Saqqal
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağıl saqqalda deyil, başdadır. Rus atalar sözləri
- Arvadı bəd olanın saqqalı tez ağarar. Azərbaycan atalar sözləri/A
B
[redaktə]- Başqasının saqqalını qırxmağı öyrənmək daha yaxşıdır. Yəhudi atalar sözləri
- Bığdan götürüb, saqqala qoyur. Azərbaycan atalar sözləri/İnsan qüsurlarının tənqidi
- Bığ saqqaldan qabaq çıxıb. Azərbaycan atalar sözləri/B
- Bığı buraxmısan, saqqala salam vermirsən. Azərbaycan atalar sözləri/B
Ç
[redaktə]- Çənənin bəzəyi saqqal, nitqin bəzəyi atalar sözü. Qazax atalar sözləri
G
[redaktə]- Gəlmişdi saqqal dalınca, bığını da qoydu getdi. Azərbaycan atalar sözləri/G
İ
[redaktə]- İgidin yaraşığı saqqaldır, sözün yaraşığı - atalar sözü. Qırğız atalar sözləri
K
[redaktə]- Keçidə də saqqal var, amma dədə deyil. Türk atalar sözləri
- Keçidə saqqal var, amma şeyx deyil. Azərbaycan atalar sözləri/K
- Kommunizm getdikcə xarablaşır. Özünüz götür-qoy edin: Marks qeyri-adi dərəcədə tüklü insan idi, Lenin saqqal və bığ saxlayırdı, Stalin isə yalnız bığ. Xruşovun isə nə saqqalı, nə də bığı vardı. Salvador Dali
- Kosa getdi saqqal gətirə, bığını da üstəlik qoyub gəldi. Azərbaycan atalar sözləri/K
Q
[redaktə]- Qürurlu kürək gec-tez əyilir; qara saqqal zamanla ağarır; gözəl saçlar günün birində tökülür; mükəmməl sifəti qırışlar doldurur; ama yaxşı ürək Ay və Günəş kimi, hətta Aydan çox Günəş kimi parlaq işıq saçır və hər zaman düzgün yolla irləliləyir Uilyam Şekspir
O
[redaktə]- Onun saqqalı dəyirmanda ağarmayıb. Fars atalar sözləri
P
[redaktə]- Padşaha saqqal yox, ağıl lazımdır. Siciliya atalar sözləri
S
[redaktə]- Saç-saqqal ağartmaqla hörmət sahibi olmaq olmaz. Elm və kamal sahibləri hörmətə layiqdirlər. Hind atalar sözləri
- Saqqal başa qurban olsun. Türk atalar sözləri
- Saqqal böyüdü, ağıl yetişmədi. Sloven atalar sözləri
- Saqqal feyz olsaydı, keçi şeyxlik elərdi. Azərbaycan atalar sözləri/S
- Saqqal insanı ağıllı etməz. Ukrayna atalar sözləri
- Saqqal insanı filosof eləmir. Plutarx
- Saqqal saxlayanların hamısı filosof olmur. Alman atalar sözləri
- Saqqal tez gəldi, ağıl gec gəldi. Bolqar atalar sözləri
- Saqqalı çıxıb, amma ağlı yoxdur. Latın atalar sözləri
- Saqqalım yoxdu, sözüm ötmür. Azərbaycan atalar sözləri/S
Y
[redaktə]- Yava mala baxanın saqqalı-bığı yağlanar, yava adama baxanın ürəyi-bağrı dağlanar. Türkmən atalar sözləri