Məzmuna keç

Sərxoşluq

William Hogarth: Gin Lane



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bütün insanlar yeyir və içirlər, ancaq dəlilər sərxoşluq və qarınqululuq edirlər. Vissarion Belinski
  • Cəsarətin qəzəbin köməyinə ehtiyacı yoxdur.Çünki, onun özü hər cür müqavimətə qarşı öyrədilib, hazırlanıb və silahlanıb.Başqa cür desək, cəsarətə sərxoşluq da, ağılsızlıq da faydalıdır.Çünki, sərxoşlar da, ağılsızlar da gücləri ilə fərqlənirlər. Mark Tulli Siseron
  • Daimi sərxoşluq zərərlidir, o qaraciyərin və beyinin təbiətini korlayır, əsəbləri zəiflədir, əsəb xəstəliyinə və qəfil ölümə səbəb olur.[1]İbn Sina
  • İçkinin başlanğıcı günah, ortası sərxoşluq, sonu fəlakətdir. Xaqani Şirvani
  • Sərxoşluq, ağılsızlıqda edilən hərəkətdir. Pifaqor
  • Sərxoşluq ağılsızlığın məşqidir. Pifaqor
  • Sərxoşluq - bütün pis adətlərin anasıdır. Əbül Fərəc
  • Sərxoşluq əxlaqca pozulmanın ən eybəcər əlamətidir. Mirzə Fətəli Axundov
  • Sərxoşluq - insanın əsəb sisteminin taunudur. Həsən bəy Zərdabi
  • Sərxoşluq, könüllü dəlilikdir. Seneka
  • Sərxoşluq qüsur yaratmaz, qüsurları aşkar edər. Seneka
  • Sərxoşluq, nöqsanları yaratmır, sadəcə olaraq üzə çıxarır. Sokrat
  • Sərxoşluq, zəifliyin və uşaqların xəstəliyinin səbəbidir. Hippokrat
  • Sərxoşluğa qurşanan qadın bu münasibətdə öz analarına bənzəyən uşaqlar doğur. Aristotel

İstinadlar

[redaktə]
  1. Ağla və qəlbə işıq saçan sözlər. Bakı, 2014
  2. Leyla Əliyeva. Çinli milyarderin ərəb nağılı - Alibaba. publika.az, 13.09.2014  (azərb.)