Qane olmaq
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Allah o kişiyə rəhmət etsin ki, hökmü eşidər, eşidib seçər, doğru yola çağırılarsa, yaxınlaşar, bir başçının kəmərindən yapışıb canını qurtarar və Rəbbinin əmrini gözlər, Ona qarşı günah işlətməkdən qorxar, özü doğru və yaxşı işlərə qurşanar, aza qane olub gərəksiz şeylərdən çəkinər. Oxu atıb hədəfi vurar, əvəzini əldə edər. Öz arzusuna qarşı durmağı bacarar; səbr edər; çəkinməyi ölüm günü üçün hazırlar; açıq və bəlli yola at sürər; açıq-aydın dəlilə inanar; fürsəti qənimət bilər; əcələ hazırlanar; qulluğunu özü üçün az hesab edər. Əli
- Ancaq adi bir adam hər zaman etdikləri ilə qane olar. Uilyam Somerset Moem
- Arzu heç vaxt tam qane olmur. Jak Lakan
- Aza qane оl, çоxu Allahdan istə. Azərbaycan atalar sözləri/A
- Aza qane olmayan çoxa layiq deyil. Alman atalar sözləri
- Aza qane olmayan, çoxa yetişməz. Azərbaycan atalar sözləri/A
- Aza qane olmayana Allah çoxu da verməz. Buduq atalar sözləri
B
[redaktə]- Bir uşağa da qane ol, az gəlirə də qane ol, təkcə elmə acgöz ol. Monqol atalar sözləri
E
[redaktə]- Ehtiraslar qəlbin ehtiyaclarından qaynaqlanan, qane olana qədər əziyyət çəkən şiddətli istəklərdir. Antuan de Rivarol
Ə
[redaktə]- Əgər beynimdə min fikir varsa və bunlardan biri doğrudursa, bu nəticə məni qane edir. Alfred Nobel
- Əgər münasibət zamanı ətrafda baş verənlərə qarşı artıq heç bir maraq yaranmırsa, deməli, həmin cütlük bir-birlərini qane edəcək səviyyəyə gəlib çatmışdır. Ziqmund Freyd
- Əlindəkinə qane olmayana dünyanı da versən qane olmayacaq. Seneka
- Ən varlı adam aza qane olan adamdır; bu cür könül toxluğu mənəvi zənginlikdən xəbər verir. Sokrat
G
[redaktə]- Göstərə biləcək gücündə olduğun keyfiyyətləri göstər: səmimiyyət, ciddilik, zəhmətdə dözümlülük, həzzə biganəlik, aza qane olmaq bacarığı, xeyirxahlıq, açıqlıq, səthi şeylərə nifrət, saxta səxavətlikdən azad olma. Mark Avreli
H
[redaktə]- Hökmdar bir keyfiyyəti şirdən və durnadan, dörd keyfiyyəti xoruzdan, beşini qarğadan, altısını itdən və üçünü isə eşşəkdən almalıdır. O, şirdən böyük və kiçik olmasından asılı olmayan ən müxtəlif məsələləri həll etməyə daima hazır olmağı öyrənməlidir. O, durnadan hisslərini idarə etməyi, qoyulan məsələni həll etmək üçün düzgün yer və vaxt seçməyi öyrənməlidir. O, xoruzdan dörd şeyi öyrənməlidir: vaxtında durmağı, döyüş ruhuna malik olmağı, müttəfiqlər və tabeliyində olanlar arasında məsuliyyəti müəyyən etməyi və döyüşdən sonra həzz almağı. O, qarğadan beş şeyi mənimsəməlidir: başqalarından gizli intim münasibətdə olmağı, gizli hərəkətləri necə etməyi, düşməni necə gözləməyi və zərərsizləşdirməyi, soyuqqanlı olmağı və hər şeyə qarşı inamsızlığı. İtin insana da xas olan altı üstünlüyü var: daha çoxa malik olma arzusu, aza qane olma bacarığı, dərin yuxu, asan oyanma, yiyəsinə sadiqlik və cəsarət. O, eşşəkdən üç şeyi öyrənməlidir: ağırlığından asılı olmayaraq yük daşımağı, istiyə və soyuğa dözməyi, həmçinin yolun nə qədər uzun və yorucu olmasından asılı olmayaraq razı qalmağı. Bütün bu iyirmi keyfiyyəti özündə cəm edə bilən uzaqgörən insan bütün düşmənlərini məğlub edəcək, özü isə məğlub olmayacaq. Çanakya
İ
[redaktə]- İlk arzunu yenmək onu təqib edən digərlərini qane etməkdən daha asandır. Bencamin Franklin
- İnsan qeyri-mükəmməl bir varlıqdır. Onu heç nə və heç vaxt qane etmir. Jül Vern
- İnsanlar həyatda qane olmaq və xoşbəxtlik üçün fərqli yollar seçirlər. Onların sizinlə eyni yolda olmamaları, yollarının səhv olduqları mənasına gəlmir. Tenzin Gyatso
- İşiniz, həyatınızın böyük bir hissəsini dolduracaq. Həqiqətən qane olmağın yeganə yolu isə etdiyiniz işin əla, mükəmməl bir iş olduğuna inanmaqdır. Mükəmməl bir iş görməyin yeganə yolu isə, etdiyiniz işi sevməkdir. Əgər hələ tapa bilmədinizsə, axtarışa davam edin. Kifayətlənməyin. Stiv Cobs
Q
[redaktə]- Qadın – bu çox ciddi məsələdir və adamın bəxti gətirsə üçqat uduş qazanır: yaxşı yemək, yaxşı seks və yaxşı həmsöhbət. Təəssüf ki, kişilərin əksəriyyətini sadəcə bir şey qane edir. Toni Morrison
- Qane olmaq - xoşbəxt olmaqdır. Xindi atalar sözləri
L
[redaktə]- Ləyaqətli insan çox olmasını arzu etsə də, aza qane olur, ləyaqətsiz insan isə artıqlaması ilə alsa da, razı qalmır. Abay Kunanbayev
M
[redaktə]- Mən çox asanlıqla ən yaxşıya qane oluram. Uinston Çörçill
T
[redaktə]- Təbiət aza qane olur. Mark Tulli Siseron
Z
[redaktə]- Zəngin adam əlində olana qane olan adamdır. Ralf Uold Emerson