Oğurluq
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağızdan çıxan şeylərsə ürəkdən çıxar, bunlar da insanı murdar edər. Çünki ürəkdən pis fikirlər, qatillik, zinakarlıq, cinsi əxlaqsızlıq, oğurluq, yalançı şahidlik və küfr çıxar.[1] İsa
- Axmaq adam oğurluq keçi ilə gəzməyə çıxar. Azərbaycan atalar sözləri/A
B
[redaktə]- Bir ölkədə oğurluq rəsmiləşsə, həmin ölkə dağılar. Volter
- Bütün ölkələrdə dəmir yolları hərəkət etməyə, ölkəmizdə isə üstəlik oğurluq etməyə xidmət edir. Saltıkov-Şedrin
D
[redaktə]- Dövlət bütün şirin və zəhərli dilləri ilə dil-dil ötür, dediklərinin hamısı da yalan-palandır, — əldə etdiklərinin, topladıqlarının hamısı da oğurluq maldan başqa bir şey deyildir. Ey böyük insanlar, yazıqlar olsun ki, o bu gün də sizin qulaqlarınıza öz mənhus yalanlarını pıçıldamaqda davam edir. Fridrix Nitsşe
Ə
[redaktə]- Əgər insan oğurluq etməyi bacarmırsa, o böyük işləri də həyata keçirməyə qadir deyil. Uinston Çörçill
H
[redaktə]- Hər bir oğru elə bilir ki, hamı oğurluq edir. Miqel de Servantes
- Hər şeydə oğurluq haramdırsa, qızlar üçün oğlanın qəlbini oğurlamaq halaldır. Məmməd Səid Ordubadi
X
[redaktə]- Xəzinədən oğurluq etməkdə şübhəli bilinən hər kəs hökmdarı qarət etmiş kimi qəbul edilməlidir. Çanakya/Hökmdar
İ
[redaktə]- İşləyənin iti ot yeyir, işləməyənin gəlini oğurluq edir. Qırğız atalar sözləri
- İt acından oğurluq elər. Azərbaycan atalar sözləri/İ
K
[redaktə]- Kasıblıq eyib deyil, oğurluq eyibdir. Azərbaycan atalar sözləri/K
Q
[redaktə]- Qan haqqı ilə bizdən xəyanətlə alınan torpaq, yenə də bizim torpağımızdır, əbədi olaraq bizimdir. Əjdahadan oğurluq etməkdə böyük səhvə yol verilir. Çünki əjdaha xatırlayır. Corc Martin
O
[redaktə]- Oğrudan oğurluq edən bəraətə layiqdir. Dieqo Armando Maradona
- Oğurluq aşın bədənə xeyri olmaz. Özbək atalar sözləri
- Oğurluq çörəklə kökəlməzsən. Fin atalar sözləri
- Oğurluq çörəyin dadı olmaz. Ləzgi atalar sözləri
- Oğurluq etməyin, hökumət rəqabətdən xoşlanmaz. Cem Yılmaz
- Oğurluq heyvanın ətini yeyən də, şorbasını içən də eyni cür günahkardır. Ləzgi atalar sözləri
- Oğurluq ilə çəngilik qırx gün çəkər. Azərbaycan atalar sözləri/O
- Oğurluq malı saxlayanın günahı oğrudan çox olur. Gürcü atalar sözləri
- Oğurluq malın bərəkəti olmaz. Tatar atalar sözləri
- Oğurluğa dayın evinə get, tutulanda döyülmə. Azərbaycan atalar sözləri/O
- Oğurluğa getsən, insafı əldən qoyma. Azərbaycan atalar sözləri/O
- Oğurluğun əvvəli, o da ay işığında. Azərbaycan atalar sözləri/O
R
[redaktə]- Rusiyada nə edildiyini bir sözlə ifadə etmək istəyirsinizsə, demək lazımdır: oğurluq edirlər. Mixail Zoşşenko
T
[redaktə]- Tənbəllik anadır, oğlu oğurluq, qızı aclıq. Viktor Hüqo
Y
[redaktə]- Yalan danışmaq oğurluq etməkdən də alçaq işdir. Jül Renar
İstinadlar
[redaktə]- ↑ Matta 15:18-19