Məzmuna keç

Haqsız



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Camaatın gözündə səhvi olan qalib general həmişə haqlı, hərəkət tərzi düzgün olsa da, məğlub general həmişə haqsız olur. Volter
  • Dostluq, dostların haqlı olduqları zaman deyil, haqsız olduqları zaman onların yanında olmaqdır. Andre Malro
  • Dünyanın harasında olursa olsun, haqsız yerə birinin sifətinə atılan şilləni öz sifətində hiss etməyən adamın insanlığından şübhə edərəm! Ernesto Çe Gevara
  • Əgər ətrafındakılar özlərini itirib səni haqsız yerə ittiham etdikləri zaman sən soyuqqanlığını qoruya bilirsən, Əgər hər kəs səndən şübhələndiyi halda sən onların bu şübhələrini təmkin ilə qarşılaya bilir, fəqət şəxsinə olan inamını itirməzsən, Əgər gözləməyi bilir və gözləməkdən usanmazsan və ya barəndə yalanlar uydurub sənin ləkəməyini istədiklərində sən də yalaniftiraya baş vurmazsan, yaxud sənə nifrət edənlərə sən də nifrət etməzsən, nə çox gözəl, nə də çox ağıllı görünməyə çalışmazsan, Əgər xəyal qura bilir, fəqət xəyallarının əsiri olmazsan, Əgər zəfərfəlakətlə üz-üzə gəldiyində bu iki saxtakarı eyni fərasətlə qarşılaya bilir, nə kibrlənir, nə də məyus olmazsan, Əgər doğru sözlərin hiyləgərlər tərəfindən təhrif edilib axmaqları aldadan bir tələ halına çevrilməsinə səbr edə bilirsən, yaxud ömrünü və gəncliyini adadığın şeylərin bir anda tənəzzülünü gördüyündə köhnə alətlərlə onları yenidən inşa edə bilirsən, Əgər cahillərlə ünsiyyət edərkən şəxsi xarakterini qoruya bilirsən və ya krallarla dostlaşdığında qürurlanıb mənliyini itirməzsən, Əgər hər kəsə dəyər verib, hörmət edib, fəqət həddən ziyadə güvənməzsən, Əgər bir daha geri dönməyəcək olan altmış saniyəni insanlığa faydalı işlərə sərf edə bilərsən, Məhz o vaxt dünya və içindəki hər şey sənindir, hətta sən o zaman iki adamsan. Redyard Kiplinq
  • Əgər qadın əsəbiləşirsə, deməli o həm haqsızdır, həm də haqsız olduğunu bilir. Erix Mariya Remark
  • Güclü olmağa məndən daha çox ehtiyacın var, çünki haqsız olduğunu ürəyinin bir yerində bilirsən. Murathan Mungan
  • Haqq uğrunda məğlubiyyət haqsız qələbədən yaxşıdır. Zərdüşt
  • Haqqın yanında olmağa çalışın, haqqı arayıb-axtararkən haqsız vəziyyətə düşməyin. Süleyman Dəmirəl
  • Haqlı var haqsız çıxar,haqsız var haqlı çıxar. Azərbaycan atalar sözləri/H
  • Haqsız bəraət cinayətdən ağırdır. Kürd atalar sözləri
  • Haqsız bir məsələdə zirvə olmaqdansa, haqlı bir məsələdə zərrə olmağı üstün tuturam. Əbülfəz Elçibəy
  • Haqsız söz danışan həmyaşıdını aldada bilər, amma Allahı aldatmaz.
  • Haqsız vasitələr tələb edən məqsəd haqlı məqsəd deyil. Karl Marks
  • Xoşbəxtlik haqlı olanı haqsız olandan seçə bilmək sayəsində mümkün olur. İbn Sina
  • Jurnalist heç vaxt öz üstünlüyü, nüfuzu, mülahizələrinin dəyəri barədə yüksək fikirdə olmamalıdır. Çünki, onun məşğul olduğu fəaliyyət özü-özlüyündə həsr etdiyi adamın qüruru üçün xoşagəlməz hadisədir və əgər jurnalist şüurlu şəkildə həmin adama narahatlıq yaratsaydı və onu haqsız olmağa məcbur etmiş olsaydı, tamamilə haqlı olmazdı. Mixail Lomonosov
  • İnsan dünyada bir Haqqdan, bir də haqsız olmaqdan qorxmalıdır. Əbdülhaq Hamid Tərxan
  • İnsanlar, əgər kimsə sizə qarşı hansısa qanunsuz və ya haqsız hərəkət edibsə, sizin onlara qarşı olan cavabınız daha şiddətli olacaqdır. Nikkolo Makiavelli
  • İnsanlar haqsız təyin edilmiş müdirə çox həvəssiz tabe olurlar. Corc Vaşinqton
  • Kimliyindən asılı olmayaraq kiməsə qəzəblənmək və ya kiməsə narazılığını bildirmək, həmişə haqsız bir hərəkət sayılıb, yalnız bir hal istisna hal sayılır. Əgər narazılıq başqasına yox, özünə, öz iyrəncliyinə, öz vəzifə borcunu yerinə yetirməməyə yönəlibsə, o zaman narazılığımızı ədalətli hesab etmək olar. Nikolay Qoqol
  • Mən deyirəm ki, and içərək haqsız işi udmamalısan. Esxil
  • Ölkə olmadan nə adın, nə simvolun, nə səsin, nə də xalqlar arasında qardaş olmaq haqqın var; Sən insanlığın qeyri-qanuni övladısan. Bayrağı olmayan əsgərlər, yəhudilər kimisən. Nə sədaqət, nə də müdafiə tapacaqsan, heç kim sənə zəmanət verməyəcək. Özünüz üçün bir ölkəni fəth etmədən haqsız sosial şəraitdən qurtulacağınızı gözləmək olmaz. Cüzeppe Madzini
  • Sənin haqlı və ya haqsız olmağın qətiyyən vacib deyil. Vacib olan sənin haqlı olanda nə qədər pul qazanmağın və səhvə yol verəndə nə qədər pul itirməyindir. Corc Soros
  • Uzun bir mübahisə hər iki tərəfin də haqsız olduğunun dəlilidir. Volter
  • Yenidən doğulmaq nə deməkdir? Bu artıq mənim həyatım deyil. Bu artıq başqasının həyatıdır. Hər kəsin yaşamaq üçün ancaq bir həyatı olur (əlini sinəsinə qoyur) və o, burdadır. Onu cəmi bir dəfə əldə etdim. Bu mənim həyatımdır. Başqasına əmanət edə bilmərəm, yenisini oğurlaya bilmərəm, başqası üzərində zorlaya bilmərəm, unuda və silə bilmərəm. Qəzəblənə bilmərəm, gülə bilmərəm, gözəlləşdirə bilmərəm! Heç nə edə bilmərəm! Mən həyatımdakı tək şansı qəbul etməliydim, mənası yoxdur necə qəddar, necə amansız, necə haqsız idi! Cənab, məni başa düşmürsüz? Buna görə də döyüşməliyəm. Döyüşməyə davam etməliyəm! Çünki... çünki mən heç vaxt (əlini partaya çırpır) bu cür həyatı qəbul edə bilmərəm! Angel Beats!

İstinadlar

[redaktə]