Sadəlik
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
E
[redaktə]- Elmin məqsədi mürəkkəb faktların ən sadə izahatlarını axtarmaqdır. Biz faktların sadə olduğunu düşünmək səhvinə düşməyə meylliyik, çünki sadəlik axtarışımızın məqsədidir. Hər bir təbiət filosofunun həyatında rəhbər şüar “Sadəlik axtar və ona etibar etmə” olmalıdır. Alfred Norz Vaythed
F
[redaktə]- Filosof olmaq sadəcə incə düşüncələrə sahib olmaq, hətta məktəb tapmaq deyil, hikməti sevmək və onun diktəsinə uyğun yaşamaq, sadəlik, müstəqillik, səxavət və inamla yaşamaqdır. Henri Toro
H
[redaktə]- Həmişə deyirəm, insan ol və insanlığı təbliğ et. Humanitar xidmətimə dörd prinsipə ciddi riayət etməklə başladım: həqiqət, sadəlik, çalışqanlıq və dəqiqlik, təkrar edirəm, insan olun, insanlığı təbliğ edin və insanlığı qəbul edin. Əbdül Səttar Ədhi
- Həyatda elə vaxtlar olur ki, ən incə hiyləgərlik sadəlik və səmimiyyətdir. Jan de Labrüyer
X
[redaktə]- Xarakterdə, davranışda və ümumiyyətlə, hər bir işdə ən gözəl şey sadəlikdir. Henri Lonqfello
- Milyonlarla insanın qəlbində mübahisəsiz bir təsirə sahib olan hər insanı öyrənmək istədim. İslamın fəthinin qılıncla olmayıb, həyat tərzi ilə olduğunu hər zamankından daha çox anladım. Peyğəmbərin tam mənada sadəliyi və əhdə sədaqəti, onun dost və davamçılarına özünü həsr etməsi, təvazökarlığı, igidliyi, qorxusuzluğu Allaha və dininə olan mütləq bağlılığından irəli gəlirdi. Əslində, ona hər maneəni aşdıran və zəfər qazandıran bu idi, yoxsa qılınc heç bir şey deyildi.[1] Mahatma Qandi
İ
[redaktə]- İnsanda ruhun düşməni sadəlik deyil, incəlik olmuşdur. Corc Santayana
Q
[redaktə]- Qarşıqlıqda sadəlik, ixtilafda harmoniya, çətinliklərdə isə imkan tapın. Albert Eynşteyn
- Qeyri-adi bir mükəmməlliyə çatsanız da, münasibətlərdə sadəlik göstərin. Bir şam nə qədər işıq verirsə, o qədər tez əriyir və enerjisi tükənir. Ağıllı yaşama sənəti
- Qoy sadəlik və sağlam düşüncə planlaşdırmağınıza rəhbərlik etsin. İnqvard Kamprad
N
[redaktə]- * Nümayişkaranə sadəlik riyakarlıqdır.[2] Fransua de Laroşfuko
Ö
[redaktə]- Öyrətməli olduğum yalnız üç şey var: sadəlik, səbir, şəfqət. Bu üçü sizin ən böyük xəzinənizdir. Lao-tszı
- Özümü sevəndən sonra, öz vaxtımdan oğurlamağı və gələcəyə dair möhtəşəm layihələr hazırlamağı tərgitdim. Bu gün mən ancaq mənə sevinc və xoşbəxtlik gətirən işlərlə məşğulam. Mən bunu özümə məxsus bacarığım və özümə məxsus ritmimdə edirəm. Bu gün bilirəm ki, buna — Sadəlik deyilir. Çarli Çaplin
P
[redaktə]- Pis tərbiyə almış adamda cəsarət kobudluğa, alimlik pedantizmə, məzəlilik oyunbazlığa, sadəlik qabalığa, həlimlik yaltaqlığa çevrilər. [3] Con Lokk
R
[redaktə]- Rəhbərin sənəti - verdiyi sözlə işi arasında dəqiqlik; Rəhbərin qisməti - sadəlik; Rəhbərin istedadı - millətinin böyüklüyünü subut etmək. Adolf Hitler
S
[redaktə]- Sadəlik həmişə sirrdir, dərin bir həqiqət üçün, nə istəsən etmək üçün: yazmaq üçün, rəsm çəkmək üçün. Həyat sadəliyi ilə dərindir. Çarlz Bukovski
- Sadəlik bütün hiylələrə qalib gələn qüvvədir. Stendal
- Sadəlik - dahilikdir. Tatar atalar sözləri
- Sadəlik dolu bir həyatın açarıdır. Vardhamana Mahavira
- Sadəlik hamıya yaraşıqdır. Yapon atalar sözləri
- Sadəlik, xeyirxahlıq və həqiqət olmayan yerdə dahilik yoxdur. Lev Tolstoy
- Sadəlik hamıya yaraşıqdır. Yapon atalar sözləri
- Sadəlik həm də nəcabət əlamətidir. Teodor Fontane
- Sadəlik ifadənin əzəmətidir. Volt Vitmen
- Sadəlik - incəsənətin ən yüksək pilləsidir. Brüs Li
- Sadəlik insan ləyaqətinin şüurudur. Pyer Büast
- Sadəlik - insanın öz təbii keyfiyyətlərini heç bir rəng qatılmadan tam dolğunluğunda təzahür etdirmək mədəniyyəti, qarşısındakını yetərincə dəyərləndirmək bacarığı, əxlaqın istedadıdır. Rahid Ulusel
- Sadəlik mənəvi gözəlliyin əsas şərtidir. Lev Tolstoy
- Sadəlik mürəkkəbliyin ən yüksək formasıdır. Leonardo da Vinçi
- Sadəlik - öz insanlıq ləyaqətini dərk etmək deməkdir. İohann Fixte
- Sadəlik son mükəmməllikdir. Klar But Luc
- Sadəlik və sadəlövhlük çox vaxt qarışıq salınır, halbuki biri ürəyin təmizliyindən, o biri ağlın zəifliyindən irəli gəlir. Əbu Turxan
- Sadəlik, yaxşılıq və dürüstlük olmayan yerdə böyüklük yoxdur. Lev Tolstoy
- Sadəlik zərifliyin mahiyyətidir. Sofi Loren
- Sadəlövhlük və sadəlik uşaqlıq əlamətidir. Onore de Balzak
Ü
[redaktə]- Üstünlüyün gücü sadəlikdədir. Ernest Feyxterleben
Y
[redaktə]- Yalnız təvazökarlıq, sadəlik, təbiilik, başqası ilə müqayisə etməmək… Hər kəs bəznərsizdir; müqayisə etmək qeyri-mümkündür! Bir qızılgülü bir məxmər gülü ilə necə müqayisə edə bilərsən? Hansının üstdə, hansının aşağıda olduğunu necə söyləyə bilərsən? İkisinin də özünə xas gözəlliyi vardır və ikisi də çiçək açmış; günəşdə, küləkdə, yağışda rəqs etmiş; həyatını tam mənası ilə yaşamışdır. Oşo