Əməl
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Adətə əməl edərlər, nümunəni təqlid edərlər. İndoneziya atalar sözləri
- Adətə hörmət eləmək asandır, əməl eləmək - çətin. Vyetnam atalar sözləri
- Axmağın qəzəbi onun sözlərində, ağıllının qəzəbi onun əməllərində özünü biruzə verir. Konfutsi
- Allah ölümü və həyatı yaratdı ki, sizlərdən hansınızın yaxşı əməl sahibi olduğunu sınasın. Qurani-Kərim
- Allahı sevmək Allahın əmrlərinə əməl etməkdir. İncil
- Az elmi olub bildiyinə əməl edən, çox elmi olub əməl etməyəndən xeyirlidir. Əli
B
[redaktə]- Bəd əməllərin kökü bəd fikirlərdir. Lev Tolstoy
- Bildiklərinə əməl etməyən alim başqasını geydirdiyi halda özü çılpaq olan iynə kimidir. Muhəmməd Qəzzali
- Bizdən əvvəlki müdriklər deyib: "Köhnələri oxumamış təzə kitablar oxuma". Özüm yazıçı olaraq heç kimə məsləhət görmürəm ki, bu qaydaya ciddi əməl etsin. Uinston Çörçill
- Böyük insanlar haqqında onun böyük əməllərinə əsasən deyil, buraxdıqları səhvlərə əsasən fikir yürüdürlər. Volter
- Böyük insanların ömrü illərlə deyil, onların əməlləri ilə ölçülür. Riçard Şeridan
- Bu dəyər miqyasını kim və necə əlaqələndirəcək? Bəşəriyyət üçün yaxşı və pis əməllər, dözülməz olanlar üçün bu gün fərqləndirilən bir şərh sistemini kim yaradacaq? Bəşəriyyətə nəyin həqiqətən ağır və dözülməz olduğunu və dərini yalnız yerli olaraq nəyin otardığını kim izah edəcək? Kim qəzəbi daha yaxın olana yox, ən dəhşətlisinə yönəldər? Kim belə bir anlayışı öz insan təcrübəsinin hüdudlarından kənara köçürməyə müvəffəq ola bilər? Başqalarının uzaq sevincini və kədərini, özünün heç vaxt yaşamadığı ölçüləri və aldatmaları dərk etməyi fanat, inadkar bir insan məxluquna təlqin etməyə kim müvəffəq ola bilər? Təbliğat, məhdudiyyət, elmi sübut - hamısı faydasızdır. Ancaq xoşbəxtlikdən dünyamızda belə bir vasitə var! Yəni sənətdir. Yəni ədəbiyyatdır. Onlar bir möcüzə göstərə bilərlər: insanın yalnız şəxsi təcrübədən öyrənmək kimi zərərli xüsusiyyətinə qalib gələ bilərlər ki, başqa insanların təcrübəsi ondan əbəs yerə keçsin. İnsandan insana, Yerdəki qısa sehrini başa vurduqca, sənət bütün yükləri, rəngləri, həyat şirəsi ilə tanış olmayan, ömürlük təcrübənin bütün ağırlığını köçürür; o, naməlum bir təcrübəni bədəndə canlandırır və ona özümüz kimi sahib olmağımıza imkan verir. Və daha çox, daha çox; həm ölkə, həm də bütün qitələr bir-birinin səhvlərini əsrlərlə davam edə biləcək vaxt fasilələri ilə təkrarlayır. Onda düşünmək olardı ki, hər şey çox aydın olacaq! Amma yox; bəzi xalqların artıq yaşadıqları, nəzərdən keçirdikləri və rədd etdikləri birdən-birə başqaları tərəfindən ən son söz olaraq kəşf edilir. Yenə də özümüzün heç vaxt yaşamadığımız təcrübənin yeganə əvəzedicisi incəsənət, ədəbiyyatdır. Onlar gözəl bir qabiliyyətə malikdirlər: dil, adət, sosial quruluş fərqlərindən kənarda, bir xalqın həyat təcrübəsini digərinə çatdıra bilirlər. Təcrübəsiz bir xalqa onilliklər boyu davam edən sərt milli sınaqları çatdıra bilər, ən yaxşı halda bütün bir xalqı lazımsız, ya səhv, hətta fəlakətli kursdan xilas edə, bununla da bəşər tarixinin döngələrini cilovlaya bilərlər. Aleksandr Soljenitsın
D
[redaktə]- Dostum üçün edəcəyim ən yaxşı əməl sadəcə onun dostu olmaqdır. Henri David Toreau
- Dövlət o zaman möhkəm olur ki, qanunlara əməl edilsin. Evripid
- Dünya bir şeydir ki, həmişə dövran edir və insan bu tövr dünyanın gərdişinə görə gərək, habelə öz rəftarını da dəyişsin ki, məsəldir deyərlər: “Zəmanə sənə saz olmasa sən zəmanəyə saz olginən”. Pəs olmaz ki, dünyada həmişə bir qayda ilə rəftar olsun. Bizim zəmanə dəyişilməyi, əlbəttə hər anlayan kəsə məlumdur və bu tövr zəmanənin dəyişilməsi bizim ilə deyil. Həmçinin, biz qadir deyilik ki, zəmanəni dəyişilməkdən saxlayaq. O kəslər ki, həmişə etibar edib bizim sözlərimizə əməl edirlər, zəmanə dəyişildiyinə görə gün-gündən tərəqqi edib irəli gedirlər… Həsən bəy Zərdabi
E
[redaktə]- Ekologiyada iki bölmə var: bioloji ekologiya və mədəni və ya mənəvi ekologiya. Birincinin qanunlarına əməl edilməməsi bir insanı bioloji olaraq öldürə bilər, ikincinin qanunlarına əməl olunmaması isə insanı mənəvi cəhətdən öldürə bilər. Dmitri Lixaçov
- Elm əməl üçündür. Sırf əzbərləmək və insanlara anlatmaq üçün deyildir.Əbdülqədir Geylani
- Elm səbəb, əməl isə nəticədir. Nəsirəddin Tusi
- Ey elm təhsil edən cavanlarımız! … Vətən qardaşlarınızla üns tutmaq çətindir. Siz danışdığınızı onlar başa düşməyib, əfalınızı şəriətə namüvafiq hesab edib, sizə kafir deyib incidəcəklər… Amma insaf deyil ki, beş gün ömrün ləzzətindən ötrü milləti qardaşlarınızı atıb onları kor və sərgərdan qoyasınız. Pəs ləzzəti dünyaya təmə etməyib öz qardaşlarınızı əməli xeyrə vadar edin. Qoy şüəralar sizi həcv etsin, mollalar lənət oxusun, əvamünnas daşa bassın, siz millət üçün zəhmət çəkirsiniz və bişəkk, gələcəkdə millətin gözü açılanda sizi şəhid hesab edib, sizə rəhmət oxuyacaq… Həsən bəy Zərdabi
Ə
[redaktə]- Ədəb qanunların ən kiçiyi olsa da, ən ciddi əməl olunanı, riayət edilənidir. Fransua de Laroşfuko
- Əgər birisi Müqəddəs Kitabı gecə-gündüz oxuyur, ancaq əməl eləmirsə, beləsi özgəsinin inəyini sayan naxırçıya bənzər. Müqəddəslər cərgəsində ona yer yoxdur. Dhammapada
- Əksər pis əməlləri insan ona görə həyata keçirmir ki, onun bundan xoşu gəlir və ya bunlar ona xeyir gətirir, sadəcə o, düşünür ki, ondan məhz belə əməllər gözləyirlər. Sun Dzı
- Əməl olunan elmdən savayı, bütün elmlər qiyamət günündə vizrü-vəbal olacaqdır. Məhəmməd
- Əməllərinizi Allah üçün xalisliklə yerinə yetirin. Həqiqətən, Allah yalnız Onun üçün xalisliklə yerinə yetirilmiş əməlləri qəbul edir. Məhəmməd
G
[redaktə]- Gəncliyimdə naharadək bir damcı da olsun spirtli içki qəbul etməmək qaydası qoymuşdum özümə. Daha cavan deyiləm, qayda dəyişib, indi səhər yeməyinədək bir damcı da olsun içməmək qaydasına əməl edirəm. Uinston Çörçill
- Güc yıxmaz, əməl yıxar. Türkmən atalar sözləri
X
[redaktə]- Xeyir işə yol göstərənin əcri ona əməl edənin əcri qədərdir. Məhəmməd
H
[redaktə]- Heykəli görkəmi, insanı isə əməlləri gözəlləşdirir. Pifaqor
- Heykəli görünüşü, insanı əməlləri zinətləndirir. Lev Tolstoy
İ
[redaktə]- İnsan dünyası üç təməl üzərində qərar tutur: söz, zəka və əməl. Əbu Turxan
- İnsanlar bir birinə qarşı xəbərçilik etməyə başladıqdan sonra, onların ürəklərində qanun yer alıb. Rüşvət vermək gizli işdir. Əgər insanlar rüşvət almaq və ya təklif etmək zamanı bir birinə qarşı xəbərçilik etməyə başlasalar, onda hər şey məhv olacaq. Buna görə qanun qarşısında keçilməz qorxu olmalıdır. İnsanlar rəhbərin qərarını yox, qanunu yerinə yetirməlidir. Bu prinsip ən ağır cəzaların köməyi ilə təyin olunub. Məsələn, taxt-tac varisi qanunlara əməl etmədiyinə görə, sarayda ən hörmətli adam olan onun müəlliminin burun və qulaqlarını kəsmişdir. Bundan sonra məmurlar və ölkənin əhalisi qanunları icra etməyə başlamışdır. Şan Yan
- İnsanlara nümayiş üçün əməl edib, sonra da bunu Allahu təalanın qəbul etməsini istəmək yaraşarmı? Ehtirası, ərköyünlüyü, azğınlığı və dünyaya düşkünlüyü burax. Sevincini və sevinci bir az azalt. Bir az hüznlü ol. Peyğəmbər əfəndimiz başqasının ürəyini fərahlandırmaq üçün təbəssüm buyurardılar. Əbdülqədir Geylani
- İşin mənəvi dəyəri ondan ibarətdir ki, o, digər insanlardan daha yüksək mənbədən gəlir. O mənbə cəmiyyətdir; millətdir. Əslində, əxlaq yalnız ictimai, milli, özəl fərdlərdən ayrı və yuxarıda ola bilər. Millətin ictimai asayişi və əmin-amanlığı, rifahı, xoşbəxtliyi, gələcəkdə təhlükəsizliyi və məsumluğu, sivilizasiyanın tərəqqisi naminə maraq, zəhmət və fədakarlıq tələb edəndə canından keçməyi tələb edən milli mənəviyyatdır. Kamil xalqda milli əxlaqın tələbləri, demək olar ki, o xalqın insanları tərəfindən mühakimə olunmadan, vicdanlı və emosional motivlə irəli sürülür. Bu, ən böyük milli hissdir, milli həyəcandır. Millət anaları, millət ataları, millət müəllimləri və millət ağsaqqalları; Onların evdə, məktəbdə, orduda, fabrikdə, hər yerdə və hər işdə millətin övladlarına, millətin hər bir üzvünə yorulmadan və davamlı olaraq verəcəkləri milli tərbiyənin məqsədi, bu yüksək milli hissi gücləndirir. Əxlaqın milli-ictimai olduğunu söyləmək və onun ümmət vicdanının ifadəsi olduğunu söyləmək həm də əxlaqın müqəddəs atributunu tanımaqdır. Əxlaq müqəddəsdir; çünki onun bərabər dəyəri yoxdur və heç bir başqa cür dəyərlə ölçülə bilməz. Əxlaq müqəddəsdir; çünki ən böyük əxlaqi vicdanı olan cinayətkar üçün prioritetdir. Həmin cinayəti törədən cəmiyyət tək və təkdir. Başqa cinayətkar yoxdur. İlahiyyatda hətta məcazi mənada düşünülmüş cəmiyyət də gizlidir. Çünki vicdanımıza təsir edən mənəvi həyat, cəmiyyət üzvləri arasında əməl və təriflərdən ibarətdir. Həqiqi, doğru bir cəmiyyət sıx bir intellektual və əxlaqi fəaliyyətdir. Mustafa Kamal Atatürk
Q
[redaktə]- Qanunlara əməl edilmədikcə hər ağızdan bir avaz gələcək. Bencamin Praym
- Qonaqlıq qeybəti- pis əməl və günah sayılır, axı o çox vaxt düz çıxır. Aqata Kristi
- Qurandan, haqqında mübahisə edərək yox, içindəkilərə əməl edərək faydalanın. Əbdülqədir Geylani
L
[redaktə]- Ləyaqətlə yaşanmış həyat illərlə deyil, əməllərlə ölçülməlidir. Riçard Şeridan
- Lüsi Uenraytın idealist olmasında pis heç nə yoxdur. Pis odur ki, o bəzi əməli şeyləri başa düşmürdü. Baxın, biz sizə nəsə verə bilmişik. İndinin özündə belə onu sizdən heç kim ala bilməz. Bunu ona görə edə bildik ki, sizə sığınacaqların öhdəsinə buraxdıq. Kazuo İşiquro
M
[redaktə]- Mənim ümmətimdən hər bir ağıl sahibinə bu dörd şey vacibdir: elmi eşitmək, onu öyrənmək, yaymaq və ona əməl etmək. Məhəmməd
- Müdrik insanların əməlləri ağıldan, dayaz düşüncəlilərinin təcrübədən, cahillərin isə heyvani təbiətin zərurətindən irəli gəlir. Mark Tulli Siseron
- Mühakimə bundan ibarətdir ki, dünyaya nur gəldi, amma insanlar qaranlığı nurdan daha çox sevdilər, çünki əməlləri şər idi. Pislik edən hər kəs nura nifrət edər, əməllərinin üzə çıxmaması üçün nura tərəf gəlməz.[1] İsa
- Müsəlman öz ruhunun xilası naminə su quyusu qazır. Yaxşı olardı ki, hər bir rus da özündən sonra dünyada bu sayaq xeyirxah bir iz, əməl qoyub gedərdi. Anton Çexov
- Mütaliə insanı bəd əməllərdən saxlayır və onu yaxın-uzaq keçmişlərə aparır. Rene Dekart
N
[redaktə]- Nə üçün Məni “ya Rəbb, ya Rəbb” deyə çağırırsınız, amma dediklərimə əməl etmirsiniz? Mənim yanıma gələn, sözlərimi eşidib onlara əməl edən hər adamın kimə bənzədiyini sizə izah edərəm: o, ev tikən elə bir adama bənzəyir ki, torpağı qazıb dərinə gedər və təməli qaya üzərində qurar. Daşqın gəldiyi zaman sellər o evi bassa da, onu sarsıda bilməz. Çünki ev yaxşı tikilib. Amma sözlərimi eşidib onlara əməl etməyən kəs torpaq üzərində təməlsiz ev tikən adama bənzəyir. Sellər o evi basar və ev o anda uçar. O evin yıxılması bir müsibət olar.[2] İsa
- Niyyət elm ilə əməl arasında bir vasitədir. Nəsirəddin Tusi
O
[redaktə]- Oxuduğuna əməl etməyən alim məşəl gəzdirən kora bənzər. Sədi Şirazi
P
[redaktə]- Pis insanın bəd əməlləri o öləndən sonra da yaşamaqda davam edir. Uilyam Şekspir
R
[redaktə]- Rəhbər tаbеliyində оlаn kоmаndirlər аrаsındа əxlаq, düzlük və ədаləti sözlə yоx, əməli ilə yаyır. Sözün əməldən fərqlənməsi yоlvеrilməzdir. Atilla
U
[redaktə]- Uşaqlarda pis adətlərə, bəd əməllərə nifrət yaratmaq lazımdır. Eyni zamanda, uşağı çox danlamaq, ona hər şeyi qadağan etməkdən də çəkinmək lazımdır, bu, sırtıqlaşmağa, acığa düşüb həmin işi bir də görməyə sövq edər (insan qadağan olunmuş şeylərə həvəskar olar); nəsihətə qulaq asmaqdan bezər, zəhləsi gedər, “qorxaq” olmadığını sübut etmək üçün bəd əməllərə başlayar, bəlkə, daha incə hiylələrə əl atar. Nəsirəddin Tusi
V
[redaktə]- Vəz oxumaq asan işdir, əməl eləyən gərək. Azərbaycan atalar sözləri/İnsan qüsurlarının tənqidi
- Vicdan nəsihətlərinə əməl etmək adama xoş gəlir. Onore de Balzak
Y
[redaktə]- Yaxşı əməl sahibləri bir-birləri ilə rastlaşanda zahirdə bir-birlərinə məhəbbət göstərməsələr belə, onların qəlbləri yağış suyunun çayların suyu ilə qarışması kimi sürətlə bir-biri ilə üns tutarlar. Pis əməl sahibləri isə bir-birləri ilə qarşılaşanda zahirdə məhəbbət göstərsələr də qəlbləri bir-birilə üns tutmaqdan uzaqdır. Uzun bir müddət bir axurdan ot yesələr belə bir-birinə məhəbbət bəsləməkdən uzaq olan dördayaqlılar kimi.[3] Cəfər Sadiq
- Yalnız axmaqlar elə bilirlər ki, mən özüm də başqalarına verdiyim məsləhətlərə əməl edirəm. Nə münasibətlə? Axı mən başqalarına qətiyyən oxşamıram. Salvador Dali
- Yer kürəsinin yaşıllıq və həyatla necə və hansı proseslərlə büründüyünü, buludların, dumanların və yağışların necə əmələ gəldiyini, bu yer kürəsinin bütün dəyişikliklərinə nəyin səbəb olduğunu və hansı ilahi qanunların səbəb olduğunu bilmək, şübhəsiz ki, saf bir zövqdür. Nizam açıq-aşkar qarışıqlıq içərisində qorunur. Fırtınanın və vulkanın səbəbini araşdırmaq və onların əşyaların təsərrüfatda istifadəsinə işarə etmək — buludlardan şimşək çaxıb onu təcrübələrimizə tabe etmək — olduğu kimi istehsal etmək ülvi bir məşğuliyyətdir. İncəsənət laboratoriyasındakı mikrokosmos və hərəkətləri və İlahi Ağılın onlara verdiyi qanunlara uyğun olaraq dəyişən, şeylərin kainatını təşkil edən görünməz atomları ölçmək və çəkmək. Əsl kimya filosofu xarici dünyanın bütün müxtəlif formalarında yaxşılıq görür. O, sonsuz müdrikliyin rəhbər tutduğu sonsuz qüdrətin əməllərini araşdırarkən, bütün alçaq xurafatlar, bütün məntiqli xurafatlar onun zehnindən yox olur. O, insanı kosmosda bir nöqtəyə sabitlənmiş atomlar arasında bir atom görür və bununla belə ətrafdakı qanunları dərk edərək onları dəyişdirmək; zaman keçdikcə bir növ hökmranlıq və maddi məkanda bir imperiya əldə etmək və sonsuz kiçik miqyasda bir növ yaradıcı enerjinin kölgəsi və ya əksi kimi görünən və ona fərqlilik hüququ verən bir güc tətbiq etmək istəyir. Allahın surətində yaradılmış və ilahi ağılın qığılcımı ilə canlandırılmışdır. Kimyəvi axtarışlar idrakı ucaltsa da, təxəyyülü incitmir və həqiqi hissləri zəiflətmir. Onlar zehnə dəqiqlik vərdişləri bəxş etməklə bərabər, onu faktlara diqqət yetirməyə məcbur etməklə yanaşı, onun bənzətmələrini də genişləndirirlər və əşyaların xırda formaları ilə tanış olsalar da, onların son məqsədi təbiətin böyük və möhtəşəm obyektlərinə malikdirlər. Onlar kristalın əmələ gəlməsini, çınqılın quruluşunu, gil və ya torpağın təbiətini nəzərə alırlar və onlar bizim dağ silsilələrimizin müxtəlifliyinin səbəblərinə, küləklərin görünüşünə, ildırım fırtınalarına, meteoritlərə, zəlzələlərə, vulkanlara və şairə və rəssama ən heyrətamiz obrazlar təqdim edən bütün hadisələrə aiddir. Təbiətimizin ən böyük səciyyəvi xüsusiyyətlərindən biri olan biliyə olan o sönməz susuzluğu yaşadırlar — hər bir kəşf faktların tədqiqi üçün yeni sahə açır, nəzəriyyələrimizin qeyri-kamilliyini bizə göstərir. Ədalətli şəkildə deyilir ki, işığın dairəsi nə qədər böyükdürsə, onu əhatə edən qaranlığın sərhəddi də bir o qədər böyük olar. Hemfri Devi