Məzmuna keç

Danışmaq



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Abırsızlıq, bayağı ruhun səmimi ruhla birləşdiyi yeganə formasıdır. Ali insan böyük və zərif həyasızlığın hər təzahüründə sayıq olmalı və abırsız təlxək və ya elmi satir onun qarşısında danışanda ali insan özünü təbrik etməlidir. Fridrix Nitsşe
  • Adi insan düz danışa bilər, amma o, katolik yepiskopu olan kimi yalan danışmağa məcburdur. Jan Jak Russo
  • Ağıldan faydalı dövlət, özünü bəyənməkdən qorxunc yalnızlıq, tədbir kimi ağıl, təqva kimi kərəm, gözəl xasiyyət kimi yaxın dost, ədəb kimi miras, qabiliyyət kimi başçı, yaxşı işlər görmək kimi alış-veriş, savab kimi iş, şübhəli şeylərdə durub çəkinmək kimi saqınmaq, haramdan özünü gözləmək kimi zahidlik, düşünmək kimi bilgi, vacibatı yerinə yetirmək kimi ibadət, utanmaq və səbr etmək kimi iman, könül mütiliyi kimi əsil-nəcabət, bilgi kimi ucalıq, helm kimi üstünlük, danışmaq kimi arxa yoxdur. Əli
  • Ağıldan kəmliyi iki şey müəyyən edir: susmaq lazım gələndə danışmaq, danışmaq lazım olanda susmaq. Sədi Şirazi
  • Ağızında yalan varkən danışma! Özdəmir Asaf
  • Ayaqlar və gözlər getdiklərini və gördüklərini deməlidirlər, yalan söyləməklə bir-birinin eyiblərini açmamalıdır. Kiçik adamlar daha çox yalan danışmalı olurlar. Fridrix Nitsşe
  • Az danışmağı, susmağı, soruşanda cavab verməyi, böyüklərə qulaq asmağı öyrətmək, nalaiq sözlər, söyüşlər, yersiz kəlmələr işlətdikdə utandırmaq, gözəl, zərif, xoş kəlamlardan istifadə etdikdə tərifləmək, buna adət etməyə hüsn-rəğbət oyatmaq lazımdır. O, müəlliminə, yaşca özündən böyük olanlara hörmət və xidmət etməyi bilməlidir. Böyük adamların övladları belə davranış qaydalarına daha çox möhtacdır. Onun müəllimi ağıllı, vicdanlı, əxlaq normalarına, uşaq ruhiyyəsinə bələd, şirin danışmaqda, insaflı rəftarda, vüqarlı, zəhmli davranışda, pak və təmizlikdə məşhur, şahların xasiyyətindən, adət və ənənələrindən, eyş-işrətlərindən, məclis və söhbətlərindən bixəbər, camaatın hər təbəqəsi ilə danışmağı bacaran, rəzil və alçaq adamlardan qaçmalıdır. Böyük adamların yaxşı tərbiyə görmüş, gözəl adətlər qazanmış uşaqları ilə bir məktəbdə oxumalıdır ki, darıxmasın, onlardan öyrənsin, başqa şagidlərə qibtə hissi ilə yanaşsın, onlarla bəhs-bəhsə girsin, elmə həvəsi artsın. Nəsirəddin Tusi
  • Bəyənmədiyiniz bir şeyi alqışlamaq, yalan danışmanın bir çox növündən biridir. Corc Bernard Şou
  • Bəzən elə olur ki, ömründə bir dəfə də olsun yalan danışmayan adam həqiqətin, yalanın nə olduğunu başa salmağı öz üzərinə götürür. Mark Tven
  • Bir adam ki, səhər yalan danışdı, axşamacan yalan danışar. Azərbaycan atalar sözləri/B
  • Bu dünyada həqiqəti deməkdən daha çətin və yalan danışmaqdan daha asan heç nə yoxdur. Fyodor Dostoyevski
  • … Bu gün artıq dərk etmək zamanıdır ki, nə teoloq, nə keşiş, nə də papa vəd etdikləri ilahi kəlamla nəinki səhvə yol verir, həm də yalan danışırlar – daha “günahsızlıqdan”, yaxud cəhalətdən yalan danışıb-danışmamaq şəxsən onun ixtiyarında deyil. Adi bəndələr kimi keşiş də yaxşı bilir ki, “Allah” deyilən bir şey yoxdur, “günahkar” və “xilaskar” da boş şeydir. – onu da yaxşı bilir ki, “azad iradə”, “mənəviyyat qanunları” da əslində uydurmadan başqa bir şey deyildir. Fridrix Nitsşe
  • Bütün insanlar yalan danışırlar. Ancaq bu qorxulu deyil. Çünki, insanlar bir-birinə qulaq asmırlar. Albert Eynşteyn
  • Çox danışan çox səhv buraxar. Çin atalar sözləri
  • Çox danışmaq əqlin azlığına, yalan danışmaq iradənin zəifliyinə dəlalət edir. Kəlilə və Dimnə
  • Çox danışmaq insanın nə qədər çox məlumatı olduğunu deyil yalnız nə qədər boşboğaz olduğunu göstərir. V for Vendetta
  • Çox danışmaq və heç yerə çatmamaq balıq tutmaq üçün ağaca dırmaşmaqla eynidir. Çin atalar sözləri
  • Çox danışmamalı, başqasının sözünü yarımçıq kəsməməli, başqasının nağıl etdiyi hekayət və rəvayəti bilirsə, bunu üzə vurmamalı və onun danışıb qurtarmasına imkan yaratmalıdır. Başqasından soruşulana cavab verməməli, ümumidən edilən sualda camaatı qabaqlayıb hövləki irəli düşməməlidir. Biri cavab verməklə məşğul isə, daha qabil cavab verməyə qadir olsa da, səbr etməli, o, sözünü qurtardıqdan sonra öz cavabını verməlidir, lakin əvvəlkinə tənə etməməlidir. Onun yanında iki adam söhbət edirsə qarışmamalı, ondan gizlidirsə gizlin qulaq asmamalıdır; özləri müraciət etməsələr söhbətə qoşulmamalıdır. Böyüklərlə danışarkən kinayə işlətməməli, nə bərkdən, nə yavaşdan, mülayim səslə sözünü deməlidir. Danışdığı məsələ qəlizdirsə, aydın misallarla izah etməyə çalışmalıdır, başqa hallarda qısa və yığcam danışmalıdır. Yabançı kəlmələr işlətməməli, qondarma ibarələr düzəltməməli, ona deyilənlərə axıra qədər qulaq asmamış cavab verməməli, deyəcəyi fikri beynində bişirməmiş dilinə gətirməməli, ehtiyac olmadan sözü təkrar etməməlidir; ehtiyac üzündən təkrar lazım olduqda tərəddüd göstərməməlidir. Nalayiq sözlər işlətməməli, dilini söyüşə öyrətməməli, zərurət üzündən ayıb kəlməyə ehtiyac yarandıqda onu obrazlı, məcazi ibarələrlə anlatmalı, şux və zərif ifadələrdən qaçmamalı, hər məclisə münasib danışmağı bacarmalıdır. Söz vaxtı əl-qolunu işə salmamalı, qaş-gözünü oynatmamalıdır. Belə hərəkətləri yalnız danışılan əhvalat tələb etdikdə nəzakətli və gözəl bir tərzdə göstərmək olar. Yalan, doğru üstündə məclisdə höcət etməməli; yalvar-yaxar təsir etməyən adama yalvarmamalı, münaqişə və mübahisədə rəqibin haqlı olduğunu gördükdə üstünlüyü ona verməlidir. Avam, uşaq, arvad, divanə və sərxoş adamların söhbətindən bacardıqca uzaq gəzməlidir. Başa düşməyən adama incə və üstüörtülü söz deməməli, danışıqda nəzakətli olmalı, heç kəsin işini, sözünü, hərəkətini pis şəkildə onabuna çatdırmamalı, qorxulu şayiələr yaymamalıdır. Nəsirəddin Tusi
  • Çox vaxt qorxu, yalan danışmasını öyrədər. Alfred De Viqni
  • Çox yalan danışmağa ehtiyacı olmayan adamlar daha az yalan danışdıqlarına görə hələ öyünürlər də. Fridrix Nitsşe
  • Danışarkən üç şeyə diqqət yetirmək lazımdır: başqası danışanda sözünü kəsməmək, danışmaq növbəsi çatanda susmamaq, danışarkən əl-qol atmamaq. Konfutsi
  • Danışmağa dəyər insanlarla danışmazsansa insanları, danışmağa dəyməz insanlarla danışsan sözləri itirərsən. Sən elə biri ol ki nə insanları, nə də sözləri itir. Konfutsi
  • Dayaz, yüngülməcaz adamlar həmişə yalan danışmağa məcburdur, çünki onların məzmunu yoxdur. Əsl tərbiyə: hər hansı bir şəraitdə yalana alışdırmaq tərbiyəsidir. Həqiqətpərəst adam son nəticədə həmişə yalan dediyinin fərqində olur. Yalan danışmaq yalnız bildiyinin əksini danışmaq deyil, həm də bilmədiklərinin əksini danışmaqdır. Fridrix Nitsşe
  • Dövlət ən qəddar və amansız adamyeyən kimidir. O heç nə olmamış kimi yalan danışır. Dövlət elə hey bəyan edir ki: “Mən dövlətəm, deməli, mən xalqın özüyəm”. Ağ yalan! Bir qrup baçkəsənlər insanları bir yerə toplayıb tələyə saldılar və bunu dövlət adlandırdılar… Əsl həqiqət bundan ibarətdir: hər bir xalq öz xeyir və şər dilində danışır, sadəcə olaraq qonşular bu dili başa düşmür. Fridrix Nitsşe
  • Dua edəndə heç kim yalan danışmır. Mark Tven
  • Düzgün insan sonda dərk edir ki həmişə yalan danışıb. Fridrix Nitsşe
  • Eninə-uzununa və bilə-bilə yalan söyləyən, həyatdakı mövqelərinə görə yalan danışmaqları təhlükəli və qorxulu yalanlarla yaşayan insanlar (yalan danışmaq imkanı olmayan adamlar) həqiqətə qarşı fövqəladə dərəcədə həssas olurlar: idealistlər və xeyirxah görünmək istəyən adamlar öz istək və həvəsləri ilə daim bir duman içində yaşayır, əsl həqiqətdə heç vaxt doğru olanı söyləyə bilmirlər: onların “zövqü” buna imkan vermir. Fridrix Nitsşe
  • Eyni tərzdə yaşayan insanların ruhunda həmişə həvəslə danışmaq istədikləri nə isə bir şey olur. Anton Çexov
  • Ən əsası özunə yalan danışma. Özünə yalan danışan insan günlərin birində o həddə gəlib çatır ki, yalanla gerçəyi bir — birindən ayıra bilmir, özünə və başqalarına olan hörmətini də itirir. Heç bir hörmət sahibi olmadığına görə də sevgi hissini unudur. Fyodor Dostoyevski
  • Farslar üçün yalan danışmaqdan və borca düşməkdən rüsvayçı heç nə yoxdur. Farslara görə, borca düşməyin bir çox səbəbləri ilə yanaşı, borclunun yalan danışmağa məcbur olmasıdır. Herodot
  • Gözəl danışan və cazibədar xarici görünüşü olan nadir halda əsl insan olur. Konfutsi
  • Gözəl danışmaq hələ həqiqəti danışmaq deyil. Afrika atalar sözləri
  • Gözəl danışmaq istəyən düzgün danışmağı bacarmalı və fikrini söyləmək üçün kifayət qədər söz ehtiyatına malik olmalıdır. Mixail Lomonosov
  • Heç vaxt müharibə zamanı, ovdan sonra və seçkidən əvvəlki qədər yalan danışmırlar. Otto fon Bismark
  • Heç yalan danışmadım deyən insan belə, əslində "necəsən?" sualına "yaxşı" deyərək yalan danışmışdır. Can Dündar
  • Heç vaxt yalan danışmayan və əfv etməyi bacaran adam insanların ən xoşbəxtidir.[1] İbn Sina
  • Həqiqilik problemini hələ axıra qədər heç kəs dərk edə bilməmişdir. Yalan əleyhinə deyilən hər bir söz bir məktəb mirzəsinin sadəlövhlüyündən başqa bir şey deyildir. Xüsusilə “yalan danışmaq olmaz!” tələbkarlığa kimi. Fridrix Nitsşe
  • Hətta bir yalançı da həqiqəti deməyə qorxur. Necə ki, vicdanlı adam yalan danışmaqdan əzab çəkir. Uilyam Folkner
  • Həyatda bircə günah var, o da oğurluqdur. Bütün digər günahlar oğurluğun növləridir. Kimisə öldürəndə onun həyatını oğurlayırsan, arvadından ərini, uşaqlardan atasını oğurlayırsan. Yalan danışanda birinin həqiqəti bilmə haqqını oğurlayırsan. Oğurluqdan daha alçaq hərəkət yoxdur. Xalid Hüseyni
  • İnsanlar nə üçün adi - gündəlik həyatda daha çox həqiqəti söyləyirlər? Ona görə yox ki, kimsə Allah deyilən bir qüvvə yalanı qadağan edir. Ona görə ki, əvvəlan bu daha asandır, ikincisi ona görə ki, yalan demək fantaziya, yaradıcılıq və yaddaş tələb edir. Bir də ona görə ki, adi münasibətlərdə sözün düzünü demək, birbaşa demək daha sərfəlidir: mən bunu istəyirəm mən bunu etmişəm və bu kimi; deməli, açıq istək və məqsəd, iradə yolu hiylə yoluna nisbətən daha etibarlı olur. Əgər bir uşaq ailədə başqa cür tərbiyə görürsə, o yalana alışır və istər-istəməz öz xeyrinə olanı deyir. Həqiqət duyğusu, yalana qarşı müqavimət onun üçün tamamilə yabançı və əlçatmaz bir şeyə çevrilir və o, günahsızcasına yalan danışmaqla ömür sürür. Fridrix Nitsşe
  • İnsanlarla ünsiyyətdə şərəf hissini gözləməkdən böyük ağılsızlıq yoxdur. Bundan da pisi nəzakətlə yalan danışmaq vərdişinə yiyələnməməkdir. Fridrix Nitsşe
  • Kim yalan danışarsa, özünü çətin vəziyyətə salır, çünki o, bundan sonra azı iyirmi dəfə yalan danışmalıdır ki, birinci yalanın üstünü örtsün. Aleksandr Pop
  • Qadınlar barəsində kişilərlə danışmaq lazımdır. Fridrix Nitsşe
  • Qayda-qanun olan ölkədə hərəkətlərində, danışığında cürətli ol. Qayda-qanun olmayan ölkədə hərəkətlərində cürətli, danışıqlarında isə ehtiyatlı ol. Konfutsi
  • Qəsdən yalan danışanlarla oturub-durmaq daha yaxşıdır, çünki yalnız onlar şüurlu şəkildə səmimi ola bilirlər. Adi həqiqətpərəstlik şüurlu şəkildə maskalanmaq, gözdən pərdə asmaqdır. Fridrix Nitsşe
  • Lal olmaq yalan danışmaqdan, pəltək olmaq söyüş söyməkdən, yoxsulluğa dözmək oğurluqla mal toplamaqdan yaxşıdır. Kəlilə və Dimnə
  • Ləyaqətli adamla danışmamaq adamı, ləyaqətsiz adamla danışmaq isə sözləri itirməkdir. Konfutsi
  • Ləyaqətli insan yalan danışmaz. Fridrix Nitsşe
  • Məhəbbət, siyasət, təbabət məsələlərində yalan danışıb insanları aldatmaq olar, amma yaradıcı işlərdə bu, mümkün deyil. Anton Çexov
  • Mən Corc Vaşinqtona oxşamıram; mənim prinsiplərim daha yüksək və əzəmətlidir. Ən azı ona görə ki, Vaşinqton, lap istəsəydi də, yalan danışmağı bacarmırdı, mən isə bacarıram, ancaq danışmıram. Mark Tven
  • Mən xristianlığı ittiham edirəm. Mən xristian kilsəsinə qarşı ittihamçının indiyə qədər irəi sürdüyü ittihamdan daha dəhşətli bir ittiham irəli sürürəm. Mənim fikrimcə, bu, mümkün olan təhriflərdən ən böyüyüdür. O, mümkün olan ən son pozğunluq iradəsi idi. Xristian kilsəsi öz cadusu ilə toxunulmamış bir şey qoymadı, hər bir dəyəri qiymətdən saldı, hər bir həqiqəti yalana, hər bir düzgünlüyü ruhi alçaqlığa çevirdi. Hələ o, “humanitar” xeyir-dualar haqqında danışmağa da cürət edir. Fridrix Nitsşe
  • Mənə yalan danışmağını istəyərdim, halbuki. Çünki insan ancaq; itirməkdən qorxduğu bir şey üçün yalan danışardı. Viktor Hüqo
  • Məni məhv edən şey; mənə yalan danışmış olmağın deyil, sənə bir daha inanan olmayacaq. Viktor Hüqo
  • Mənim almanlara bağışlamayacağım bir şey varsa, o da budur ki, onlar nə etdiklərini bilmirlər, niyə yalan danışdıqlarını bilmirlər. Fridrix Nitsşe
  • Mənim ayaqlarda sürünən xoşbəxtliyim kədərlə gülümsəyir. Mənim yalan xəyallarım da rişxəndlə gülümsünür. Sən hara, yaranmaq hara? Mən həyatda heç vaxt ixtiyar sahibləri qarşısında sürünmədim: yalanı da sevgidən etdim, sevə-sevə yalan danışdım. Fridrix Nitsşe
  • Mənim haqqımda yalan danışılana qədər arxamca danışılanlar məni narahat etmir. Avraam Linkoln
  • Mənim təcrübəm budur: hekayə yazanda əvvəlini və axrını xətləyirəm. Biz yazıçılar ən çox orda yalan danışırıq. Anton Çexov
  • Məntiqsiz, dəlilsiz yalan danışmaq,
    Nadan adamların işidir ancaq. Xaqani Şirvani
  • “Nə üçün şairlərin yalan danışdıqlarını deyirdin?” “Nə üçün?” – deyə Zərdüşt soruşdu. – “Sən hələ soruşursan da? Mən “nə üçün”, “niyə” suallarına cavab verməkdən xoşlanan adam deyiləm. Yadındadırmı, bir dəfə Zərdüşt sənə nə demişdi! Demişdimi ki, şairlərin dilinə düz söz gəlmir?.. Axı Zərdüşt özü də şair tayfasındandır. Sən elə bilirsən ki, o bunu deməklə həqiqəti söyləyirdi? Niyə belə fikirləşirsən? Amma orası da var ki, kimsə bütün ciddiyyəti ilə şairlərin yalançı olduqlarını deyir: o düzünü deyir. Bizim gün-güzaranımız yalan danışmaqla keçir. Biz çox az bilirik və bilmədiklərimizi öyrənməyə çox az səy edirik: ona görə də yalan danışmağa məcburuq. Fridrix Nitsşe
  • Nəhayət ki mən öz ömrümdə yeganə düzgün nəticəyə gələ bildim: insanlar haqqında yalan danışmamaq həyatın məntiqi ilə daban-dabana ziddir. Fridrix Nitsşe
  • O, yalan danışa bilər, ya yox? Bizim hər birimiz kimi, onun da mənəvi möhkəmliyi sonsuz deyil. O, doqquz sentə görə bir dəfə də olsun yalan danışmaz, amma bir dollara səkkiz dəfə yalan danışar. Mark Tven
  • Oynamaq — yalan danışmaqdır. Aktyorun işi incə formada yalan danışmaqdır. Mənə uzun müddət pul ödəyiblər ki, kamera qarşısında lazımı qaydada yalan danışım. Mel Qibson
  • Ölümdən qorxmadığını iddia edən yalan danışır. Hər bir insan ölməkdən qorxur. Bu, hiss edən varlıqların böyük qanunudur və onsuz bütün canlılar tezliklə məhv olardılar. Jan Jak Russo
  • Öz xeyriniz üçün özünüzü aldatmaq, başqasının xeyrinə yalan danışmaq saxtakarlıq, zərər vermək üçün yalan danışmaq böhtandır və bu, yalanın ən pis zərəridir. Jan Jak Russo
  • Özü haqda danışmamaq çox əsilzadə bir riyakarlıqdır. Fridrix Nitsşe
  • Özün haqqında çox danışmaq özünü gizlətmək üçün bir üsuldur. Fridrix Nitsşe
  • Özündən heç danışmamaq çox soylu bir ikiüzlülükdür. Fridrix Nitsşe
  • Padşahlar üçün kin saxlamaq və yalan danışmaqdan böyük eyib ola bilməz. Kəlilə və Dimnə
  • “Sən yalan deməməlisən”: düzgünlük tələb olunur. Lakin məhz gerçək olanın etirafı (aldadılmamaq ideyası) yalançılarda həmişə daha güclü olmuşdur: məhz onlar bu populyar “həqiqinin” gerçək olmadığını daha yaxşı dərk etmişlər… (Yalan həmişə güclünün yol yoldaşı olur. Lakin burası da var ki, yalan danışmaq o qədər də asan başa gəlmir) Fridrix Nitsşe
  • Səthi insanlar həmişə yalan danışmağa məcburdur. Çünki, onlar məzmundan məhrum edilmişlər. Fridrix Nitsşe
  • Təcrübə istisna olmaqla, heç vaxt yalan danışma. Mark Tven
  • Uğursuz an! – Müdrik insanlar yalnız bir anlığa yalan danışırlar. Fridrix Nitsşe
  • Yalan da alkoqolizm kimi bir şeydir. Yalançılar ölüm ayağında da yalan danışırlar. Anton Çexov
  • Yalan danışa bilməmək qabiliyyəti heç də həqiqət sevgisindən irəli gəlmir. Hər bir məhəbbətdə yalan demək istedadı gizlənir, hətta həqiqətə olan məhəbbətdə də. Fridrix Nitsşe
  • Yalan danışmaq bütün xətaların əsasıdır. Ərəb atalar sözləri
  • Yalan danışmaq meşəyə girmək kimidir:Nə qədər irəli getsən o qədər azacaqsan. Corc Bernard Şou
  • Yalan danışmaq üçün cəsarət tələb olunur. Fridrix Nitsşe
  • Yalan danışmaq – yalnız yalan danışmaq naminə yalan danışmaq bütün vulqar cəmiyyətlərdə primitiv bir istək olmuşdur. Hökm etmək naminə hökm etmək… Həyatdan zövq almaq naminə yox. Fridrix Nitsşe
  • “Yalan danışmaq yaramaz” – bunun təmiz almancası gərək ki, belə olar: cənab filosof, həqiqəti söyləməkdən özünüzü qoruyun... Fridrix Nitsşe
  • Yalan danışmaqdan çəkin. Çünki hər kəs sənin bu xasiyyətini bilərsə, doğru sözünə də inanmaz. Abbasqulu ağa Bakıxanov
  • Yalan danışmağa adət edən adam tez rüsvay olar və çox ehtimal ki, onun doğru sözünə də inanmazlar. Abbasqulu ağa Bakıxanov
  • Yalan danışmağı bacarmayan həqiqətin də nə olduğunu bilməz. Fridrix Nitsşe
  • Yalan elə həminki alkoqolizmdir. Yalançılar ölərək belə yalan danışırlar. Anton Çexov
  • Yalan iki nəfərin əsəridir: biri danışar, digəri inanar. Homer Simpson
  • Yalanı yaramazlar danışırlar. Fyodor Dostoyevski
  • Yalanlamaq və rədd etmək üçün oxuma. İnanmaq və hər şeyi qəbul etmək üçün də oxuma. Danışmaq və nitq atmaq üçün də oxuma. Dartmaq, müqayisə etmək və düşünmək üçün oxu. Frensis Bekon
  • Zaman və təşəkkül haqqında yüksək simvollar danışmalıdır. Onlar bütün keçiciləri tərifləməli və ona haqq qazandırmalıdırlar! Fridrix Nitsşe

İstinadlar

[redaktə]
  1. Ağla və qəlbə işıq saçan sözlər. Bakı, 2014