal atalar sözləri
- Bir yerə ki, on qadın yığışdı, ora dönəcək məhkəmə otağına. Benqal atalar sözləri
C
[redaktə]- Cəsarət on hissəlidir, biri qorxmamaq, doqquzu diqqət və ehtiyatdır. Əli
D
[redaktə]- Din həqiqətən insanları inandırıb ki, səmada gözəgörünməz bir adam yaşayır və sizin etdiyiniz hər şeyi, hər dəqiqə hər dəqiqə izləyir. Gözəgörünməz insanın isə sizdən istəmədiyi on şeydən ibarət xüsusi bir siyahı var. Əgər siz bu on şeydən hər hansı birini etsəniz, onun od və tüstü, yanma, işgəncə və əzabla dolu xüsusi yeri var, orada sizi yaşamağa, əzab çəkməyə, yanmağa, boğulmağa, qışqırmağa və əbədi və həmişəlik ağlamağa göndərəcək. zamanın sonu! Amma O səni sevir. O səni sevir və Onun pula ehtiyacı var! Onun həmişə pula ehtiyacı var! O, hər şeyə qadirdir, mükəmməldir, hər şeyi biləndir və hikmətlidir, nədənsə pulun öhdəsindən gələ bilmir! Corc Karlin
E
[redaktə]- Elə bir zaman gələcək ki, camaat on hissəyə sahib olacaq, doqquz hissə xalqdan çəkiləcək, bir hissəsi isə sükut içində olacaq. İmam Rza
Ə
[redaktə]- Əgər siz əmanət qəbul edib sonra on faiz ödəyirsinizsə, aydındır ki, siz xərcləri çıxmaqla balıq qarmağa ilişənə qədər doxsan faiz həcmində qanuni xalis mənfəət əldə edirsiniz. O.Henri
G
[redaktə]- Gənckən etdiyim on şeydən doqquzunun müvəffəqiyyətsizliklə nəticələndiyini görmüşdüm. Bunun üçün on qat daha çox işə başladım. Corc Bernard Şou
- Gözəlliyin on qəpik etməz, bu məndəki eşq olmasa. Veysəl Şatıroğlu
İ
[redaktə]- İgidlik on, doqquzu hiylədir. Oğuznamə
- İki mömin qadının dostluğu, açıq şəkildə düşmənçilk edən on yaramazın pisliyindən daha pisdir. Onore de Balzak
- İlan bir səhər səni sancsa, on il quyunun ipindən qorxacaqsan. Çin atalar sözləri
- İnanıram ki, ən axmaq ingilis belə, ən axmaq amerikalıdan on qat daha ağıllıdır. Madonna
- İstəsən güzgütək saf olsun ürək,
Sinəndən on şeyi atasan gərək:
Haram, qeybət, kin, paxıllıq, tamah,
Kibr, riya, həsəd, ədavət, kələk.[1] Xaqani Şirvani - İtlər on fincan araq içən adamın ağzını yalayır. Kalmık atalar sözləri
K
[redaktə]- Kiminsə haqqında fikir bildirmək üçün mənə on dəqiqə lazımdır. Ən qəribəsi odur ki, fikrim sonralar da sabit qalır. Marqaret Tetçer
- Könlündəki bir dərd belindəki on yükdən ağırdır. Kürd atalar sözləri
Q
[redaktə]- Qadın öz qızından on yaş gənc görünürsə o, mükəmməlcəsinə hər şeylə təmin olunur. Oskar Uayld
- Qəlbinin güzgü kimi saf və təmiz olmasını istəyirsənsə, qəlbindən on ünsürü - acgözlüyü, ikiüzlülüyü, paxıllığı, söyüşkənliyi, qəzəbi, təkəbbürü qanunsuzluğu, riyakarlığı, kini və yalanı çıxarıb at. [2] Ömər Osmanoğlu
M
[redaktə]- Mən yaşayarkən özümə sənətçi deyə bilmərəm, çox ayıbdır. Ancaq on, iyirmi, qırx il sonra deyə bilərlər. Barış Manço
- - Məni nə vaxt atacaqsan?
- On kiloqramdan sonra.
- Ey! Mənim nə günahım var ki, xoşbəxtlikdən insan kökəlir? Frederik Beqbeder - Mətbuata bir dollar sərmayə qoymaqdansa, on dollara silah almaq daha sərfəlidir, çünki silahların danışmaq ehtimalı azdır, mətbuat isə səhərdən axşama qədər ağzını bağlamır. Riçard Nikson
- Müəllim dedi: “On evdən ibarət istənilən kənddə fəzilətdə məndən üstün olan adam tapılar, amma oxumağa olan sevgimə bərabər adam tapılmaz”. Konfutsi
O
[redaktə]- On dəfə eşitməkdən, bir dəfə görmək məsləhətdir. Azərbaycan atalar sözləri/Ehtiyat və sayıqlıq
- On dəqiqə içində bu kağızın üstündə iki şeydən birini görəcəyəm: Ya imzanı, ya da beynini! Xaç atası (film, 1972)
- On dərviş bir həsir üstə yatar, amma iki şah bir səltənətə sığmaz. Gürcü atalar sözləri
- On dil bir gözə dəyməz, on göz bir yoxlayan ələ dəyməz. Tai atalar sözləri
- On dini hökm yalnız ona görə yığcam, aydın və anlaşılandır ki, məsləhətçilərin və ekspertlərin köməyi olmadan yazılmışdır. Şarl de Qoll
- On qadının ağlı bir qoz qabığına sığar və hələ də yer qalar. Gürcü atalar sözləri
- On quşun ağacda olmağındansa, bir quşun əldə olması yaxşıdır. Ərəb atalar sözləri
- On zəhmətkeş kişi bir bədxərc arvadın öhdəsindən gələ bilməz. Ərəb atalar sözləri
Ö
[redaktə]- Ölkəmizdə on adam bütün dünyanı ala bilər, amma on milyon insan kifayət qədər ərzaq ala bilmir. Uill Rocers
- Özünü nöqsan görən adam, yetkinləşməyə on atla qaçar. Özünü yetkin sanan isə bu zənni səbəbiylə Allaha çata bilməz. Mövlana Cəlaləddin Rumi
S
[redaktə]- Sağsağan bir dəfə dimdik çalar, on dəfə ətrafa baxar. Qaraqalpaq atalar sözləri
- Səni on dəqiqə əvvəl öldürdüm. V for Vendetta
Ş
[redaktə]- Şahmat həyat kimidir. Hər fiqurun öz funksiyası vardır. Bəziləri zəifdir, bəziləri isə güclü. Bəziləri oyunun əvvəlində işinə yarayar, bəziləri sonunda. Amma qazanmaq üçün hamısından istifadə etməlisən. Eynilə həyatda olduğu kimi, şahmatda da hesab tutulmaz. On fiqurunu itiribb, yenə də oyunda qalib ola bilərsən. Adam Faver
Ü
[redaktə]- Üst-üstə yığılmış on ağacdan ən ağırı altda qalanıdır. İndoneziya atalar sözləri
Y
[redaktə]- Yayda bir gün itirən - qışda on gün ac qalar. Çeçen-inquş atalar sözləri
- Yer cənnətində olan qadın kişidən on dəqiqə əvvəl bilik ağacının meyvəsini dişlədi: o vaxtdan bəri o, həmişə bu on dəqiqəlik üstünlüyünü saxladı. Alfons Karr