Sahə

Vikisitat saytından
Jump to navigation Jump to search



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


B[redaktə]

  • Başa düşmək lazımdır ki, alimin əməyi bütün bəşəriyyətin sərvətidir və elm ən böyük təmənnasızlıq sahəsidir.Maksim Qorki
  • Başqa sahələrdə sevgi vərdişi olmayan adamın məhəbbət dərdinə mübtəla olması, immuniteti olmayanların xəstəliyə yoluxması kimi, ağır nəticələrə gətirə bilər. Tur Xander
  • Biz hamımız savadsızıq, ancaq müxtəlif sahələrdə. Uill Rocers
  • BMT-nin Finlandiya, Rusiya, Misir, CAR-da müxtəlif dildə danışan, müxtəlif sahələrdə işləyən, müxtəlif tərzdə geyinən, müxtəlif valyutadan istifadə edən, müxtəlif tanrılara dua edən və müxtəlif şeytanlardan qorxan, müxtəlif ümidlər və xəyallar quran yüzlərlə kişi və qadınlar arasında apardığı sorğu nəticəsində məlum olub ki...birgə yaşayışdan üç il sonra boşanma əyrisi çox sürətlə yuxarı qalxır. Bu ümumi cəhət daha bir təhqirdir. Frederik Beqbeder

İ[redaktə]

  • İnsan ağıllı bir varlıqdır... belə olduğu üçün də lazımlı qidasını elmdən alır lakin insanın məlumatının sahəsi elə dardır ki, elmdən aldığı qidalardan ancaq çox az bir qismi üçün ümidlənilə bilər.Devid Yum

K[redaktə]

  • Katib gözəl danışan, müdrik, səmimi, hisslərinə hakim, müxtəlif sahələrdə biliyə malik olmalıdır. Çanakya

Q[redaktə]

  • “Qeyri-müəyyənlik zamanları” yoxdur, zaman daima qeyri-müəyyəndir. Bu zehnin sıxıntısıdır: Zehin dəqiqlik istəyər və zaman daima qeyri-müəyyəndir. Bu səbəblə, zehin, təsadüfən kiçik bir dəqiqlik sahəsi tapdığı zaman, davamlılıq hiss edər. Zehni xəyali bir qalıcılıq əhatə edər. Varoluşun və həyatın gerçək təbiətini unutmuş görünər, bir növ, xəyal dünyasında yaşamağa başlayar; görüntünü gerçəklə qarışdırmağa başlayar. Bu, zehinə yaxşı təsir edər, çünki bəsit bir səbəbdən dəyişmədən daima qorxar: Yaxşı və ya pis dəyişmənin nə gətirəcəyini kim bilə bilər? Bir şey dəqiqdir; dəyişmə sənin illuziyalar, gözləntilər, xəyallar dünyanı qarışdıracaqdır. Oşo

S[redaktə]

  • Sizi bezdirməzdən əvvəl tədqiqat sahəsini dəyişin. Ceyms Uotson

T[redaktə]

  • Teatr ictimai həyatın güzgüsü, sənət məbədi olduğundan teatrda tamaşaya qoyulan əsərlər həyatımızın təkcə əxlaqi cəhətlərini tərbiyə etməməli, həm də insan təbiətinə xas olan estetik hisslər aşılamalıdır; deməli, hər bir səhnə əsərində əxlaqi ünsürdən başqa, bədii ünsür də olmalıdır; musiqi əsərində bədiilik ünsürü musiqi ilə ifadə olunur, dram əsərlərində isə poeziya və nəsrlə; səhnə sənətinin hər iki sahəsinin kütlə üçün zəruri olduğu burdan irəli gəlir. Üzeyir Hacıbəyli
  • Teatr mənim üçün ən gözəl sənət sahəsidir. Həsən Nail Canat
  • Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz. Heydər Əliyev
  • Təhsilin edə bilməyəcəyi heç bir şey yoxdur. Heç bir şey onun təsir sahəsinin xaricində qala bilməz. Pis əxlaqları yaxşıya çevirə bilər; pis qanunları yuyar və yerinə yenilərini qoyar; insanları mələklər səviyyəsinə çıxara bilər. Mark Tven
  • Torpaq sahəsini çəpərləmiş ilk şəxs "bu mənimdir" deyə qışqırıb ona inanan sadəlövh adamları cəmləyə bilmişsə, vətəndaş cəmiyyətinin əsl banisi də odur. Jan Jak Russo

Ü[redaktə]

  • Üç yüz ildən sonra bizə güləcəklər! Deyəcəklər ki, necə də qəribə insanlar yaşayırmış. Bəziləri deyəcəklər ki, onların pulu, pasportları varmış. Hansısa vətəndaşlıq vəziyyəti aktları, yaşayış sahəsinin kvadrat metri... Mixail Zoşşenko

Y[redaktə]

İstinadlar[redaktə]