Haqq
Naviqasiyaya keçin
Axtarışa keçin
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A[redaktə]
- Acı olsun, haqq olsun. Tatar atalar sözləri
- Axund gərək əyri yola getməsin,
Haqqın kəlamına yalan qatmasın. Aşıq Ələsgər - Azadlıq bağışlanmış bir haqq deyil, insan təbiətinin bir parçasıdır, şahlığın şərəfidir. Süleyman Dəmirəl
B[redaktə]
- Bizim iki gücümüz var: Haqq və Xalq. Bülənt Əcəvit
- Bu, bizimlə razılaşmayanları qanunla sıxışdırmağa çalışdığımız zaman haqq işimizin ədalətinə olan inancımızın zəifliyinin etirafıdır. Alfred Smit
E[redaktə]
- El atanı haqq da atar. Azərbaycan atalar sözləri/E
Ə[redaktə]
- Əgər sənə nazil etdiyimizə şübhə edirsənsə, səndən əvvəl Kitab oxuyanlardan soruş. Rəbbindən sənə haqq gəlmişdir. Odur ki, şübhə edənlərdən olma. Qurani-Kərim
G[redaktə]
- Gözünlə gördüyün haqq deyl, qulağınla eşitdiyin haqq deyil, ancaq dərindən - dərinə öyrəndiyin haqdır. Tamil atalar sözləri
H[redaktə]
- Haqdan keçmək olmaz. Azərbaycan atalar sözləri/H
- Haqdan yanan çıraq bad ilə sönməz. Aşıq Ələsgər
- Haqq batil olmaz. Azərbaycan atalar sözləri/H
- Haqq dağı da çevirər. Udmurt atalar sözləri
- Haqq daşı ağır olar. Azərbaycan atalar sözləri/H
- Haqq dəryanın dibində də olsa, üzə çıxar. Udmurt atalar sözləri
- Haqq doğrunun yarıdır. Azərbaycan atalar sözləri/H
- Haqq əli bekar qalmaz; gec kəsər, karlı kəsər. Azərbaycan atalar sözləri/H
- Haqq əyilər, sınmaz. Qaraqalpaq atalar sözləri
- Haqq haqqı kəssə, Allah hər ikisini kəsər. Azərbaycan atalar sözləri/H
- Haqq gəlsin, nahaq gəlməsin. Azərbaycan atalar sözləri/H
- Haqq ilə nahaqqı axtaran hakim,
Tapar qulaq ilə göz arasında. Aşıq Ələsgər - Haqq ilə nahaqqın arası cəmi dörd barmaqdır. Fars atalar sözləri
- Haqq iş gündən aydın olar. Azərbaycan atalar sözləri/H
- Haqq işdə susan, nahaq işdə haray çəkənə bənzəyər. Ərəb atalar sözləri
- Haqq işin nahaqqından qorxuram. Azərbaycan atalar sözləri/H
- Haqq, meyi islama haram buyurub,
Dərd tüğyan eləsə, mey içmək olar. Aşıq Ələsgər - Haqq-nahaqq seçilər haqq divanında. Aşıq Ələsgər
- Haqq nazilər, üzülməz. Azərbaycan atalar sözləri/H
- Haqq sənin Rəbbindəndir! Odur ki, şübhə edənlərdən olma. [1] Qurani-Kərim
- Haqq söz açı olar. Oğuznamə
- Haqq söz axar suları saxlar. Azərbaycan atalar sözləri/H
- Haqq söz danışanın papağı yırtıq olar. Azərbaycan atalar sözləri/H
- Haqq sözdən gül iyi gələr. Azərbaycan atalar sözləri/H
- Haqq sözə gərəkdi düz qiymət olsun. Aşıq Ələsgər
- Haqq sözlə axan sular durular. Azərbaycan atalar sözləri/H
- Haqq uğruna sərf olunan pul heç bir vaxt israf sayılmaz. Teymurləng
- Haqq uğrunda məğlubiyyət haqsız qələbədən yaxşıdır. Şarl Lui Monteskyö
- Haqq verməsə, qonşu payı pay olmaz. Aşıq Ələsgər
- Haqq yeyənin adın qoyarlar Haqverdi. Azərbaycan atalar sözləri/H
- Haqq yeyilər, amma həzm edilməz. Yuqoslaviya atalar sözləri
- Haqq yıxılan mərd olar. Azərbaycan atalar sözləri/H
- Haqqı tanıyan xana baş əyməz. Azərbaycan atalar sözləri/H
- Haqqın əli olsun, batilin yaxası. Azərbaycan atalar sözləri/H
- Haqqın qarşısını almaq olmaz. Azərbaycan atalar sözləri/H
- Haqqın verdiyinə şükür eləmək nemət artırır. Azərbaycan atalar sözləri/H
- Haqqın yolu birdir, yalanınkı - cürbəcür. Udmurt atalar sözləri
- Haqlı var haqsız çıxar,haqsız var haqlı çıxar. Azərbaycan atalar sözləri/H
- Hürriyyət insana "haqq düşüncəsinə bağlı qalaraq başqalarına zərər vermədikdən sonra istədiyini edə bilərsən" deməkdir. Əbdülfəttah Şahin
Q[redaktə]
- Qula bəla gəlməz haqq yazmayınca. Haqq bəla yazmaz qul almayınca, Haqq quldan intiqamı qul ilə alar Dini irfan bilməyən bunu qul etdi sanar. Mövlana Cəlaləddin Rumi
M[redaktə]
- Məbada "haqqım var" demə. Haqq yox, vəzifə vardır. Ziya Göyalp
- Mən çeynənən bir ölkənin,
Haqq bağıran səsiyəm.[2] Əhməd Cavad - Millət yoludur, haqq yoludur tutduğumuz yol,
Ey haqq yaşa, ey sevgili millət, yaşa var ol! Tofiq Fikrət - Müəllim - hüzurunda əyləşənin könül zəmisini icarəyə alan, ona həqiqət toxumunu, haqq sevdasını, millət və vətən sevgisinin toxumlarını əkən şəxsdir. Füyuzat jurnalı
- Müvəqqəti təhlükəsizlik üçün azadlığını fəda edənlər nə azadlığı haqq edər, nə də təhlükəsizliyi. Bencamin Franklin
S[redaktə]
- Sən haqnan ol, haqq da sənlə olar. Azərbaycan atalar sözləri/S
Ş[redaktə]
- Şücaət və cəsarət baxımından Türklərdən üstün, böyük hədəflərə çatmaq baxımından da onlardan inadkar heç bir qövm yoxdur. Cənabi Haqq onları aslan sifətində yaratmışdır. İbn Hassul
T[redaktə]
- Türklərin sevdikləri birinci şey haqq və həqiqətdir və heç bir haqsızlıq etmədikləri halda, haqsızlığa uğramışlar. Uilyam Pitt
Y[redaktə]
- Yaxşılıq elə yaxşılıq bilənə,
Eyləmə haqq yeyib, nahaq deyənə. Kəlilə və Dimnə - Yalnız həyat verən deyil, həyat verib haqq edən, ata adını daşıya bilər. Fyodor Dostoyevski
Z[redaktə]
- Zor qapıdan gələndə haqq bacadan qaçar. Azərbaycan atalar sözləri/Z