Sabah

Vikisitat saytından
Jump to navigation Jump to search



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A[redaktə]

  • Ana ürəyi zərif bir ipək, ata biləyi Haqqın əkdiyi bir dirəkdir. Nə ananın ürəyini, nə də atanın biləyini sındır. Sabah yuva quranda ocağınla onlar arasında körpü ol. Ata-ana yıxılmamaq üçün kürəyimizi söykədiyimiz divardır. Qiymətini o divar uçanda bilirik. Şeyx Ədabali

B[redaktə]

  • Bilirəm; sabahlarım dünəndən fərqsiz. Həyatmı mənə küsdü, mənmi ona küsdüm xatırlamıram; amma bu aralayar pis inciyik. Sunay Akın
  • Bir adama yaxşılıq edib əvəzini gözləmək, bu gün əkdiyin ağacı sabah çıxarıb atmaq kimidir. Məhəmməd Tağı Sidqi
  • Bu gün al şərab qədəhini başa çəkəndə düşün ki, sabah ürək qanını qusmalı olacaqsan. Arif Ərdəbili
  • Bu gün cəsarət edə bilmədiyin üçün edə bilmədiyin şeyləri, sabah zamanın olmadığı üçün etməyə bilərsən. Paulo Koelyo
  • Bu gün dəbdə olan sabah yararsızdır. Yapon atalar sözləri
  • Bu gün gələcəyini düşünməyən sabah onun əzabını çəkər. Konfutsi
  • Bu gün mənim üçün, sabah sənin üçün. Portuqal atalar sözləri
  • Bu gün üçün əlli yaxşıdır, nəinki sabah üçün yüz. Yapon atalar sözləri
  • Bu günə hazır olmayanın sabaha hazır olmağı daha çətin olacaq. Ovidi

D[redaktə]

  • Dua- sabahın açarı, dünənin qapı cəftəsidir. Mahatma Qandi
  • Dünən aldadana sabah da inanmazlar. Rus atalar sözləri
  • Dünən keçdi bu günü düşünürəm, sabah varmı? Gəncliyinə güvənmə, ölənlər həmişə qocamı? Nəcib Fazil Qısakürək
  • Dünən tarixdir, sabah bilinməyəndir, bu gün isə hədiyyədir. Franklin Delano Ruzvelt
  • Dünən və dünəndəkilərlə mübarizə aparmağı burax artıq. Yanında olanlarla sabaha baxmağı da sına. Camal Sürəya
  • Dünəndən öyrən, bu gün üçün yaşa, sabah üçün ümid et. Albert Eynşteyn
  • Dünənlə bu gün arasında savaş olarsa, sabahı itirərik. Uinston Çörçill
  • Dünyanın sabah yox olacağını bilsəydim də, bu gün də alma ağacı əkərdim. Martin Lüter

G[redaktə]

  • Görünüşə aldanma; çünki heç bir şey göründüyü kimi deyil. Bu gün həyat verən su, sabah sizi öldürə bilər. Mövlana Cəlaləddin Rumi

H[redaktə]

  • Heç ölməyəcəkmiş kimi dünya üçün, sabah öləcəkmiş kimi isə axirət üçün çalışın. Məhəmməd peyğəmbər
  • Hər insan xoşbəxt ola bilməz... Çünki; çox darıxar dünəni, Layiq olduğundan çox düşünər sabahı. Və heç layiq olmadığı qədər şüursuzca yaşayar bu günü. Erix Fromm
  • Hər zaman axtarışda ol, bir gün qızıl axtararkən mis taparsan, sabah mis axtararkən qızıl taparsan. Rene Dekart
  • Həyat fəlsəfəmi soruşdular cavablandırdım.. "Sonsuza qədər yaşayacaqmış kimi düşün, sabah öləcəkmiş kimi yaşa. Çarlz Bukovski
  • Həyat üç gündən ibarətdir: dünən, bu gün, sabah. İsa

X[redaktə]

İ[redaktə]

  • İnsan həyatı bir oyuncaq kimidir! Qəribə də olsa, bizim həvəslərimizi idarə edən gizli yaylar şəraitə uyğun dəyişir! Sabah nifrət edəcəyimizi bu gün sevirik, sabah xilas olmaq istədiyimizi bu gün axtarırıq, bu gün istədiyimiz sabah bizi lərzəyə salır. Daniel Defo
  • İnsanı həyatda yaşadan onun sabahkı fərəhli günüdür. Anton Makarenko

K[redaktə]

  • Keçmiş olan dünəni heç yad etmə, sabah da gəlməmişkən fəryad etmə, düşünmə gələcəyi də keçmişi də, indi özün ol yaşamı bərbad etmə. Ömər Xəyyam

M[redaktə]

  • Mənimlə sabaha gəlsəydin; Səni dünəndə buraxmazdım! Tom Robbins
  • Mərcə girərəm, sabah bir fanatik çıxıb tualetə getmək günahdır deyə fitva versə, tualetə getməyib altına qaçıracaq o qədər öküz var ki bu ölkədə (Türkiyə nəzərdə tutulur). Əziz Nesin
  • Musiqimi 20 il əvvəl ya da sabah etmiş olmam əhəmiyyətli deyil. Modaya görə dəyişmir. Altı ayda bir şalvarlarım daralıb genişləmir. Musiqim həmişə olduğum kimi qalır, mən onu elə sevirəm. Corc Harrison

N[redaktə]

  • Necə də qəribədir. Uşaqkən sabah nələr oynaya bilərik deyə düşünərdik. İndi isə sabah həyat bizə nələr oynayacaq deyə düşünürük. Can Dündar
  • Nəyin varsa hamısını nümayiş etdirmə, yoxsa sabah artıq heç kəsi təəccübləndirə bilməyəcəksən. Baltazar Qrasian

Ö[redaktə]

  • Ömür dediyin üç gündür; Dünən gəldi keçdi, sabah bilinmir. Onda ömür dediyin bir gündür; O da bu gündür. Can Yücəl

S[redaktə]

  • Sabah dilim yox olacaqsa, mən bu gün ölməyə hazıram. Rəsul Həmzətov
  • Sabah dodağından gətirilmiş bir qatara alovdur bu qərənfil. Əhməd Haşim
  • Sabah geridə qalan həyatımızın ilk günüdür. Mark Tven
  • Sabah geridə qalan ömürümüzün ilk günüdür. Avraam Linkoln
  • Sabah nə edəcəyini bilməyən insan - bədbəxtdir. Maksim Qorki
  • Sabah oyananda, ya da oyandığımı sananda bu gün haqqında nə deyəcəyəm? Semyuel Bekket
  • "Sabah" sözü uşaqlar və cəsarətsiz adamlar üçün uydurulub. İvan Turgenev
  • Sabah tam başqa bir insan olacağını deyirsən. Niyə bu gündən başlamırsan?. Epiktet
  • Sabah tənbəllərin ən çox işə sahib olduqları gündür. Norveç atalar sözləri
  • Sabah üçün narahat olmayın, daha yaxşı yaşamağı düşünün. Frensis de Sales
  • Sabaha iki gündən sonra elə bildiyin şeyi planlaşdırma. Mark Tven
  • Sevmədiyimiz insanla da elə danışmalıyıq ki, sabah onunla dost olanda dediyimiz sözlərə görə xəcalət çəkməyək. Sədi
  • Siyasətçi sabah, bir həftə sonra, bir ay, bir il sonra nələrin baş verəcəyini öncədən deməlidir. Sonra isə, dediklərinin niyə baş vermədiyini izah edə bilməlidir. Uinston Çörçill

T[redaktə]

Ü[redaktə]

İstinadlar[redaktə]