Qanad
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Açılmamış qanadların böyüklüyü naməlumdur. Andre Jid
- Atın var - qanadın var. Türkmən atalar sözləri
- Atın var - qanadın var, inəyin var - qonağın var. Tatar atalar sözləri
B[redaktə]
- Bütün qadınlar mələkdir əslində. Yalnız qanadları qırıldığında süpürgələrinə minərlər. Paulo Koelyo
X[redaktə]
- Xəyal qanadları olan elm möcüzələr yaratmağa qadirdir. Maykl Faradey
İ[redaktə]
- İnsanların qanadları yoxdur,çünki insanların qanadları ürəklərindədir. Nazim Hikmət
K[redaktə]
- Kitabın vərəqləri bizi aydınlığa çıxaran qanadlar kimidir. Volter
Q[redaktə]
- Qanadın yoxdursa, yüksəklərə uçmaq təşəbbüsündə olma. Əhvədi
- Qarışqa ölümqabağı qanad bağlayar. Adıgey atalar sözləri
- Qartal qanadını tez-tez çalsa, qanadı qırılar. Adıgey atalar sözləri
- Quş öz qanadı ilə uçduğu kimi, adam da öz hikməti ilə uçur. Ərəb atalar sözləri
- Quşda qanad, insanda ümid. Viktor Hüqo
M[redaktə]
- Musiqi əxlaqi qanundur, o, bütün dünyanı ilhama gətirir, qəlbə qanad verir, insan üçün zəruri olan kədər və şadlığa səbəb olur. Platon
P[redaktə]
- Pişiyin qanadı olsaydı, bütün quşları tutardı. Ləzgi atalar sözləri
S[redaktə]
- Sözün də qanadı var. Azərbaycan atalar sözləri/Söz, söhbət və danışıq
- Sözün qanadları var, quş kimi incə-incə,
Dünyada söz olmasa, nəyə gərək düşüncə. Nizami Gəncəvi
Ş[redaktə]
- Şöhrət - uca qayalıq, insan oraya sürünə-sürünə, qartal isə bir dəfə qanad çalmaqla çıxır. Abay Kunanbayev
T[redaktə]
- Tanrı qarışqanı yox etmək istəyincə, ona qanad taxar. Alman atalar sözləri
Ü[redaktə]
- Ümidini yıxma; Yusufu (ə.s) xatırla. Ayağın qırıldı deyə kədərlənmə. Allah sənə bəlkə qanad verəcək. Quyu dibində qaldın deyə üzülmə, bəlkə oradan belə bir qapı açılar. Yusuf (ə.s) quyudan sultan oldu. Mövlana Cəlaləddin Rumi
Y[redaktə]
- Yerə də enəndə yalnız məhəbbətin qanadlarında enmək olar. Qanadlar səni bataqlığa düşməkdən qoruyar. Əbu Turxan
- Yerdə getmək məcburiyyətində qalmış qanadı qırıq quşların da bir zamanlar çox yüksəklərdə uçduqlarını unutma! Mehmet Murat İldan
Z[redaktə]
- Zəkaya qanad yox, qurğuşun bağlamaq lazımdır ki, onun sıçrayış və uçuşunun qarşısını almaq mümkün olsun. Frensis Bekon
- Zövqdən qanadları olan günlər tez keçər. Rabindranat Taqor