İnək
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Alimliyə bir tac kimi baxma, onunla öyünəsən, bir inək kimi baxma, onu sağasan. Lev Tolstoy
B[redaktə]
- Bir dana minlərlə inək arasında necə gəlib anasını tapırsa, insanın etdiyi yaxşılıq və pisliklər də gec-tez gəlib onu tapır. Kəlilə və Dimnə
- Bir inəyin buynuzu sınanda, min inəyin buynuzu əsər. Qırğız atalar sözləri
- Bir qoyunum və bir inəyim olduğundan bəri hamı mənə salam verir. Bencamin Franklin
D[redaktə]
- Duz yalamış inək quyuya baxan kimi baxır. Koreya atalar sözləri
İ[redaktə]
- İnək bir, sağan iki. Azərbaycan atalar sözləri/Ümid, arzu və istək
- İnək - çobanı tanıyır, sahibini - yox. Amxar atalar sözləri
- İnək duza aldanar, insan sözə. Gürcü atalar sözləri
- İspan inəyi kimi fransızca danışma. Fransız atalar sözləri
Q[redaktə]
- Qonşunu iki inəkli istə ki, özün bir inəkli olasan. Azərbaycan atalar sözləri/Birlik və dostluq
V[redaktə]
- Vurağan inək buynuzsuzunu doğar. Udmurt atalar sözləri
- Vurağan inək bütün naxırın adını batırır. Assuri atalar sözləri