İlan
Jump to navigation
Jump to search
İlanla bağlı atalar sözləri
B[redaktə]
- Balaca ilanı da böyük ağacla vur. Malayal atalar sözləri
- Bir dəfə müdrikdən soruşdular: " Nə üçün ilanı müdriklik rəmzi sayırlar?". Müdrik dedi: "Çünki ilan həqiqət kimi çalır və çox vaxt onun çalmasının nəticəsi ölüm olur". Platon
H[redaktə]
- Həşərat çox olsa, hətta ilanı da məhv edər. Hind atalar sözləri
İ[redaktə]
- İlan daş-qaşla bəzənmiş olsa da, fərqi yoxdur, yenə qorxuludur. Hind atalar sözləri
- İlan hərdənbir sancar, yaramaz addımbaşı. Hind atalar sözləri
- İlan hər gün təhlükə içindədir, amma min ilə qədər yaşayır. Teluqu atalar sözləri
- İlan ilandır, o da başını gizlədir. Fin atalar sözləri
- İlan qovalasa yola, dəvə qovalasa yoxuşa qaç. Özbək atalar sözləri
- İlan öləndə düzələr. Benqal atalar sözləri
- İlan özü bilir ki, ayaqları haradadır. Teluqu atalar sözləri
- İlan sancması xəncər zərbəsindən qorxuludur. Osetin atalar sözləri
- İlanı gərək əjdaha olmamış öldürəsən. Lak atalar sözləri
- İlanı fışıltısından tanıyarlar. Osetin atalar sözləri
- İlanın ağına da lənət, qarasına da. Azərbaycan atalar sözləri/İ
- İlanın sancdığı pişik ip görsə, ilan sanıb qaçar. Ərəb atalar sözləri
- İlanın yuvasını qazsan, zəhərsiz ilan da olsa çalar. Malayal atalar sözləri
- İlanla dost olacaqsan - çalacaq. Başqırd atalar sözləri
M[redaktə]
- Mənə toxunmayan ilan min il yaşasın, deyərək yaşatdığınız ilanların bir sonrakı hədəfi siz olursunuz. Əziz Nesin
Y[redaktə]
- Yaşa ki, dünyaya işıq verəsən,
Torpağa göz dikmə ilan kimi sən. Leyli və Məcnun (Nizami)