Eşşək: Redaktələr arasındakı fərq
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur |
|||
Sətir 2: | Sətir 2: | ||
{{ABC}} |
{{ABC}} |
||
== A == |
== A == |
||
* Aciz eşşəyə hər kəs minər. [[Ləzgi atalar sözləri]] |
|||
* At bir aylıq yolu fikirləşər, dəvə - bir illik, ula isə ayağının altındakı. [[Qaraqalpaq atalar sözləri]] |
* At bir aylıq yolu fikirləşər, dəvə - bir illik, ula isə ayağının altındakı. [[Qaraqalpaq atalar sözləri]] |
||
* At qovulmaz, eşşək gəlib ötməsə. [[Lak atalar sözləri]] |
* At qovulmaz, eşşək gəlib ötməsə. [[Lak atalar sözləri]] |
15:12, 16 noyabr 2019 tarixindəki versiya
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
- Aciz eşşəyə hər kəs minər. Ləzgi atalar sözləri
- At bir aylıq yolu fikirləşər, dəvə - bir illik, ula isə ayağının altındakı. Qaraqalpaq atalar sözləri
- At qovulmaz, eşşək gəlib ötməsə. Lak atalar sözləri
- At olmayan yerdə eşşək də atdır. Azərbaycan atalar sözləri/A
- At pambıq, eşşək daş üstə salar. (Asp eğandə pambəsə, hə eğandə zambəsə.) Talış atalar sözləri
- Aydınlıq olmayınca kişinin mindiyi atmıdır, eşşəkmidir, bilinməz. Azərbaycan atalar sözləri
C
- Canı ağrıyan eşşək, atdan yeyin gedər. Azərbaycan atalar sözləri/C
D
- Dedilər: "Ay ulaq, gəl səni aparaq cənnətə". Soruşdu: "Bəs orda qanqal var?" Kürd atalar sözləri
E
- Eşq hətta eşşəyi rəqs etdirər. Fransız atalar sözləri
- Eşşək işləyər, at yeyər. Azərbaycan atalar sözləri/Ehtiyat və sayıqlıq
- Eşşək palçığa bir dəfə batar. Azərbaycan atalar sözləri
- Eşşəkdən qurban olmaz, amma dəyərində puldan qurbanlıq olar. Kürd atalar sözləri
- Eşşəkdən yıxılmaqdansa, atdan yıxılmaq yaxşıdır. Gürcü atalar sözləri
- Eşşəyin qulağını mişar ilə kəsirmişlər, bu nə səsdi deyirmiş. Gürcü atalar sözləri
- Eşşəyin qızıldan olsa da yükü,
Yenə də eşşəkdir parıldar tükü. Nizami Gəncəvi
Ə
- Əzrayıl axsaq ulaq kimidir - hər qapıda dayanır. Assuri atalar sözləri
Q
- Qara eşşək başına üyən ursan, qatır olmaz. Kitabi Dədə Qorqud
Ö
- Ölmə eşşəyim, ölmə, yaz gələr yonca bitər. Azərbaycan atalar sözləri
S
- Sahibi çox olan eşşəyi sonda qurdlar yeyər. İspan atalar sözləri
T
- Tərk edənin getdiyi yerdə axtardığını tapa bilmiyəndə dönüb "darıxdım" deməyi, darıxdığından deyil, eşşək kimi peşman olduğundandır. Əziz Nesin
U
- Ulaq yeddi cür üzmək bilir, amma suyu görəndə hamısı yaddan çıxır. Kürd atalar sözləri
- Ulağa gücü çatmır, acığını palanına tökür. Azərbaycan atalar sözləri/U
- Ulağın qulağını kəsdilər, soruşdu ki, "Nə olub?" Abxaz atalar sözləri
- Ulağa minənin ayaqları dinc durmaz, iki arvad alanın qulaqları. Qaraqalpaq atalar sözləri
V
- Varlının eşşəyi də yeyin gedər. Azərbaycan atalar sözləri/V