Məzmuna keç

Ölməz

Müharibənin nəticələrinə, yaşadığı və təbliğ etdiyi yalanlara, oyandırdığı ölməz nifrətə, demokratiyanın yerinə qoyduğu diktaturalara, ondan sonra gələn aclığa görə ondan imtina edirəm. Mən müharibədən imtina edirəm və bir daha heç vaxt birbaşa və ya dolayı yolla başqasına sanksiya və ya dəstək verməyəcəyəm.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bir günahla adam ölməz, günahsız da adam olmaz. Türkmən atalar sözləri
  • Bir millətin, xalqın varını, dövlətini əlindən alsan, o millət ölməz, yaşayar. Ancaq ana dilini əlindən alsan, həmin millət məhv olar, ondan əsər-əlamət qalmaz. Konstantin Uşinski
  • Borclu ölməz, bənizi saralar. Türk atalar sözləri
  • Dahinin daxili iztirabları ölməz əsərlərin ana qucağıdır. Artur Şopenhauer
  • Dirilmə və həyat Mənəm. Mənə iman edən ölsə də, yaşayar, yaşayıb Mənə iman edən də heç vaxt ölməz.[1] İsa
  • Elmlə dirilən ölməz. Əli
  • Əcəl vədə irməyincə kimsə ölməz. Kitabi Dədə Qorqud
  • Ən böyük və ölməz əməllərə can atmaqla yanaşı , etiraf etməyə məcburuq ki, bu dünyada edə biləcəyimiz ən yaxşı şey insanlara sevinc bəxş etməkdir. [2] Peter Rozegger
  • İgid yarasız ölməz. Azərbaycan atalar sözləri/İ
  • İncəsənət həmişə və hər yerdə öz dövrünün gizli etirafı və eyni zamanda ölməz hərəkətidir. Karl Marks
  • İnsan acından ölməz, abrından ölər. [[]Qırğız atalar sözləri]]
  • İnsan okeanda ölməz, gedib bir qaşıq sevdada boğular. Camal Sürəya
  • İnsan ruhunda dərin yuva salan hansısa ölməz instinkt — bu, sadəcə, gözəlik hissidir. Edqar Allan Po
  • İnsan yorğunluqdan ölməz. Kürd atalar sözləri
  • İtlər istəyəndə atlar ölməz. Mirça Luçesku
  • Kim istədiyi kimi yaşasa, istədiyi kimi ölməz. Şəms Təbrizi
  • Kim ki, öz-özünü düşmüşdür başa,
    Ona ölüm yoxdur, o, ölməz haşa...
    Tanısan özünü, köçsən cahandan,
    Yenə bu dünyada yaşayacaqsan. Nizami Gəncəvi
  • Kitab mağazalarında ölülərin ölməz ruhları danışır. Kiçik Plini
  • Müharibənin nəticələrinə, yaşadığı və təbliğ etdiyi yalanlara, oyandırdığı ölməz nifrətə, demokratiyanın yerinə qoyduğu diktaturalara, ondan sonra gələn aclığa görə ondan imtina edirəm. Mən müharibədən imtina edirəm və bir daha heç vaxt birbaşa və ya dolayı yolla başqasına sanksiya və ya dəstək verməyəcəyəm. Harri Emerson Fosdik
  • Paxıl ölər, paxıllıq heç vaxt ölməz. Molyer
  • Sevgidə uğur qazandıqca, Allahın varlığına və ruhun ölməz olduğuna özünüzü inandırırsınız. İdiot
  • Yalnız sizin üçün deyil, vətən üçün ağrılı və böyük bir itki! Onun üçün göz yaşı tökən tək sən deyilsən: Mən səninlə birlikdə ağlayıram və bütün Rusiya ağlayır. Onu özünə çağıran Tanrı, adının və əməllərinin ölməz qalması üçün sənə təsəlli versin. Minnətdar bir vətən onun xidmətlərini heç vaxt unutmayacaq - (I Aleksandrın feldmarşal M.Kutuzovun dul qadınına məktubundan)[3] I Aleksandr

İstinadlar

[redaktə]
  1. Yəhya 11:25-26
  2. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.370
  3. Тарле Евгений Викторович. Березина и гибель великой армии // Нашествие Наполеона на Россию. 1812 год. — М.: Воениздат, 1992. 304 с.