Faciə
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B[redaktə]
- Bir kişi üçün ən böyük faciə onun xaraktersizliyi ola bilər. Sergey Dovlatov
F[redaktə]
- Faciə iyirmi il davam eləyəndə, onun komediyaya çevrilmək qorxusu olur. Erix Mariya Remark
- Faciə pis insanların vəhşiliyi deyil, yaxşı insanların səssizliyidir. Martin Lüter Kinq
H[redaktə]
- “Hamlet”də qəbirqazanlar qəbri qaza-qaza kobud mahnılar oxuyurlar. Əcəb cəfəngiyyatdır! Bu oyunbazlığı hələ faciə də adlandırırlar! Şekspir ingilis teatrını məhv etdi. Şekspiri ciddi qəbul etmək olmaz. Allah bizi bu səfeh Şekspirdən saxlasın! Volter
- Hər mövcud incə və gözəl bir şeyin arxasında bir faciə durur. Oskar Uayld
- Həyat duyğularla yaşayanlar üçün faciə, düşünənlər üçün isə məzhəkədir. Jan de Labrüyer
- Həyatda iki faciə var: birincisi, bütün arzulara çata bilməmə, ikincisi, hamısını əldə etdikdən sonrası. Oskar Uayld
- Həyatın ən böyük faciəsi tez qocalmaq deyil, gec ağıllanmaqdır. Bencamin Franklin
Q[redaktə]
- Qaranlıqdan qorxan bir uşağı bağışlamaq asandır, həyatın gerçək faciəsi yetişkinlərin, böyüklərin işıqdan qorxmasıdır. Platon
M[redaktə]
- Mən o acı dolu günlərin, o insanlıq faciəsi sürgünün uşağıyam. Cövhər Dudayev