Dəli
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağıllandıqca atalarımızın bir dəli olduğuna inanarıq; bizdən daha ağıllı olan oğullarımız da bizim üçün elə düşünəcək. Aleksandr Pop
- Ağıllı adam dəlini danlamaz. Çin atalar sözləri
- Ağıllı adama dəli ilə mübahisədən ancaq utanmaq qalar.Madaqaskar atalar sözləri
- Ağıllı ağıl eləyincə dəli vurdu keçdi. Azərbaycan atalar sözləri/A
- Ağılı bədxah xeyirxah dəlidən yaxşıdır. Madaqaskar atalar sözləri
- Ağıllı bildiyini söyləməz, dəli söylədiyini bilməz. Azərbaycan atalar sözləri/A
- Ağıllı bizi tapmaz, dəli bacadan yağar. Azərbaycan atalar sözləri/A
- Ağıllı çırmanınca, dəli vurdu, çayı keçdi. Azərbaycan atalar sözləri/A
- Ağıllı deməz, dəli dərk eləməz. Azərbaycan atalar sözləri/A
- Ağıllı evlənincə, dəli bir oğul da doğurdu. Azərbaycan atalar sözləri/A
- Ağıllı evlənincə, dəlinin oğlu olar. Azərbaycan atalar sözləri/A
- Ağıllı fikir edincə, dəli Kürdən keçər. Azərbaycan atalar sözləri/A
- Ağıllı fikirləşincə, dəlinin oğlu bazara gedər. Azərbaycan atalar sözləri/A
- Ağıllı fikirləşincə, dəlinin bir oğlu oldu. Azərbaycan atalar sözləri/A
- Ağıllı ilə itirmək, dəli ilə tapmaqdan yaxşıdır. Azərbaycan atalar sözləri/A
- Ağıllı kasıba dəli deyərlər, dövlətli dəliyə "bəli" deyərlər. Azərbaycan atalar sözləri/A
- Ağıllı olub dərd çəkincə, dəli ol dərdini çəksinlər. Azərbaycan atalar sözləri/A
- Ağıllısı hansıdır, qabaqda gedən dəli. Azərbaycan atalar sözləri/A
- Ağıllıya qırx gün dəli desən, dəli olar. Azərbaycan atalar sözləri/A
B
[redaktə]- Balanslı insan dəlidir. Çarlz Bukovski
- Bir dəli quyuya bir daş atdı, on ağıllı gəldi, çıxara bilmədi. Azərbaycan atalar sözləri/Söz, söhbət və danışıq
- Birinə qırx gün dəli desə, dəli olar. Türk atalar sözləri
- Böyük yaradıcılıq potensialı olan şəxslər öz mənəvi-intellektual enerjisini şüalandıra bilməsələr, dəli olarlar. Tur Xander
- Bu sabit cəmiyyət cəfəngiyyatı nədir? Siz zarafat edirsiniz. Təbiət sabit deyil. Həyat stabil deyil. Sabitlik təbii deyil. Sırf sabit cəmiyyət polis dövlətidir. Cəmiyyət ya azaddır, ya da sabitdir. İkisi eyni anda ola bilməz. Seçimini et. Şəxsən mən həmişə sərbəst, üzvi cəmiyyəti sərt, süni cəmiyyətdən üstün tuturam. Əgər insanlar qorxu və ölümdən qaçmaq üçün səmavi əsadan istifadə edəcək qədər zəifdirlərsə, bəlkə də onlara lazım olan şey qorxu və ölümdür. Dəli olub küçəyə çıxmaqdan, bir-birini soymaqdan, dinlə öldürməkdən çəkinəcək qədər əxlaqsızdırlarsa, cəhənnəm olsunlar. Qoy dəli olsunlar; bəlkə də haqq etdikləri cinayət və dəlilikdir. Tom Robbins
- Bütün dahilər bir az dəlidir. Aristotel
D
[redaktə]- Danışan dəli olanda, gərək qulaq asan ağıllı ola. Lak atalar sözləri
- Dəli baş ayağa dinclik verməz. Rus atalar sözləri
- Dəli dəlidən xoşlanar, molla - ölüdən. Azərbaycan atalar sözləri/D
- Dəli dəlini görəndə çomağını yan tutar. Azərbaycan atalar sözləri/D
- Dəli dəliyə dedi: bunun cavabını de. Dəli dedi: doğrusu, mən də bilmirəm. Azərbaycan atalar sözləri/D
- Dəli dəliyə qoşular, dəyənək göydən yağar. Azərbaycan atalar sözləri/D
- Dəli dostun olunca ağıllı düşmənin olsun. Azərbaycan atalar sözləri/D
- Dəli dövran sürür, ağıllı vaxt gözlər. Azərbaycan atalar sözləri/D
- Dəli düşünər: Görəsən, mən insanam?! Azərbaycan atalar sözləri/D
- Dəli ilə dövlətli - ikisi də bildiyin elər. Azərbaycan atalar sözləri/D
- Dəli ilə mənim aramda bircə fərq var. Dəli adam ağlı başında olduğunu düşünür. Mən dəli olduğumu bilirəm. Salvador Dali
- Dəli qazandı, ağıllı yedi. Azərbaycan atalar sözləri/D
- Dəli qırmızı sevər, gic - sarı. Azərbaycan atalar sözləri/D
- Dəli qız dayısından yaşınar. Azərbaycan atalar sözləri/D
- Dəli qız deyər:anasız olaydım, bədəsil gəlin deyər: qaynanasız. Azərbaycan atalar sözləri/D
- Dəli öküz gücün bilməz. Azərbaycan atalar sözləri/D
- Dəli utanmaz, yiyəsi utanar. Azərbaycan atalar sözləri/D
- Dəli üfürür, məlumat danışır. Yohann Volfqanq Göte
- Dəlicə qızdan dəlicə gəlin olar. Azərbaycan atalar sözləri/D
- Dəlidən doğru xəbər. Azərbaycan atalar sözləri/D
- Dəlilər dünyanı yedi, ağıllı indi cüt qoşur. Azərbaycan atalar sözləri/D
- Dəlilər iki cür olur: ağlın çatışmazlığından və ağlın artıqlığından. Ağlın artıq hissəsi transfer edilə biləndə – dahilik yaranır. Tur Xander
- Dəlilər və ağıllılar eyni dərəcədə zərərsizdirlər. Yalnız yarı ağıllılarla yarı dəlilər çox təhlükəlidir. Yohann Volfqanq Göte
- Dəlilərə zəng taxmaq istəsələr, dəmirin kilosu yüz milyon olar. Bolqar atalar sözləri
- Dəlini apardılar toya, dedi: bura bizim evdən yaxşıdı! Azərbaycan atalar sözləri/D
- Dəlinin başında qoz ağacı bitməz. Azərbaycan atalar sözləri/D
- Dəlinin eşşəyi də dəli olar. Azərbaycan atalar sözləri/D
- Dəlinin nə toyu olsun, nə də yası. Azərbaycan atalar sözləri/D
- Dəlinin özü, hər kəsdən üstün və düşüncənin heç bir şey təsəvvür edə bilməyəcəyi bir varlığı eşidəndə, eşitdiyini mütləq başa düşür; indi anladığı şey onun zehnində mövcuddur, halbuki o, zahiri varlığından xəbərsizdir. Çünki zəkada bir cismin varlığı başqa şeydir, bu obyektin mövcudluğu anlayışı başqadır. Beləliklə, rəssam tezliklə kətan üzərinə atacağı bir şəkil üzərində düşünəndə bu şəkil artıq onun beynində mövcuddur; lakin rəssamın hələ dünyaya gətirmədiyi əsərin real varlığı haqqında təsəvvürü yoxdur; o, bu fikrə o zaman sahib ola bilər ki, onun təxəyyülündə yaranan əsər forma alıb, belə demək mümkünsə, fırçası altında təcəssüm tapsın. Bundan sonra bu əsər həm rəssamın düşüncəsində, həm də reallıqda mövcuddur. Buna görə də dəli özü etiraf etməyə məcburdur ki, ən azı zəkada yuxarıda düşüncənin heç bir şey təsəvvür edə bilməyəcəyi bir şey var, çünki o, bu ali varlığı eşidəndə, o, nə olursa olsun, eşitdiyini və başa düşülən hər şeyi başa düşür. Anselmus
- Dəlinin yadına daş salma. Azərbaycan atalar sözləri/D
- Dəliyə daş atma, öz başın yarılar. Azərbaycan atalar sözləri/D
- Dəliyə dedilər: - Nə üçün dəli olmusan? Dedi: - Ağıllıların dərdini çəkməkdən! Azərbaycan atalar sözləri/D
- Dəliyə dəli kimi cavab verməzlər. Azərbaycan atalar sözləri/D
- Dəliyə dəyənək verməzlər. Azərbaycan atalar sözləri/D
- Dəliyə gündə bayramdır. Azərbaycan atalar sözləri/D
- Dəliyə iş buyur, o sənə ağıl öyrətsin. Azərbaycan atalar sözləri/D
- Dəliyə qanun yazılmayıb. Rus atalar sözləri
- Dəliyə qanun yoxdur. Azərbaycan atalar sözləri/D
- Dələyə qozu, dişsiz qalanda verdilər. Rus atalar sözləri
- Dəliyə yazı yoxdur. Azərbaycan atalar sözləri/D
- Dəliyə yer ver, əlinə bel! Azərbaycan atalar sözləri/D
- Dəliyə yüz öyrət, öz bildiyini eylər. Azərbaycan atalar sözləri/D
E
[redaktə]- Elə ya da belə, o əcaib və dəli dövrün, o uzaq saatların şeirlərinin bir çoxu bax buradadır. Siqaret tüstüsüylə buğlanmış otaqda altmış səkkiz bir vəziyyətdə şansımızı sınadıq. Ümid edirəm işinizə yarayar, yaramazsa da, eh o zaman, Çarlz Bukovski
Ə
[redaktə]- Əfsanənin niyə tarixdən daha çox hörmətə layiq olduğunu anlamaq çətin deyil. Bütün kənd bir əfsanə yaradır - tənha dəli kitab yazır. Gilbert Çesterton
- Ən soyuq qış günlərində belə pəncərəni açıq qoyub yatmaq istədiyim üçün məni az qala dəli adlandırırdılar. Anamı sakitləşdirirdim ki, mən təmiz havanı sevirəm. Əslində isə, mən öz məşqlərimin bir hissəsini həyata keçirirdim. Rual Amundsen
H
[redaktə]- Hamımız dəli doğuluruq. Amma bəziləri həmişə elə qalır. Semyuel Bekket
- Hər hansı bir işdə uğur qazanmaq üçün gərək bir az da dəli olasan. Uilyam Şekspir
- Həyatın ən hüznlü anı, dəli kimi sevdiyin insanın buna dəymədiyini gördüyün andır. Və ən böyük itkin ona xərclədiyin zamandır. Pol Oster
X
[redaktə]- Xərcləri minimuma endirin. Bu sizə yuxarıda dediyim o dəli fikri həyata keçirmək üçün ehtiyat yaratmağa imkan verəcək. Culian Smit
İ
[redaktə]- İnsan ömrü bir sevgi yaşamaq üçün çox uzundur. Lap uzundur. Sevgi möhtəşəmdir. Ancaq iki tərəfdən hansınınsa ürəyi həmişə sıxılır. Digər tərəf isə heç nəsiz qalır. Süstləşir və nəyisə gözləyir...Dəli kimi gözləyir... Erix Mariya Remark
K
[redaktə]- Kimnənsə ağıl alacaq qədər dəli deyiləm. Məncə sən ağıl vermədən əvvəl, geri qalanının sənə çatıb çatmayacağını hesabla. Bob Dilan
Q
[redaktə]- Qadın iki dəfə:aşiq olanda və qocalanda dəli olur. Polşa atalar sözləri
- Qadınmış deyirlər adamı dəli edən. Sən nə desən də, yenə qadındır dəlini də adam edən. Can Dündar
- Qarğa əli silahlı adamı görüb öz-özünə dedi: "Əgər onun ağlı varsa, məni vurmaz, yox əgər dəli isə - gülləsi mənə dəyməz. Abxaz atalar sözləri
M
[redaktə]- Mən dəhşətli sağlam fikirliliyin uzun intervallarıyla dəli oluram. Edqar Allan Po
N
[redaktə]- Nə qədər kədərli, pis və dəli idi - amma sonra, necə də şirin idi. Robert Brovninq
- Nə olur ki hər fürsətdə özümlə danışıramsa? Baxma sən səhv deyib köhnələr, öz-özünə danışana dəli deyil, tək deyərlər. Camal Sürəya
Ö
[redaktə]- Övladlarını sevməyən atalar ola bilər; amma, nəvəsini dəli kimi sevməyən baba ola bilməz. Viktor Hüqo
S
[redaktə]- Sayıldığın yerə tez-tez getmə, onda nə hörmətin, nə etibarın qalar. Düşmənlərini artırma, haqlı olanda da döyüşməkdən qorxma! Bil ki, atın yaxşısına “doru” (kəhər), igidin yaxşısına da dəli deyərlər! Şeyx Ədabali
Ş
[redaktə]- Şübhə deyil, qətilikdir insanı dəli edən. Fridrix Nitsşe
Y
[redaktə]- Yalançı deyil, gerçək filosoflar şəhər-şəhər gəzərək bu keçici dünya insanlarının yaşayışını yüksəklərdən seyr etdikləri zaman məlumatsız xalqın gözündə başqa qəliblərə girərlər. Bəzilərinə görə bir dəyərləri yoxdur. Bəzilərinə görə də bir dünyaya əvəzdirlər. Onlara bəzən sofist, bəzən də dövlət adamı deyərlər; kimi zamanlarda da bir çoxlarına bütün bütünə dəli görünərlər. Platon
- Yalnız bir dəli suyun dərinliyini iki ayağı ilə ölçməyə səy göstərər. Afrika atalar sözləri