Məzmuna keç

Yaltaqlıq



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Adamları layiq olduğundan az öymək paxıllıq, çox öymək isə yaltaqlıqdır. Edvard Rend
  • Adamları özünə tərifləmək yaltaqlıq əlamətidir. Platon

B[redaktə]

  • Başınıza nə gəlirsə olsun, kim sizə yaltaqlıq edirsə, kim sizi təhqir edirsə etsin, heç vaxt başqa bayrağa baxmayın, heç vaxt gecəni keçirməyin, ancaq Allahdan o bayrağın bərəkətli olması üçün dua edin. Yadda saxla, oğlan, bütün bu adamların arxasında, zabitlərin, hökumətin və hətta insanların arxasında Vətənin Özü, sənin Vətənin var və sən öz anana aid olduğun kimi Ona da aidsən. Oğlum, onun yanında dur, əgər bu gün oradakı şeytanlar onu tutsaydı, ananın yanında dayanacaqsan. Edvard Everett Heyl
  • Bəzən, idealist insanlar yaltaqlıq və eqoist mənfəət güdməsi ilə çirklənmiş bir şey kimi şəbəkələşmə işini təxirə salırlar. Ancaq qaranlıqda olan fəzilət yalnız Cənnətdə mükafatlandırılır. Bu dünyada uğur qazanmaq üçün insanlar tərəfindən tanınmalısan. Sonya Sotomayor

Ç[redaktə]

  • Çox cəsarətlilik azğınlığa, çox hörmət bəsləmək yaltaqlığa, həddindən artıq sadəlövlük axmaqlığa dəlalət edir. Konfutsi

D[redaktə]

E[redaktə]

  • “Erməni xalqının tarixi taleyi bu xalqın tamamilə müstəqil dövlət yarada bilməməsini təkzibolunmaz dəqiqliklə sübut edir”. “Hərislik, intriqalar, satqınlıq, andı pozma, yaltaqlıq bu qəbilənin əsas milli xüsusiyyətlərindəndir, bu vətəndaşın – erməninin qürurla adını çəkə biləcəyi vətəni yoxdur, yalnız 1300 il qul kimi yaşaması və hamı tərəfindən parazit kimi lənətlənməsi haqda acı etirafı var”. “Ermənilər özləri haqda hələ qədimdən pis fikirlər yaradıblar. Bu da yəqin ki, əsassız deyil. Elə olmasaydı, dünyanın bir çox xalqları, o cümlədən ayrı-ayrı zamanlarda eyni fikirdə olmazdılar. Məhz ermənilər hər cür bəhanə ilə hay-küy qoparmaq qabiliyyətinə malikdirlər. Onları heç kəs öz evinə buraxmır, çünki oğrudurlar. Onlar nəinki özləri çığırırlar, həm də özləri kimi axmaq və satqınları da buna məcbur edirlər”.
    • Eçmiədzin sinodunun prokuroru A.Frenkelin 1907-ci ildə müqəddəs sinoda təqdim etdiyi arayışdan.

Ə[redaktə]

  • Ətrafımda heç kimin olmadığını bilirdim; boşluq. Ətrafımdakıların arxamca intriqalar toxuduqlarından, üzümə yaltaqlıqla gülümsədiklərindən şübhələnirdim. Şah İsmayıl Xətai

H[redaktə]

  • Hamımız yaltaqlığı pisləyib yamanlayırıq, ancaq özümüz bizə yaltaqlananlara, bizi öyənlərə nəinki dözür, hətta onlara rəğbət duyuruq. Fransua de Laroşfuko
  • Heç kim birinci olmaq istəyən, amma ola bilməyən şöhrətpərəst adam qədər yaltaqlıq düşgünü ola bilməz. Benedikt Spinoza
  • Həddindən artıq nəzakət yaltaqlığa çevrilir. Yapon atalar sözləri
  • Həqiqəti görən, lakin xalqın gözündəki dəyərini və populyarlığını qorumağa çalışan siyasətçi kimi, mənlik ilə reallıq arasında sıxılıb qalan eqo da yaltaqlıq, şəxsi mənafeni güdmə və yalançılıq yolunu seçir. Ziqmund Freyd

X[redaktə]

  • Xəsisi sərvətlərlə, təkəbbürlünü ehtiramlarla, axmağı yaltaqlıqla, ağıllını isə düzgünlüklə cəlb etmək olar. Çanakya

İ[redaktə]

  • İnsan yaltaqlıqla qidalanan bir heyvandır. Uilyam Hezlitt
  • İnsanı yaltaqlığın özü yox, onun yaltaqlığa layiq hesab edilməsi ələ alır. Corc Bernard Şou
  • İnsanları üzünə tərifləmək yaltaqlıq əlamətidir. Aristotel

M[redaktə]

  • Məni həm minnətdarlıq, həm də yaltaqlıq eyni dərəcədə utandırır. Corc Soros

O[redaktə]

  • Ovçular dovşanları itlərlə tuturlar: Adamlarən çoxu cahilləri yaltaqlıqla tuturlar. Plutarx

P[redaktə]

  • Pis tərbiyə almış adamda cəsarət kobudluğa, alimlik pedantizmə, məzəlilik oyunbazlığa, sadəlik qabalığa, həlimlik yaltaqlığa çevrilər. [1] Con Lokk

S[redaktə]

  • Saxtakarlıq yaltaqlığın ən səmimi növüdür. Komitet 300: Dünya hökumətinin sirləri
  • Sanki qarşılıqlı yaltaqlığın qarantiyası ilə bağlı olan insanlar tərəfindən təriflənən, sığallanan, göylərə ucaldılan o, bəzi fəzilətlərə malik olmaqla, dünyada mövcud olan, lakin onunla birlikdə olmayan bütün fəzilətlərə sahib olduğuna inanır. O, öz parlaq dizaynları və yalnız bunlarla o qədər məşğuldur ki, çox könülsüz olaraq zaman-zaman bəzi müdrik həqiqətləri dərc etməyə razılaşır, adi insan mühakimələrinə boyun əyməkdə o qədər acizdir ki, ölçülü və ağlabatan bir varlığa rəhbərlik etmək üçün adi ruhları tərk edir. Jan de Labrüyer
  • Səmimiyyətdən çətin, yaltaqlıqdan asan heç nə yoxdur. Fyodor Dostoyevski
  • Sizə yaltaqlıq edən düşmən sizə zərər vermək niyyətindədir. Alfred De Viqni

Ş[redaktə]

  • Şairin qulağı heç vaxt yaltaqlığa kar olmayıb. Valter Skott

T[redaktə]

  • Türklər yaltaqlıq, yalan, ikiüzlülük, böhtan, hiyləgərlik, yaxınlarına təkəbbürlük, yoldaşlarının sıxışdırılmasının nə olduğunu bilməzlər. Onlar bidətçilik qüsuruna məruz qalmamış, qanunlarına görə başqasının əmlakını mənimsəmirlər. Əl-Cahiz

U[redaktə]

  • Uğur qazanmaq istəyirsənsə, yaltaqlıqdan uzaq ol.[2]İbn Sina

Y[redaktə]

  • Yaltaq nə özü, nə də özgələri haqqında yüksək fikirdə olmadığı üçün yaltaqlıq edir. Jan de Labrüyer
  • Yaltaqlıq, böyük adamların yox, vacib adamların həyatına daxil olmaq üçün daha da kiçilməyi bacaran kiçik adamların xasiyyətidir. Onore de Balzak
  • Yaltaqlıq dost axtarır, həqiqət düşmən axtarır. Portuqal atalar sözləri
  • Yaltaqlıq edən səni ya aldadır, ya da aldatmaq istəyir. İtalyan atalar sözləri
  • Yaltaqlıq hər kəsin bəyəndiyi bir yeməkdir. Karlo Qoldoni
  • Yaltaqlıq həyat tərzi deyil, yaşamağa kömək edir. Portuqal atalar sözləri
  • Yaltaqlıq, onu udmasan sənə zərər verməz. Mey Uest
  • Yaltaqlıq, şəkildə çəkilmiş silah kimidir. Xoş olsa da,heç bir faydası olmur. Pifaqor
  • Yaltaqlıq tabe olmaq pərdəsi altında hökmranlıq etmək üçün edilir. Nikolay Çernışevski
  • Yaltaqlıq və həsəd aparmaq möminlərə yaraşan hal deyildir, lakin bilik əldə etmək üçün birisi başqasına yaranırsa, başqasına həsəd aparırsa, bu başqa məsələdir. Məhəmməd
  • Yaltaqlığa boyun əyən müdafiəsizdir. Arturo Qraf
  • Yaltaqlığa həssas insan, tərksilahdır. Arturo Qraf
  • Yaltaqlığa qulağımız açıq qapıdır, amma həqiqətə görə iynə gözüdür. Blez Paskal
  • Yaltaqlığı bacaran şər atmağa da qadirdir. Napoleon Bonapart
  • Yaltaqlığı mükafatlandıran onun üçün yalvarır. Tomas Fuller
  • Yaltaqlığın təmin etdiyi çıxar, dürüstlüyün qazandırdığı faydadan daha çox olsa, o ölkə batar. Şarl Lui Monteskyö
  • Yurdu sarmış qabalıq, yaltaqlıq,
    Yüksəliş varsa, səbəb alçaqlıq... Hüseyn Cavid

Z[redaktə]

İstinadlar[redaktə]

  1. Aforizmlər və hikmətli sözlər, Bakı, 2005
  2. Ağla və qəlbə işıq saçan sözlər. Bakı, 2014