Valideynlər



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Axmaq uşaqlar yoxdur, yalnız axmaq valideynlər var. Tristan Bernard
  • Ayaqlarını yerə qoymaqdan qorxan valideynlərin, ümumiyyətlə, ayaq basan uşaqları olur. Çin atalar sözləri

B[redaktə]

  • Bəziləri valideynlərin, tərbiyəçilərin və qohumların inandığı hər şeyə inanır. Onlar öz prinsiplərini miras yolu ilə götürürlər və mirasları kimi onları müdafiə edirlər, çünki onların varisləri olaraq doğulurlar. Alan Uilson Uots
  • Birinci yerdə vətən və valideynlər, sonra uşaqlar və bütün ailə, daha sonra isə yerdə qalan qohumlar olmalıdır. Mark Tulli Siseron
  • Biz yalnız uşaqlar üçün deyil, həm də onların valideynləri üçün yazırıq. Onlar da ciddi uşaqlardır. Ayzek Zinger
  • Böyüklərin məzarlarına baxanda içimdə hər bir paxıllıq hissi ölür; gözəlin kitabələrini oxuyanda hər hədsiz arzu sönər; qəbir daşının üstündə ata-ana kədəri ilə qarşılaşanda ürəyim şəfqətlə əriyir; Valideynlərin məzarını görəndə, tezliklə arxasınca getməli olduğumuz adamlar üçün kədərlənməyin mənasız olduğunu düşünürəm: onları taxtdan salanların yanında yalan danışan padşahları görəndə, yan-yana yerləşdirilmiş rəqib zəkaları və ya yarışları və mübahisələri ilə dünyanı parçalayan müqəddəs insanları düşünəndə, bəşəriyyətin kiçik yarışları, qruplaşmaları və mübahisələri haqqında kədər və heyrətlə düşünürəm. Mən məzarların üzərində bəzilərinin dünən və ya təxminən altı yüz il əvvəl vəfat etdiyini oxuyanda, hamımızın Müasir olacağımız və birlikdə görünəcəyimiz o böyük Günü düşünürəm. Jozef Addison
  • Bütün valideynlər eyni problemləri yaşayırlar. Bill Kosbi

D[redaktə]

  • Diabetiklər öz valideynlərini və ya onlar haqqında xatirələri ilahiləşdirirlər. Onlar öz valideynlərinin səhvlərini görə bilmirlər və hesab edirlər ki, onların valideynlərinin çətin həyatlarında səbəb odur ki, başqaları valideynlərə pislik edir. Luule Viilma

Ə[redaktə]

  • Əgər siz valideynsinizsə, yəqin ki, artıq başa düşmüsünüz ki, övladlarınız həmişə nə etdiyinizi izləyirlər. Uşaqlar valideynlərini izləyib onların davranışlarını təqlid etdikləri kimi, müdirlərini izləyən işçilər də var. Con Maksvell
  • Əminəm ki, bu gün uşaqlara dostlar deyil, valideynlər lazımdır. Onların yetkin mühakimə yürütəcək biri lazımdır. Ziq Ziqlar
  • Əvvəlcə valideynlər arzu edirlər ki, övladları dil açsın, sonra onlara susmağı əmr edirlər. Anna Bartkulaşvili

H[redaktə]

  • Heç bir şübhə yoxdur ki, böyük müəllim şagirdin nailiyyətində böyük fərq yarada bilər və biz daha çox belə müəllimləri işə götürməli, öyrətməli və mükafatlandırmalıyıq. Ancaq bəzi yeni araşdırmaların da göstərdiyi budur: Bizə daha yaxşı valideynlər lazımdır. Uşaqlarının təhsilinə daha çox diqqət yetirən valideynlər də şagirdin nailiyyətlərində böyük fərq yarada bilər. Tomas Fridman
  • Hər bir uşağın özü üçün təkcə öz yaşıdını sevən valideynləri, qardaşları və dostları deyil, yetkin bir dostu olmalıdır. Pamela Lindon Travers
  • Həyatımızın və kövrək planetimizin əhəmiyyətini yalnız öz müdrikliyimiz və cəsarətimiz müəyyən edir. Biz həyatın mənasının qoruyucularıyıq. Bizə qayğı göstərən, səhvlərimizi bağışlayan, uşaq səhvlərimizdən bizi xilas edən bir Valideyn istəyirik. Amma bilik cəhalətdən üstündür. Güvənverici bir nağıldansa, sərt həqiqəti qəbul etmək daha yaxşıdır. Əgər hansısa kosmik məqsədə can atırıqsa, gəlin özümüzə layiqli bir məqsəd tapaq. Karl Saqan
  • Həyatınızin ən yaxşı illəri – yaşadığınız problemlərinin günahının yalnız sizdə olduğuna qərar verdiyiniz zamandır – siz daha valideynləri, ekologiyanı və ya prezidenti günahkar görmürsünüz. Siz dərk edirsiniz ki, öz taleyinizə özünüz nəzarət edirsiniz. Albert Ellis

İ[redaktə]

  • İndi valideyn olduğum üçün atamın niyə çox pis əhval-ruhiyyədə olduğunu başa düşürəm. Adam Sendler
  • İndiki vaxtda uşaqlar haradan gəldiklərini bildiyi halda, valideynləri hara getdiklərini bilmirlər. Robert Lembke
  • İnsanların yaşı ötdükcə ana-atasının itaətindən çıxaraq sərbəst həyata atılması təkamül prosesi boyunca ən vacib və həmçinin ən ağrı-acılı mərhələlərdən biridir. Bu, inkişaf prosesinin ən başlıca mərhələlərindən biridir və demək olar ki, hər bir normal insanın bu yoldan keçib, valideynlərinin qarşısında öz azadlığını qazanır. Əslində hər hansı bir cəmiyyətin inkişafı bir-birinin ardınca gələn nəsillər arasındakı toqquşmalara əsaslanır. Bir tərəfdən də bir çox nevroz insanların psixikasında müvafiq pozğunluğun səbəbi məhz bu sərbəstləşmə mərhələsində keçərkən uğursuzluğa düçar olmalarıdır. Ziqmund Freyd

Q[redaktə]

  • Qız valideynlərini razı salmaq üçün evlənir; dul qadın özünü razı salmaq üçün evlənir. [1] Çin atalar sözləri
  • Qızlarımla birlikdə olanda bu qrupda lider olduğum üçün böyüklər kimi davranmalıyam. Valideynlərimin dediyi cümlələri təkrar edərkən özümü tuturam. Atamın niyə tez-tez pis əhval-ruhiyyədə olduğunu ata olandan sonra başa düşdüm. Adam Sendler

M[redaktə]

  • Məktəbdə hamı bir dildə danışanda və bir çox sinif yoldaşlarınızın valideynləri də bu dildə danışırsa və siz evə qayıdıb icmanızın fərqli olduğunu görürsünüzsə, bunda utanc hissi yaranır. Fərqli olmağın özəlliyini dərk etmək üçün həqiqətən böyümək lazımdır. Sonya Sotomayor
  • Mən böyüyəndə valideynlərim mənə dedilər ki, naharını bitir. Çin və Hindistanda insanlar aclıqdan ölür. Qızlarıma deyirəm ki, ev tapşırığını bitir. Hindistanda və Çində insanlar sizin işiniz üçün aclıq çəkirlər. Tomas Fridman
  • Müharibədən sonra, əllinci illərin başlanğıcında bir-birinin ardınca sürətlə böyük elmi kəşflər ediləndə insanların tənqidi düşünmək, məntiqli suallar vermək üçün vaxtı yox idi. Birdən külli miqdarda yeni imkanlar açılmışdı; həkimlərin mübarizə apara bilmədikləri xəstəliklərin çoxu artıq müalicəsi oluna bilirdi. Bu dünyanın gördüyü, görmək istədiyi birinci şey idi. Və insanlar uzun müddət belə düşünməyə üstünlük verirdilər ki, guya bu orqanlar hardansa gəlir, ən yaxşı halda hər hansı bir vakuumda yetişdirilir. Bəli, bəzi mübahisələr düşürdü. Amma sizə… şagirdlərə görə narahat olmağa, sizi hansı şəraitdə böyütmələri və ümumiyyətlə, sizi istehsal etməyin vacibliyi insanları maraqlandırana kimi artıq gec idi. Geriyə dönmək mümkün deyildi. Xərçəngin müalicə oluna bilən xəstəlik olduğuna adət etmiş dünyadan necə tələb etmək olardı ki, bu müalicədən imtina edib, könüllü əvvəlki kədərli dövrə qayıtsın? Yox, geriyə yol yox idi. Sizə görə nə qədər vicdan əzabı çəksələr də, onların düşündüyü əsas şey övladlarının, həyat yoldaşlarının, valideynlərinin, dostlarının xərçəngdən, hərəki neyronlarının zədələnməsindən, ürək xəstəliklərindən ölməməyi idi. Ona görə sizi mümkün olan qədər uzaqda gizlədirdilər, sizlər haqda düşünməmək üçün insanlar əllərindən gələn hər şeyi edirdilər. Heç nəyə baxmayaraq düşünsələr belə sizin bizim kimi olmadığınıza özlərini inandırırdılar. Guya siz insan deyilsiniz, belə olduğu təqdirdə, taleyiniz elə də əhəmiyyətli deyil. Kazuo İşiquro
  • Mükəmməl sinif təlimatından daha dəyərli bir şey yoxdur. Amma gəlin bütün yükü müəllimlərin üzərinə qoymağa son qoyaq. Bizə daha yaxşı valideynlər də lazımdır. Yaxşı valideynlər hər bir müəllimi daha effektiv edə bilər. Tomas Fridman

N[redaktə]

  • Niyə uşaqlar adətən belə ağıllı olur, valideynlər isə yox? Görünür, ona görə ki, uşaqlar məktəbə gedirlər. Aleksandr Düma (oğul)

O[redaktə]

  • O dövlət demokratikdir ki, orada dədə-baba adətiylə Allahlara səcdə edilir, valideynlərin hörməti saxlanılır, böyüklərə ehtiram göstərilir, qanunlara itaət olunur və bütün bunlarla yanaşı həlledici qələbə xalqın böyük əksəriyyətlə qəbul etdiyi qərarlara məxsusdur. Polibi

Ö[redaktə]

  • Ömrünüzün ən yaxşı illəri, problemlərinizin sizin olduğunu qəbul etdiyiniz və artıq valideynlərinizi və torpağınızı günahlandırmadığınız illərdir. Albert Ellis
  • Övladı ölən ata üçün gələcək ölür. Valideynləri ölən uşaq üçün keçmiş ölür. Bertold Averbax
  • Övladın 7 yaşa qədər nazını valideyn çəkər.14 yaşa qədər övlad buyruqlara baxar.14 yaşından sonra onların qayğısını çəkər. Məhəmməd

P[redaktə]

S[redaktə]

  • Siz həyatda çox maraqlı situasiyalarla üzləşməyə başlayırsınız - bir valideyn olaraq siz - onlar o yeniyetmə bölgəsinə yaxınlaşdıqda, bu qorxuncdur, çünki hələ o yaşda və o yaşda etdiyiniz şeylərlə bağlı xatirələriniz var... etdiyimi etmə. Conni Depp
  • Son yüz il ərzində valideynlər və müəllimlər uşaqlıq və yeniyetməlik dövrlərini adi hal kimi qəbul etməyi dayandırıblar. Onlar uşağı əyilməz təhsil formasına salmaq əvəzinə, təhsili uşağın ehtiyaclarına uyğunlaşdırmağa çalışıblar. Bu yeni vəzifəyə onları iki qüvvə, psixologiya elminin inkişafı və gəncliyin çətinlikləri və uyğunsuzluğu vadar etdi. Marqaret Mid
  • Sosial Demokratlar deyirlər: ailə uşaqların olduğu yerdədir. Bu, indiyə qədər eşitdiyim ən mənasız cümlələrdən biridir. Ailə nə küçədə, nə oyun meydançasında, nə də uşaq bağçasındadır. Ailə, uşaqların valideynlərinə, valideynlərin övladlarına məsuliyyət daşıdığı yerdir. Məsuliyyət olmasa, ailə də yoxdur. Angela Merkel

Ş[redaktə]

  • Şəxsiyyəti valideyn, ruhu isə müəllim tərbiyə edir. Nikolay Qoqol

T[redaktə]

  • Təbiət uşaqlara valideynlər verir ki, onlar övladlarını necə böyütməməli olduqlarını bilsinlər. Frank Herbert

U[redaktə]

  • Uşaq valideynləri doğurur. Stanislav Eji Lets
  • Uşaqlar həyata valideynlərini sevməklə başlayırlar, zamanla yaşa dolduqca onları mühakimə edirlər. Bəzən isə onlardan imtina belə edirlər. Oskar Uayld
  • Uşaqlar həyatda ən vacib şeydir. Valideynlər uşaqlara ailə hissi bəxş etmək üçün əllərindən gələni etməlidirlər. Elvis Presli
  • Uşaqlar otuz yaşdan yuxarı olana qədər valideynlərini həqiqətən sevməyə başlamırlar. Enrike Jardiel Ponsela
  • Uşaqlar valideynlərinin pis nümunələri ilə korlanmağa davam etdikcə yeni bir dünya qurmaq mümkün deyil. Aleksis Karrel
  • Uşaqları tərbiyə edən müəllimlər onları dünyaya gətirən valideynlərdən daha hörmətlidir. Valideynlər uşaqlarına həyat, müəllimlər isə xoş həyat bəxş edir. Aristotel
  • Uşaqların tərbiyəsi mayalanmadan başlanır. Mayalanma anında valideynlərin fiziki və mənəvi vəziyyəti rüşeymdə əks etdirilir. Sonra, hamiləlik dövründə uşaq ananın əhval-ruhiyyəsinin, onun arzularının və xarakterinin, eləcə də onun həyat tərzinin təsiri altında olur. Doğulduqdan sonra uşaq valideynlərini təqlid etməyə başlayır və uzun illər ərzində onun inkişafı tamamilə valideynlərdən asılı olur. Mahatma Qandi

V[redaktə]

  • Valideynlər, adətən, uşaqlarına yaxşı bələd olduqlarına əmindirlər və zaman keçdikcə bu səhv fikir daha da güclənir. Bu günə qədər heç bir pis şey olmadı, bundan sonra da olmayacaq. Valideynlər hər gün övladlarını sevgidən kor olmuş gözləri ilə görür və uşaqlarını çox yaxşı tanıdıqlarını hesab edirlər və onlar nə qədər cazibədar olsalar da, şübhəsiz, hər cür cazibələrdən sığortalanıblar. Teodor Drayzer
  • Valideynlər ədalətlə deyil, sülh və sakitliklə maraqlanırlar. Bill Kosbi
  • Valideynləri əziyyət çəkir, övladları keyf edirlər, nəvələri dilənirlər. Yapon atalar sözləri
  • Valideynlər qızına tac, kişi isə qadına sona kimi baxar. Ukrayna atalar sözləri
  • Valideynlər uşaqlara danışmağı, uşaqlar isə valideynlərə susmağı öyrədir. Yəhudi atalar sözləri
  • Valideynlər uşaqlara öz təcrübələrini və canlı yaddaş verirlər; uşaqlar valideynlərinə ölümsüzlük bəxş edirlər. Corc Santayana
  • Valideynləri əsəbiləşdirmək olmaz, çünki bu halda biz həzz aldığımız hər şeydən imtina etmiş oluruq. Paulo Koelyo
  • Valideynləri olan uşaq təhsillidir; yetim başqalarına verilən nəsihətlərə qulaq asmalıdır. Konqo atalar sözləri
  • Valideynlərimiz, övladlarımız, qohumlarımız bizə əzizdir; lakin məhəbbət haqqında bütün təsəvvürlərimiz bir sözdə – “Vətən” sözündə birləşmişdir. Mark Tulli Siseron
  • Valideynlərin xasiyyətlərinin qarışaraq dəyişməsini və uşaqlarda təkrar olunmasını müşahidə etmək çox maraqlıdır. Teodor Drayzer
  • Valideynlərinin sözünə qulaq asmayan quru çörək yeyər. Litva atalar sözləri
  • Valideynlərinin sözünə qulaq asmayanlar it yuvasına gedirlər. Litva atalar sözləri
  • Valideynlərinizə qarşı mehriban olmağa çalışın. Çalışın, onlara qarşı çıxmayın, çox güman ki, onlar sizdən əvvəl öləcəklər. Odur ki, özünüzü ən azı, günah hissindən xilas eləyə bilərsiniz. Əgər üsyan eləməyə ehtiyacınız varsa, onlar qədər həssas olmayanlara qarşı üsyan eləyin. Valideynlər – həddindən artıq yaxında olan hədəfdirlər; məsafə elə yaxındır ki, hədəfdən yayına bilməyəcəksiniz. Çox güman ki, valideynləriniz sahib olduqları hər şeyi sizə miras qoyacaqlar. Başqa sözlərlə, üsyan – son dərəcə effektiv pul yığmaq üsuludur. Hərçənd faizi gəlirli deyil. Hətta deyərdim ki, müflisliyə aparıb çıxarda bilər. İosif Aleksandroviç Brodski

Y[redaktə]

  • Yurd - tono, ailə - valideyn, dövlət - elm üzərində dayanır. (Tono - yurdun yuxarı dayağı olan dairəşəkilli ağac, tüstü çıxmaq üçün yer). Monqol atalar sözləri

Z[redaktə]

  • Zərər çəkən məktəblər kasıb məhəllələrdəki məktəblərdir. Onlar işləmək və dolanmaq üçün mübarizə aparan valideynlərin ən çox ehtiyacı olan məhəllələrdir. Onların vermək üçün kifayət qədər resursları yoxdur, daha çox ödəmək üçün kifayət qədər resursları yoxdur və bunlar birinci olan məhəllələrdir. Sonya Sotomayor

İstinadlar[redaktə]

  1. [1] Цитаты и афоризмы.