Məzmuna keç

Qulluq



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ağ atla cahil ağaya qulluq eləmə. Azərbaycan atalar sözləri/A
  • Ağaca cavanlıqda qulluq elə, qocalanda sənə dayaq olacaq. Vyetnam atalar sözləri
  • Altı şey bədəni atəşsiz yandırır: pis bir kənddə yaşamaq, pis bir hökmdara qulluq etmək, keyfiyyətsiz yemək, əsəbi arvad, axmaq oğul və dul qız. Çanakya
  • Başqa adamlardan xidmətlər qəbul etməyi yox, əksinə başqalarına qulluq etməyi və həyatını insanlara həsr etməyi dərindən başa düşən insan xoşbəxtdir. Bu cür hərəkət edən insan öz mülkünə layiq olacaq və heç vaxt uğursuzluğa düçar olmayacaq. Lev Tolstoy
  • Başqasına qulluq göstərən etibarlı dostdur.Çünki, o, sonrakı xidmətləri ilə də layiq olduğu minnətdarlığı saxlamağa çalışır. Əksinə, mərhəmət göstərən insan daha az qısqanc olur. Çünki, o başa düşür ki, xeyirxah əməli dostluğa görə yox, vəzifəsinə görə edir. Fukidid
  • Çox sayda insan heç bir dinə qulluq eləmir. Bu onların haqqıdır, kiminsə bu haqqı onların əlindən almağa ixtiyarı yoxdur. Əsas olan onların həyatının bir mənasının olmasıdır, başqa cür desək, xoşbəxt olmalarıdır. Amma söhbət başqalarına zərər vermədən xoşbəxt olmaqdan gedir. Çünki əgər bizim xoşbəxtliyimiz başqalarının əzab çəkməsindən keçirsə, əvvəl-axır biz də əzab çəkəcəyik. Dalay Lama
  • Dostluq dostluq yerində, qulluq qulluq yerində. Rus atalar sözləri
  • Dostluqda bərabər qulluq və hisslər tələb etmək- deməli, dostluğu ən çürük və miskin hesaba tabe etməkdir: xərc gəlirə bərabər olmalıdır. Əsl dostluq zəngin və səxavətlidir. O, alınandan çox veriləni hesablamır. Mark Tulli Siseron
  • Elə insanlar var ki, sənə qulluq göstərən kimi ona borclu olduqlarını bildirir. Mark Avreli
  • Ermənilər həmişə başqa dinə qulluq edən hökmdarların hakimiyyəti altında olmuşlar. Nəticədə öz fikir və duyğularını gizli saxlayan, hiyləgər və kələkbaz adamlara çevrilmişlər. Aleksandr Düma
  • Heç kim iki ağaya qulluq edə bilməz. Çünki ya birinə nifrət edib o birisini sevəcək ya da birinə bağlı qalıb o birisinə xor baxacaq. Siz həm Allaha, həm də sərvətə qulluq edə bilməzsiniz.[1] İsa
  • İman əhlinin hər gün üç işi vardır: Bir zaman Rəbbi ilə razü niyaz edər, Ona qulluq göstərər; bir zaman dolanışığı üçün çalışar; bir zamanı da var ki, halal və gözəl ləzzətlərlə zövqlənər. Ağıllı adam üç şey üçün səfər edər: Güzəranını qaydaya salmaq, axirətini əldə etmək, yaxud da haram olmayan zövq və ləzzət əldə etmək. Əli
  • Kişi qulluq edəndə aprel, evli olanda isə dekabr ayına oxşayır. Uilyam Şekspir
  • Qayda-qanun qoy sənin ilahin olsun! Ona yorulmadan ürəkdən qulluq et: qayda-qanun bütün şeylərin birliyidir. Təbiətin özü onun vasitəsi ilə mövcuddur. Pifaqor
  • Qula qulluq etmə! Unutma ki, sən də qulsan. Və lazım olduğundan çox əhəmiyyət vermə! Yoxsa, unudularsan. Nəcib Fazil Qısakürək
  • Mən Türk millətinə hər şeyi öyrətdim, bircə yad millətə qulluq etməkdən başqa! Məhəmməd peyğəmbər
  • Müdriklər heç vaxt hökmdarı səhv yolla aparan nazirlərə, şudr kastasından olan qadınla evlənən brəhmənə, həmçinin andlarını pozan zahidlərə qulluq etmirlər. Çanakya
  • Özünü tapmağın ən yaxşı yolu digər insanlara qulluq göstərməyi dayandırmaqdır. Mahatma Qandi
  • Sivilizasiya nazik bir dəridir, ona qulluq etməyəndə tezliklə yırtılıb gedir. Peter Stamm
  • Uşaqların ilk göz yaşları onların istəkləridir. Əgər ehtiyatlı olmasanız, tezliklə bu istəklər əmr halına gələcək. Onlar özlərinə kömək etməyə məcbur edən şeydən başlayır, özlərinə qulluq etməyə məcbur edən şeylərlə qurtarır. Jan Jak Russo

İstinadlar

[redaktə]
  1. Matta 6:24