Məzmuna keç

Məlum



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Aforizm fərdi təmsildə məlum həqiqətdir. İlya Rodionov
  • Antarktida da məlum olduğu kimi ağ ayılar yoxdur, düşünürəm ki, pinqvinlərdən də qorxmaq lazım deyil. Rual Amundsen
  • Bir insanın nə qədər ehtiyacı olduğu məlum deyil. Yəqin ki, lazım olduğundan daha çox və istədiyindən az olmayan qədər. Mixail Zoşşenko
  • Bir insanın zəkası verəcəyi cavablardan deyil, soruşacağı suallardan məlum olur. Şevalye de Levis
  • Biz gələcəyə çatanda, məlum olur ki, onun mənzərəsi öncədən çəkilibmiş. Əbu Turxan
  • Biz özümüz haqqında heç nə bilmirik: hərəkətin, həyatın, duyğuların və düşüncənin nə olduğu barədə aydın təsəvvürümüz yoxdur, materiyanın elementləri də bizə məlum deyil: biz əl havasına hərəkət edib, dumanlı mülahizələr söyləyən korlarıq. [1] Volter
  • Bizim haqqımızda nə qədər çox danışırlarsa, istəyirik ki, daha çox danışsınlar. Ölümə məhkum edilmiş qatilə qəzetlərdə məhkəmə prosesinin hesabatını oxumağa icazə verilir. Əgər məlum olsa ki, hansısa qəzet onun işinə az yer verib, o çox qəzəblənər... Bu, siyasətçilərə və ədəbiyyatçılara da eyni cür aiddir. Mark Tven
  • BMT-nin Finlandiya, Rusiya, Misir, CAR-da müxtəlif dildə danışan, müxtəlif sahələrdə işləyən, müxtəlif tərzdə geyinən, müxtəlif valyutadan istifadə edən, müxtəlif tanrılara dua edən və müxtəlif şeytanlardan qorxan, müxtəlif ümidlər və xəyallar quran yüzlərlə kişi və qadınlar arasında apardığı sorğu nəticəsində məlum olub ki...birgə yaşayışdan üç il sonra boşanma əyrisi çox sürətlə yuxarı qalxır. Bu ümumi cəhət daha bir təhqirdir. Frederik Beqbeder
  • Böyük musiqi sənətini sev və öyrən. Sizə yüksək hisslər, ehtiraslar, düşüncələr dolu bir dünya açacaqdır. Bu sizi ruhani cəhətdən daha zəngin edəcəkdir. Musiqi sayəsində əvvəllər sizə məlum olmayan yeni güclər tapacaqsınız. Həyatı yeni rəng və rənglərlə görəcəksən.
  • Dahi, məlum istiqamətdə cəmlənmiş fikrin səbridir. İsaak Nyuton
  • Dedim ki, ürəyim elmdən xəbərsiz olmayıb. İndi ki, ağlın gözü ilə baxıram-məlum olur ki, hələ heç bir çey bilmirəm. Nəsirəddin Tusi
  • Dünyada hər elmdən artıq elmi-əxlaqda çalışmaq insan üçün lazımlı bir şeydir. Çünki heyvanların cinsi elmi-heyvanat deyilən elm ilə bilinsə, insanların da yaxşısı elmi-əxlaq ilə məlum olur. Məhəmməd Tağı Sidqi
  • Ehtiram - bu, ruhun hörmət predmetinin hörmətini qazanmaq meyilliyi yox, eyni zamanda məlum həyəcanla ona tabe olma, onun iltifatını qazanmaq istəyidir. Rene Dekart
  • Elə iş görmə ki, başqasına məlum olanda qorxasan. Epikür
  • Elə yaşayın ki, etdiyiniz və ya dediyiniz bir şey bütün dünyaya məlum olsa, heç vaxt utanmayasınız - məlum olan həqiqət olmasa belə. İlluziya (Riçard Bax)
  • Elm ümumi bir sərvətdir. Ona görə də ədalət tələb edir ki, ən böyük elmi şöhrət məlum həqiqəti ilk dəfə söyləyənə yox, bu həqiqəti başqalarına inandırmağı bacarana, onun etibarlılığını göstərənə və elmdə tətbiq edənə verilməlidir. Dmitri Mendeleyev
  • Əgər düşmənə məlum olmayan gizli mənbələrimiz olarsa, bu mənbələr vətəndaşlarımızın sarsılmaz qətiyyətindən, bizim haqlı olmağımızdan və Allahın bizi tərk etməyəcəyinə dair əminliyimizdən ibarət olmalıdır. Corc Vaşinqton
  • Əgər əcəllər (hər bir kəsin ömür müddəti) məlum olsa arzular rüsvay və bərbad olar.[2] İmam Kazım
  • Günahkar məlum deyilsə, dili günahkar elə. İynəçilər məhəlləsində iynə satmazlar. Tamil atalar sözləri
  • İgid döyüşdə məlum olar. Azərbaycan atalar sözləri/İ
  • İncəsənət individualizmin bəşəriyyətə məlum olan ən güclü formasıdır. Oskar Uayld
  • İnsan zəkası "acgözdür": o, yerində sakit dura bilmir, daim irəliyə - ona məlum olmayan ənginliklərə can atır və onu bu yürüşdən heç nə saxlaya bilməz. Frensis Bekon
  • İnsanın mahiyyəti yaradıcılıqdır. Onun daxili aləmi məhz yaradıcılıqda daha aydın məlum olur. Romen Rollan
  • Kiçik məqsədləri yüksək məqsədlərə qurban verərək bütün həyat,məlum vaxt, il,ay, həftə, gün,saat, dəqiqə üçün məqsədə malik ol. Lev Tolstoy
  • Mənim üçün yazarlığın sirri, haradan gələcəyi məlum olmayan ilham deyil, dəqiqlik və səbrdir. Orxan Pamuk
  • Mövzu əvvəlcədən məlum olanlara və intuisiyaya əsaslanaraq öyrənilməlidir. Çanakya Pandit
  • Monarxiya, bəşəriyyətə məlum olan quruluşlardan ən yaxşısıdır. Henri Ford
  • Roman yazmaq üçün üç qayda var. Bədbəxtlikdən, bu qaydaların nədən ibarət olduqları heç kəsə məlum deyil. Uilyam Somerset Moem
  • Sevgi məlum olmayan ölkədir və biz hamımız hər birimiz ora öz gəmimizdə üzürük və bizim hər birimiz öz gəmimizdə kapitanıq və gəmini öz yolu ilə aparırıq. Mixail Prişvin
  • Tale insana qarşı nə qədər qəddar olsa da, insan nə qədər tərk edilmiş və tənha olsa da, hər zaman, bəlkə də ona məlum olmayan, lakin qəlbinin harayına cavab vermək üçün açıq olan, onu sevən bir qəlb tapılar. Henri Lonqfello
  • Vətənini sev və onu qoru. Kökü məlum olmayanlar çox yaşamır. Fyodor Uqlov
  • Yaxşı dost yaman gündə məlum olar. Azərbaycan atalar sözləri/Y
  • Yüzlərlə verst boz, susuz səhra, oturub danışan və nə vaxt çıxıb gedəcəyi məlum olmayan insan qədər məyusluq gətirə bilməz. Anton Çexov

İstinadlar

[redaktə]
  1. Xəzinə. Bakı, 1997. səh.10
  2. Əlamud-Din, səh.305