Məzmuna keç

Tanrı



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bədnəzərdən qorunsun deyə üstünə bir şey taxanı Tanrı qorumaz. Məhəmməd
  • Bir xalqın dini seçimi həmişə onun hökmdarları tərəfindən müəyyən edilir. Həqiqi din həmişə hökmdarın bəyan etdiyi dindir; həqiqi tanrı hökmdarın ibadət etməyi əmr etdiyi tanrıdır; beləliklə, hökmdarlara rəhbərlik edən ruhanilərin iradəsi həmişə Allahın özünün iradəsi olur. Pol Anri Holbax
  • Bu dünyada o qədər ac yaşayan insan var ki, Tanrı onlara bir parça çörək simasında görünür. Mahatma Qandi
  • Bu dünyanı Tanrı yaratdısa, onun yerində olmaq istəməm doğrusu. Çünki, dünyanın səfaləti ürəyimi parçalar. Yaradıcı bir ruh düşünülsə, yaratdığı şeyi göstərərək ona belə qışqırmaq haqqımızdır: "bu qədər bədbəxtliyi və bu kədəri ortaya çıxarmaq uğruna, heçliyin səssizliyini və tərpənməzliyini pozmağa necə cəhd etdin?" - Artur Şopenhauer
  • Bu şəxsin Tanrını dünyanın iztirablarından məsum kimi tanımaq üçün edilən bütün pafoslu cəhdlərin əksinə olaraq, birmənalı şəkildə qeyd edilməlidir: əgər xristian, həm də yəhudi, islam və ümumiyyətlə, hər bir monoteist təlim Allahı mütləq, hər şeyə qadir və səbəb kimi tanıyır. Şübhəsiz ki, etdiyi hər şeydən sonra bu Tanrıdır, həm də hər şeyin əsas səbəbidir və buna görə də dünyada mövcud olan bütün pisliklər və iztirablar üçün tam məsuliyyət daşıyır. Deməli, tamamilə ondan qaynaqlanmayan və belə də qalmayacaq heç bir şey yoxdur. Ona görə də yer üzündəki məxluqların bütün “günahları”, cinayətləri və cinayətlərinin kök səbəbi ondadır və buna görə də Allah onlara tam cavabdehdir. Hubertus Mynarek
  • Bütün insanlar şeylərin səbəblərindən xəbərsiz olaraq doğulurlar və hamısının özləri üçün faydalı olanı axtarmaq istəkləri var. Bunun birinci nəticəsi budur ki, insanlar öz istəklərindən xəbərdar olduqları üçün özlərini azad hesab edirlər və onları tanımadıqları üçün onları bu istək və arzuya sövq edən səbəbləri yuxuda belə görmürlər. İkinci nəticə odur ki, insanlar hər şeyi bir məqsəd naminə, məhz can atdıqları mənfəət naminə edirlər. Buradan belə nəticə çıxır ki, onlar həmişə baş verənlərin yalnız son səbəblərini (causae finales) tapmağa çalışırlar və onlara göstərilən zaman sakitləşirlər, əlbəttə ki, əlavə şübhələr üçün heç bir əsas olmadan. Onları başqasından öyrənməyə imkanları yoxdursa, özlərinə üz tutub görməkdən başqa çarələri yoxdur. Belə hallarda özləri, adətən, hansı məqsədləri rəhbər tuturlar; beləliklə, onlar mütləq digərini özləri mühakimə edirlər. Bundan əlavə, onlar öz daxilində və xaricində faydalarının həyata keçirilməsinə böyük töhfə verən bir çox vasitə tapdıqları üçün, məsələn: görmə üçün gözlər, çeynəmək üçün dişlər, yemək üçün bitki və heyvanlar, işıqlandırma üçün günəş, balıqları bəsləmək üçün dəniz və s., deməli, onlar bütün təbii şeylərə öz mənfəətləri üçün vasitə kimi baxırlar. Onlar bilirlər ki, bu vasitələri özləri hazırlamırlar, özləri tapırlar və bu, onlara inanmağa əsas verir ki, bu vasitələri onların istifadəsi üçün hazırlayan başqa biri var. Əslində, əşyalara vasitə kimi baxaraq, bu şeylərin özlərini belə etdiyini düşünə bilməzdilər. Ancaq özlərinin adətən özləri üçün hazırladıqları vasitələrə bənzətməklə, gərək belə bir nəticəyə gəliblər ki, insan azadlığı bəxş edilmiş hansısa təbiət hökmdarı və ya hökmdarları var ki, onlar üçün hər şeyin qayğısına qalıb, hər şeyi onların istifadəsi üçün yaradıb. Bu hökmdarların xarakteri, heç vaxt bu barədə heç nə eşitmədikləri üçün, özləri mühakimə etməli oldular. Nəticə etibarı ilə onlar belə hesab edirdilər ki, Tanrılar hər şeyi insanların xeyrinə təşkil edir ki, insanlar onlara bağlansınlar və onlara ən yüksək ehtiramları bəxş etsinlər. Benedikt Spinoza
  • Cəhalət Tanrının lənəti olduğuna görə məlumat göylərə uca biləcəyimiz qanadlardır. Uilyam Şekspir
  • Çetti koru aldatsa, allah da Çettini aldadar. (Çetti - Cənubi Hindistanda tacir və sələmçi təbəqəsidir). Malayal atalar sözləri
  • Deyirlər ki: Qadın istəyəni Tanrıda istəyər", amma əslində demək lazımdır ki, Tək Tanrı bilər Qadın nə istər? Bencamin Franklin
  • Digər sübutları kənara qoysaq beş barmaq belə mənim Tanrının varlığına inanmağım üçün yetərlidir. İsaak Nyuton
  • Doğulan uşaqlar Tanrının hələ insanlardan ümidini kəsmədiyini göstərər. Rabindranat Taqor
  • Dövlətin varlığı dünyadakı Tanrı yürüşüdür; özünü iradə kimi reallaşdıran ağıl gücünə əsaslanır. Georq Vilhelm Fridrix Hegel
  • Əgər dünyaya yeni insan gəlirsə, demək Tanrı dünyaya xeyirxah münasibətini hələ itirməyib.[2] Yəhudi atalar sözləri
  • Əgər həqiqətən eşidən qulaqlara sahib isək, Tanrı bizə öz dilimizdə səslənər. Mahatma Qandi
  • Əgər Tanrı məfhumunu tamamilə bir kənara qoyub, sivilizasiyanın bütün prinsip və qaydalarının, sadəcə, insanlar tərəfindən qoyulduğunu bəri başdan qəbul etsəydik, məhz onda həqiqətən də böyük üstünlük qazanacaqdıq. Çünki o zaman bütün bu əmr və qadağalar süni müqəddəslikdən təmizlənəcək və indiki kimi sərt, amansız və dəyişdirilməsi qeyri-mümkün olmayacaqdı. Beləliklə insanlar bu qayda- qanunların onları ram etmək üçün deyil, sevdiklərinin arxasınca getmələrinə kömək etmək üçün qoyulduğunu başa düşəcəkdilər. Nəticə etibarilə, bu qaydalara daha səmimi və isti münasibət bəsləyəcək və onları qüvvədən salmaq əvəzinə bir az da inkişaf etdirməyə cəhd göstərəcəkdilər. Ziqmund Freyd
  • Əgər Tanrı və insanlıq, sizlərin də doğruladığı kimi, bir bütünlük olsalar, mənim də onlardan əskik bir tərəfim yoxdu və "boş" olduğuma dair bir şikayətim də yoxdur. Mən heçəm deyərkən, boş olduğumu demirəm, şəxsən yaradıcı bir heçəm, bir yaradıcı olaraq hər şeyi yaradan bir heç. Maks Ştirner
  • Həqiqət, sevgili Pilat, Tanrıdır və həqiqəti axtaran hər kəs Tanrını axtarar və tərifləyər. Tanrı harada yaşayır? başında; başqa harada yaşaya bilər ki? Maks Ştirner
  • Həvəs və xeyirxahlıqla uca fikirləri yalnız öz yaradıcısı və Tanrısı ilə dost olan azadlıqsevər bir şəxs qəbul edə bilər. Georq Vilhelm Fridrix Hegel
  • Hinduizmin əsas dəyəri bütün həyatın (təkcə insanlar deyil, hər bir həssas məxluq) bir olduğuna, yəni bütün həyatın Allah, Tanrı və ya Parameşvara adlanan vahid universal mənbədən qaynaqlandığına dair faktiki inancdadır. Mahatma Qandi
  • Mən Tanrıya inanıram. Onu hər şeyin başlanğıcı, Ruh və Sevgi kimi qavrayıram. Mən ondayam, o da məndə. Hamının Tanrı kimi qəbul elədiyi İsaya dua etməsini ən böyük günah sayıram. Lev Tolstoy
  • Mən inanıram ki, Müqəddəs Kitab Tanrının insana verdiyi ən yaxşı hədiyyədir. Dünyanın Xilaskarından olan bütün yaxşı şeylər bu kitab vasitəsilə bildirilir. Avraam Linkoln
  • Mən yalnız Tanrı və tarix qarşısında məsuliyyət daşıyıram. Fransisko Franko
  • Tanrı adlandırdığımız məfhum, sadəcə, şişirdilmiş ata fiqurudur. Ziqmund Freyd
  • Tanrı həqiqəti görər,lakin gözləyər. Aleksandr Puşkin
  • Tanrı hər yerdə eyni anda ola bilmədiyindən anaları yaratdı. Yəhudi atalar sözləri
  • Tanrı, insan və maddə deyə ayrım etmək mənasızdır. Universal cövhər, saf şüur olan ruhdur. Düşüncə pillələrini qət edən insan sonunda özünə dönər. Gerçək ruhun özü olduğunu kəşf edər. Əslində insan tanrı; tanrı da insandır. Georq Vilhelm Fridrix Hegel
  • Tanrı insana iki qulaq və bir ağız verib ki, insan daha çox qulaq asıb az danışsın. Yəhudi atalar sözləri
  • Tanrı kasıbları ən azı bahalı günahlardan qoruyur. Yəhudi atalar sözləri
  • Tanrı kəlməsi mənim üçün insanın zəifliyinin bir ifadəsi və məhsulundan başqa bir şey deyil. İncil də ulu bir kitabdır, amma primitiv əfsanələrdən ibarət bir kolleksiyadır və eyni zamanda olduqca uşaq dilindədir. Albert Eynşteyn
  • Tanrı mənə ayağa qalxmağa kömək et. Yıxılmağı mən özüm də bacararam. Yəhudi atalar sözləri
  • Tanrı, özlərinə kömək edənlərə kömək edər. Bencamin Franklin
  • Tanrı səni pis qadınlardan qorusun, yaxşılarından özün canını qurtar. Yəhudi atalar sözləri
  • Tanrı üçün qırıq qəlbi bərpa etmək asandır. Yalnız insan onu bütün hissələri ilə ona verərsə bu mümkündür. Oskar Uayld
  • Tanrının da, insanlığın da işi özlərinə əsaslanır, özləridir. Mənim məsələm də mənim. Tanrı kimi hər şey və heçəm, biriciyəm. Maks Ştirner
  • Tanrının işi, insanlığın işi, həqiqətin işi, yaxşının işi, doğrunun işi, azadlığın işi və daha nə qədərləri. Bunların heç biri mənim işim deyil, mənim işim yalnız mənim olandır və o ümumi deyil, biricikdir, mənim kimi. Maks Ştirner
  • Tanrının təqvimində bazar günü yoxdur. Georq Vilhelm Fridrix Hegel
  • Sevgili Tanrı, məndə sən istisna olmaqla bütün liderlərin şəkilləri var. (Norman.. Norman 6 yaşında olan bir uşaqdır. Amerika və Avropada uşaqlardan Tanrı haqqında nə düşündüklərni soruşublar və bu Normanın fikri idi.)
  • Yaratdıqlarını cəzalandıran və mükafatlandıran, ya da bizim yaşayacağımız bir iradə növünə sahib bir Tanrı düşünə bilmirəm. Cismani ölümdən sonra adamın həyatını davam etdirdiyinə nə inanıram, nə də inanacağam... Albert Eynşteyn

İstinadlar

[redaktə]
  1. [1]Xoşbəxtlik ehtimalımız. Aforizmlər. Ziqmund Freyd. Bakı,2015
  2. Mehman Kərimov. Müdrikliyə, ədalətə, uğura 40 çağırış. Bakı, 2017. səh.185