Bərabər: Redaktələr arasındakı fərq

Vikisitat saytından
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
Sətir 15: Sətir 15:
* Eşq hər kəsi bərabər edər. [[Miqel de Servantes]]
* Eşq hər kəsi bərabər edər. [[Miqel de Servantes]]
* Evlilik üçün “dava etməyi bacarmaq lazımdır” deyirlər. Məndən soruşsanız, bu tamamilə müdrikliklə bağlı şeydir. Bərabər yaşayan insanlar mübahisə edə bilərlər, bu tamamilə təbii bir şeydir. Gənc olanda bu mübahisələr alovlanar, tərəfləri birləşdirən bir nöqtə tapmaq qeyri-mümkün olur. Qısası, iş cığırından çıxmağa yaxınlaşır. Ancaq yaşlandıqca başa düşürsən ki, bu mübahisə də bitəcək. Bəli, bir-birinizi başa düşmürsünüz, amma bu dünyanın sonu demək deyil. Məhz burda təcrübə öz sözünü deyir. [[Vudi Allen]]
* Evlilik üçün “dava etməyi bacarmaq lazımdır” deyirlər. Məndən soruşsanız, bu tamamilə müdrikliklə bağlı şeydir. Bərabər yaşayan insanlar mübahisə edə bilərlər, bu tamamilə təbii bir şeydir. Gənc olanda bu mübahisələr alovlanar, tərəfləri birləşdirən bir nöqtə tapmaq qeyri-mümkün olur. Qısası, iş cığırından çıxmağa yaxınlaşır. Ancaq yaşlandıqca başa düşürsən ki, bu mübahisə də bitəcək. Bəli, bir-birinizi başa düşmürsünüz, amma bu dünyanın sonu demək deyil. Məhz burda təcrübə öz sözünü deyir. [[Vudi Allen]]
Ə


== Ə ==
== Ə ==

19:46, 22 iyul 2020 tarixindəki versiya



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A

  • Ağla əvvəlcə fikir, sonra isə sözlər gəlir və hər bir sözün öz yerindən səslənməsi üçün ağıl onları ağlasığmaz bir tezliklə öz yerlərinə çatdırır. Bu cür düzülüş müxtəlif yollarla edilir. Buna baxmayaraq, başlanğıc, orta, bütün sözlər həmişə sonluğa bərabər olmalıdır.(ritmin tələblərini nəzərə almayan nitq haqqında). Bu, ağıl üçün kifayətdir, eşitmə üçün isə yox. Mark Tulli Siseron

B

  • Barmaq barmağa bərabər deyil, insan - insana. Başqırd atalar sözləri
  • Beş barmağın beçi də qardaşdır, ancaq onlar da bərabər deyil. Fars atalar sözləri
  • Bərabər olmamaq dostları ayrı salır. Alman atalar sözləri
  • Bərabər şəkildə davranmaq yox, haqqını verməklə aqil olmaq olar. Əli Suad
  • Bərabərlik bərabər imkanlar yox, bərabər şərait deməkdir. Hər kəsə bərabər şərait yaradılmalıdır. Həmin şəraitdən kimin necə istifadə edəcəyi isə onun öz seçimidir. Ancaq şəraitdən yararlanıb müəyyən imkanlara malik olanlar isə sosial ədaləti də əldən verməməlidirlər.Aydın Mirzəzadə
  • Bildiklərini izah et, amma ağıl verməyə qalxma. İzah edilənləri yaxşı dinlə, amma hamısını doğru sanma. Səssiz qalmaq, bir şey bilmədiyin mənasını verməz, çox danışmaqda çox şey bildiyini göstərməz. Hər kəsi özünə bərabər gör, hər kim olursa olsun bir insanı kiçik hesab etmək ağılsızlıq, çox böyük görməkdə qorxaqlıqdır. Cəsarət ağıldan gəlirsə cəsarətdir, məlumatsızlıqdan gəlirsə cəhalətdir. Mövlana Cəlaləddin Rumi
  • Bir günahı bağışlamaq sinəni gülləyə sipər etməyə bərabər fədakarlıqdır. Naməlum

E

  • Elə adamlar axtarın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun. Elə kitablar da axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin. Bəhmənyar əl-Azərbaycani
  • Eşq hər kəsi bərabər edər. Miqel de Servantes
  • Evlilik üçün “dava etməyi bacarmaq lazımdır” deyirlər. Məndən soruşsanız, bu tamamilə müdrikliklə bağlı şeydir. Bərabər yaşayan insanlar mübahisə edə bilərlər, bu tamamilə təbii bir şeydir. Gənc olanda bu mübahisələr alovlanar, tərəfləri birləşdirən bir nöqtə tapmaq qeyri-mümkün olur. Qısası, iş cığırından çıxmağa yaxınlaşır. Ancaq yaşlandıqca başa düşürsən ki, bu mübahisə də bitəcək. Bəli, bir-birinizi başa düşmürsünüz, amma bu dünyanın sonu demək deyil. Məhz burda təcrübə öz sözünü deyir. Vudi Allen

Ə

  • Əgər Allah qadını kişinin xanımı təyin etsəydi, onu başdan yaradardı, əgər qul yaratsaydı, ayaqdan yaradardı, amma, o, qadını rəfiqə və kişiyə bərabər təyin etdiyindən qabırğadan yaradıb. Avreli Avqustin
  • Əldə beş barmaq var, onlar da bərabər deyil. Benqal atalar sözləri

G

  • Gerçəyi bilənlər ilə onu sevənlər heç bir zaman bərabər deyildirlər. Konfutsi
  • Gözəlliyin və sağlamlığın vəhdəti üçün elm və incəsənət sahəsində təhsillə bərabər bütün ömrü boyu fiziki çalışmalar və gimnastika ilə də məşğul olmaq tələb olunur. Platon

H

  • Heç vaxt dayanmaq bilməyən həyatla bərabər daim irəliyə, irəliyə doğru getmək lazımdır. Emil Zolya

İ

  • İnsan münasibətlərində hüquq yalnız o zaman məna daşıyır ki, bərabər gücə malik iki tərəf hər bir tərəf üçün ümumi olan zəruriliyi qəbul edir. Fukidid
  • İnsan nəzərləri aləmə tuşlanaraq onu ancaq öz baxış bucağında işıqlandırır. Həmin anda insanın özü də məhz öz baxış bucağına bərabər olur. Əbu Turxan
  • İnsanlar iki bölükdür: bir bölüyü şəriətə uyar, o biri bölüyü bidətə sapar. Bu ikinci bölüyün, nöqsan sifətlərdən münəzzəh olan Allahdan nə bir dəlili var, nə bir işığı. Nöqsan sifətlərdən münəzzəh olan Allah heç kimə Qurana bənzər başqa bir şeylə öyüd verməz; çünki Quran *Allahın möhkəm ipidir, əmin səbəbidir; ürəklərin baharı ondadır; biliklərin qaynaqları ondadır; könülə ondan başqa bir şey cila verməz; ondan başqa bir şey könlü parlada bilməz. Bununla bərabər, yenə də ondan öyüd alanlar ona uyub yol tutanlardır; unudanlar, qəflətə qapılanlar yollarda qalanlardır. Həzrəti Əli

K

  • Kapitalizmin anadangəlmə qüsuru- maddi nemətlərin qeyri-bərabər bölünməsi; sosializmin anadangəlmə üstünlüyü- yoxsulluğun bərabər bölünməsi. Uinston Çörçill

Q

  • Qadın bir dəfə kişiylə bərabər oldusa, onun ağasına çevriləcək. Sokrat
  • Qəhvəni çaya bərabər elədilər, çayın qiyməti düşdü. Kürd atalar sözləri
  • Qısqanclıq sevgi ilə bərabər yaranır, amma onunla birgə ölmür. Fransua de Laroşfuko

M

  • Mən donuzları sevirəm. İtlər bizə aşağıdan yuxarıya, pişiklər yuxarıdan aşağıya baxırlar. Donuzlar isə bizimlə bərabər baxırlar. Uinston Çörçill

N

  • Nəyisə gerçək ölçülərinə bərabər böyük çəkin. Kiçik şəkillərdə bütün böyük zəifliklər asan gizlənər. Böyüklərdə isə ən kiçik zəifliklər belə asan görülər. Leon Battista Alberti

S

  • Sözün ayağı yoxdur, amma min liyə bərabər yol gedir. (Lİ - 0,5 km-ə yaxın uzunluq ölçüsü). Koreya atalar sözləri

T

  • Təsir həmişə bərabər və əks təsirə bərabərdir. İsaak Nyuton

Y

Z

  • Zorakılıq vasitələrinin texniki inkişafı indi o həddə çatıb ki, heç bir siyasi məqsəd bu vasitələrin dağıdıcı potensialına bərabər olmayan və ya bu silahlı münaqişələrdə bu vasitələrdən istifadəni əsaslandıra bilməz. Hanna Arendt