Budaq
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağac olan yerdə budaq sınar. Azərbaycan atalar sözləri/Vətən və el
- Ağac sınanda budaq nəyə gərəkdir?! Azərbaycan atalar sözləri/Vətən və el
- Ağacın kökü nə qədər dərin olsa, o qədər çox budaq atar. Yan Komenski
- Anası gəzən ağacları balası budaq-budaq gəzər. Azərbaycan atalar sözləri/A
- Ancaq məhəbbət – həmişə yenidir. Həyatın boyu məhəbbətlə neçə dəfə rastlaçacağının əhəmiyyəti yoxdur – bir, iki və ya üç. Hər dəfə biz məchulluq və sirlə qarşılaşırıq. Məhəbbət bizi göylərə qaldıra bilər, cəhənnəmə ata bilər, lakin heç vaxt əvvəlki yerimizdə qoymaz. Məhəbbətdən imtina etmək olmaz, zira o, yaşamımızın qidasıdır. Ondan imtina etsək, həyat ağacının bardan əyilmiş budaqlarına baxa-baxa və o bardan cürət etmədən aclıqdan ölərik, halbuki, budur onlar – sadəcə əlini uzatmalısan. Paulo Koelyo
- Asılsan da uca budaqdan asıl. Azərbaycan atalar sözləri/A
B
[redaktə]- Balaca ağaca çıxıb böyük budaq sirkələyir. Azərbaycan atalar sözləri/B
- Bir budaqda oturub min budağı silkələyir. Xınalıq atalar sözləri
- Bir toxum verdin, çiçəyini al. Bir dən verdin, ağacını al. Bir budaq verdin, çəmənini al. Dünyamı verdim sənə, məndə qal. Əziz Nesin
- Budaq çəkəndə küləyin nəfəsini eşitmək lazımdır. Yapon atalar sözləri
- Budaqlı ağacın küləksiz günü olmaz. Koreya atalar sözləri
- Budağı vurarlar ki, ağac başa düşsün. Avar atalar sözləri
- Budağın ucuna getməkdən qorxma, meyvə oradadır. Oldos Haksli
C
[redaktə]- Cinayət və cəza bir budaqda boy atır. Ralf Uold Emerson
Ç
[redaktə]- Çirkin üzün gizlədər, göyçək budaqlar gəzər. Azərbaycan atalar sözləri/Ç
- Çoxu elə öz yatağındaca ölüb. Heç kəs öz ömründən artığını yaşamayıb. Hətta savadlı adamlar, çox oxuyanlar – qaradərili həkimlər, müəllimlər, qəzetçilər, biznesmenlər – belə çox çətin bir məsələ qarşısında aciz qalıblar. Belələri ağılları ilə işləyib irəli getməklə yanaşı, bir də öz irqlərinin qayğısına qalmağa məcbur olublar və bəzən bu yerdə ağıl da aciz qalıb. Ağ adamlar elə güman edir ki, savadından asılı olmayaraq bütün qaradərililərin içində dərin cəngəllik var. Onlar keçilməz çaylara hökm edir, budaqdan budağa tullanaraq meymun səsi çıxarır, zəhərli ilanlarla yatıb dururlar. Qaradərililərin qana bulaşmış dişləri isə ağ adamların qanına susayır. Onlar haradasa düz fikirləşirlər. Qaralar ağ adamları zəncilərin mülayim, xoşrəftar, ağıllı, eşqli adamlar olduğuna inandırmaq istədikcə, zəncilərin bir çox inaclarının daha saf duyulara bağlı olduğunu sübut etməyə çalışdıqca, həmin cəngəlliklər daha sıx və keçilməz olur. Amma bir həqiqət var, axı bu cəngəllikləri qaralar öz əvvəlki vətənlərindən, başqa dünyadan götürüb gətirməyiblər. Xeyir, bu cəngəllilkləri onlar üçün ağlar yaradıb. Və beləcə yayılıb, dərinlşəib, qalınlaşıb o cəngəlliklər. Hətta onların ölümündən sonra da cəngəlliklər böyüyüb, yaşıllaşıb və bu, onlara həyat verən ağlara yetişənə qədər davam edib. Cəngəllik onların hər birini tanınmaz hala salana qədər dəyişib. Onlar qaniçən olublar, ağlasığmaz dərəcədə azğınlaşıblar – elə olmaq istəməsələr də, – və bir vaxtlar öz əlləri ilə saldıqları cəngəlliklərdən ölümünə qorxmağa başlayıblar. Sən demə budaqdan budağa tullanıb meymun səsi çıxaran canlı onların ürəyində, onların ağ və zərif dəisi altda yaşayırmış. Sən demə o qana bulaşmış dişlər də onların öz dişləriymiş… Toni Morrison
D
[redaktə]- Dəymiş meyvə budaqda durmaz. Tamil atalar sözləri
E
[redaktə]- Elmsiz, biliksiz ölüdür insan,
Barsız budaq açmaz heç zaman. Sənai Qəzvini
== Ə
- Əyri budağın, əyri də kölgəsi olacaq.
H
[redaktə]- Heç cür başa düşə bilmirəm, niyə mənim qolum yasəmən budağı deyil? Leonard Koen
- Hirs külək kimidir, bir müddət sonra dayanır; amma bir çox budaq qırılmışdır artıq. Mövlana Cəlaləddin Rumi
İ
[redaktə]- İki bülbül bir budaqda oxumaz. Fin atalar sözləri
K
[redaktə]- Kökünü bəyənməyən budaq və budağını bəyənməyən meyvə yetkinləşmədən çürüyər. Nəcib Fazil Qısakürək
- Kötük üstündə çox budaqlar doğranıb. Azərbaycan atalar sözləri/K
Q
[redaktə]- Qardaşsız qardaş qanadsız şahin kimidir, qardaşsız bacı - quru budaq kimi. Çeçen-inquş atalar sözləri
- Qırılan ağacdan hərə bir budaq qoparar. İspan atalar sözləri
- Qızılgül çiçək açan budağında da ölür. Anna Bartkulaşvili
- Qopmuş budaq ağaca bitişməz. Benqal atalar sözləri
Ö
[redaktə]- Öz bağçasında budaq ola bilməyənin biri; gəlmiş bağçama mənə ağaclıq edir! Özdəmir Asaf
S
[redaktə]- Sərv ağacı nə qədər uca olsa, əsli yoxdu, budağında bar olmaz. Azərbaycan atalar sözləri/S
Y
[redaktə]- Yel əsməsə, budaq tərpənməz. Tatar atalar sözləri