Məzmuna keç

Tor



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Balıq tora düşəndən sonra ağlı başına gələr. Azərbaycan atalar sözləri/B
  • Balıqlara heyran qalmaq üçün sahilə yaxınlaşmaqdan daha yaxşısı, geri qayıtmaq və sulara bir tor atmağa hazırlaşmaqdır. Çin atalar sözləri
  • Bir gün balıq tutdu, yetmiş iki gün torunu qurutdu. Vyetnam atalar sözləri
  • Böyük tora balıq az-az düşər, ancaq düşəndə də böyüyü. Fin atalar sözləri
  • Bu dünyadan çəkinin. O, ilan kimidir, toxunuşda yumşaqdır, lakin öldürücü zəhərdir. Onun cazibəsindən uzaqlaş, bir az ovsunlanmış, onun toruna düşəcəksən. Məgər sən onun ölümünü görmədin və ondan ayrılacağını yaxşı bilmədinmi? Şiddət qarşısında səbirli ol, o zaman yolun geniş olar. O, sizi nə qədər valeh edirsə, bir o qədər ehtiyatlı olursunuz. Çünki bu dünyada insanlar ona çox məftun olub baş əyirlər, dünya onu dərhal havaya uçurur. Unutmayın, bu dünyadan, yalançıların cazibəsindən çəkinin və orada yalançı ləzzətlər, qəfil fəlakətlər, kədərlər və ya uğursuzluqlar şəklində təhlükə altındasınız. Bu həyatın cazibəsi müdriklər üçün heç bir əhəmiyyət kəsb etmir, amma şad olanlar üçün zərərlidir; Ona görə də müsibətdən çəkinin və onun aqibətinə inanın. Həsən əl-Bəsri
  • Eşq əvvəlcə hörümçək toru kimi kövrəkdir, sonra kəndir gücünə yiyələnir. Jül Mişle
  • Ən dərin yuxudan oyanaraq, biz hansısa yuxunun qeyri-müəyyən torunu qırırıq. Amma növbəti anda (bu tor o qədər incədir) yuxuda nə gördüyümüzü xatırlamırıq. Edqar Allan Po
  • Gözəl, amma abırsız qadın çürümüş balıqçı toru kimidir. Ralf Uold Emerson
  • Hörümçək min hiylə qurur ki, şeh dənəciyini toruna salsın, ancaq tutduğu – milçək. Rabindranat Taqor
  • İstridyələr bədirlənmiş ay vaxtı çanaqlarını tamamilə açırlar. Krab istridyəni ovlamaq üçün onun çanağının içinə balaca daş və ya yosun atır və nəticədə istridyə çanağını bağlaya bilmir və krabın qurbanı olur. Ağzını çox açanların və dinləyicilərin toruna düşənlərin də da qisməti məhz bu cürdür. Leonardo da Vinçi
  • Qadınsız evdə hörümçəklər tor qurar. Azərbaycan atalar sözləri
  • Qanun hörümçək toru kimi bir şeydir: eşşək arısı ilişib qalar, milçək keçib gedər. Rus atalar sözləri
  • Qanunlar hörümçək toru kimidir: kiçik həşəratlar onlara tutulur, böyüklər isə onları qırır. Anaxarsis
  • Qanunlar hörümçək toru kimidir; kiçik milçəklər hörümçək toruna düşərlər, böyük arılar isə hörümçək torunu dəlib keçərlər. Conatan Svift
  • Qanunlar hörümçək toruna bənzər, ancaq kiçik ağcaqanadları tutar. Böyük ağcaqanadlar, gözünün qarşısında onu deşib keçər. Bencamin Franklin
  • Qanunlar yalnız orta təbəqəli insanlara münasibətdə tam gücü ilə işləyir. Onlar varlıların sərvətlərinə və yoxsulların dilənçi vəziyyətlərinə qarşı gücsüz olur. Varlılar bu qanunları saya salmır, yoxsullar isə onlardan qaçır. Biri toru qırır, digəri isə onun arasından keçir. Jan Jak Russo
  • Qoca tülkü tora düşməz. Azərbaycan atalar sözləri/Q
  • Sərbəstliyi itirmək olmazdı. Hər şey yavaş-yavaş, tədrici asılılıqdan başlayır. Adam fikir vermir, bir də görür ki, adətlərin toruna düşüb. Bu adətlərin çox adı olur, onlardan biri də sevgidir. Gərək heç vaxt, heç kimə çox öyrəşməyəsən. Zəfər tağı
  • Tarix məsum əllərlə toxunmuş bir tor deyil. İnsanları alçaldan və ruhdan salan bütün səbəblər arasında güc ən daimi və ən aktiv olanıdır. Lord Con Akton
  • Tor atan balıq tutar, nə böyüyü, nə kiçiyi. Azərbaycan atalar sözləri/T
  • Tor qurmaq hörümçəyin mahiyyətində olduğu kimi dinə inanmaq istəyi də insanın mahiyyətindədir. Oldos Haksli
  • Tora düşən səbr eləməsə, özünü ölümə verər. Azərbaycan atalar sözləri/T
  • Vərdişlər əvvəlcə hörümçək toru kimi olurlar, sonra isə qalın iplərə dönürlər. İspan atalar sözləri
  • Yazılı qanunlar hörümçək torundan seçilmir. Hörümçək toru kimi qanunlar da zəifləri və yoxsulları tutub saxlayır, güclülüər və dövlətlilər isə bu toru cırıb çıxırlar. Solon

İstinadlar

[redaktə]
  1. Xəzinə. Bakı, 1997, səh.98