Sürü
Jump to navigation
Jump to search
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B[redaktə]
- Bilin ki sürüdən ayrılan qoyunu qurd yeyər. Məhəmməd peyğəmbər
D[redaktə]
- Dilbir sürüyə qurd da qorxulu deyil. Rus atalar sözləri
Ə[redaktə]
- Əgər düz olduğunu bilirsənsə, heç vaxt və heç nəyi sürüyə sübut etməyə çalışma. Marilyn Manson
X[redaktə]
- Xalq quduzlaşmış sürü deyil ki, onu zəncirdə saxlayasan. Azadlıqda həmişə sakit və təmkinli olan xalq onu alçaldan və təhqir edən başçının əli altına düşdükdə təlatümə gəlir, qəzəblə ona öz nifrət və həqarətini bildirir. Onore Mirabo
Q[redaktə]
- Qoyunun quzusu bir-bir olur, axırda sürü düzəlir; Monqol atalar sözləri
- Qoyunun biri hara, sürü də ora. Rus atalar sözləri
- Qurd girməz sürüyə yatmasa çoban. İsgəndərnamə
S[redaktə]
- Sürü axsaqsız olmaz. Azərbaycan atalar sözləri/S
- Sürü axsağını gizlər. Türkmən atalar sözləri
- Sürü böyük olanda qurddan da qorxusu olmaz. Udmurt atalar sözləri
- Sürüdən ayrılan qoyunu qurd yeyər. Azərbaycan atalar sözləri/S
- Sürüdən qalan qoyunu canavar yeyər. Əfqan atalar sözləri
- Sürüdən qalanı qurd aparar, eldən qalanı - kor. Tatar atalar sözləri
- Sürüyə qurd gələndə vay bir keçisi olanın halına. Azərbaycan atalar sözləri/S
T[redaktə]
- Tək qoyundan sürü olmaz. Azərbaycan atalar sözləri/T
- Təkə sürüyə böyük olmazdı, qoyunlar qoyun olsaydı. Azərbaycan atalar sözləri/T
U[redaktə]
- Ulamağını bilməyən köpək, sürüyə qurd gətirər. Azərbaycan atalar sözləri/U