Məzmuna keç

Şir



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Başında şir duran qoyun sürüsü daha qorxuncdur, nəinki başında qoyun duran şirlər. Xabri
  • Bir dəfə aslanın belinə mindinsə enmək çətindir. Çin atalar sözləri
  • Bir qoyun sürüsünün başında bir aslan olması, bir aslan sürüsünün başında bir qoyun olmasından daha yaxşıdır. Daniel Defo
  • Bir quzunun əmr etdiyi bir aslan ordusu məni qorxutmaz. Amma eyni şeyi, bir aslan tərəfindən əmr edilən quzu ordusu üçün söyləyə bilmərəm. Makedoniyalı İsgəndər
  • Bir ölkənin hökmdarı şir, nazirləri pələng, məmurları isə yırtıcı heyvandırlarsa, belə bir dövlətdə yaşayan insanlar məhkum olacaqlar. Çanakya
  • Buzova süd, aslana ət. Amxar atalar sözləri
  • Ehtiras: bu, təravətini itirənlər üçün şirin zəhər, şir iradəsi olanlar üçün isə ürəyi möhkəmləndirib ona güc verən, hörmətlə qorunub saxlanılan şərabların ən yaxşısıdır. Fridrix Nitsşe
  • Elə it yoxdur ki, ölü şirdən qorxmasın. Assuri atalar sözləri
  • Ermənilər şir deyil, güclü dövlətlərə qulluq göstərən çaqqallardır. Serqi Sacaya - Gürcü yazıçısı
  • Eşq aşiqi şir edər, aslanı zəncir edər, bərk daşı şam edər. Yunus Əmrə
  • Gec gəlir, şir kimi gəlir. Tacik atalar sözləri
  • Gül kimi yumşaqlıq göstərmə, gerçək,
    Olma ikiüzlü, bənövşələr tək.
    Ömrü başa vurar şir ürəklilər,
    Öküz ürəklidə olmaz bir hünər. Leyli və Məcnun
  • Həkim şahin baxışa, qız əllərinə, ilan müdrikliyinə və şir ürəyinə malik olmalıdır. İbn Sina
  • Hökmdar bir keyfiyyəti şirdən və durnadan, dörd keyfiyyəti xoruzdan, beşini qarğadan, altısını itdən və üçünü isə eşşəkdən almalıdır. O, şirdən böyük və kiçik olmasından asılı olmayan ən müxtəlif məsələləri həll etməyə daima hazır olmağı öyrənməlidir. O, durnadan hisslərini idarə etməyi, qoyulan məsələni həll etmək üçün düzgün yer və vaxt seçməyi öyrənməlidir. O, xoruzdan dörd şeyi öyrənməlidir: vaxtında durmağı, döyüş ruhuna malik olmağı, müttəfiqlər və tabeliyində olanlar arasında məsuliyyəti müəyyən etməyi və döyüşdən sonra həzz almağı. O, qarğadan beş şeyi mənimsəməlidir: başqalarından gizli intim münasibətdə olmağı, gizli hərəkətləri necə etməyi, düşməni necə gözləməyi və zərərsizləşdirməyi, soyuqqanlı olmağı və hər şeyə qarşı inamsızlığı. İtin insana da xas olan altı üstünlüyü var: daha çoxa malik olma arzusu, aza qane olma bacarığı, dərin yuxu, asan oyanma, yiyəsinə sadiqlik və cəsarət. O, eşşəkdən üç şeyi öyrənməlidir: ağırlığından asılı olmayaraq yük daşımağı, istiyə və soyuğa dözməyi, həmçinin yolun nə qədər uzun və yorucu olmasından asılı olmayaraq razı qalmağı. Bütün bu iyirmi keyfiyyəti özündə cəm edə bilən uzaqgörən insan bütün düşmənlərini məğlub edəcək, özü isə məğlub olmayacaq. Çanakya
  • Mən gah tülkü, gah da şir oluram. İdarəetmənin bütün sirri ondadır ki, nə zaman tülkü, nə zaman isə şir olmağını biləsən. Napoleon Bonapart
  • Nevrozlar xəstəliklərindən tez-tez şikayətlənsələr də, bu haldan zövq almağı yaddan çıxarmırlar. Onlara "gəlin sizi bu xəstəlikdən sağaldım" deyiləndə balasını qoruyan dişi şir kimi özlərini müdafiə edirlər. Ziqmund Freyd
  • Sevgi ağlasığmaz şeyləri yaradacaq qədər güclüdür. O, fəza və zamanın əbədi dəyişməz şərtləri, bədənin acizliyi üzərində qələbə çalır, körpəyə şir gücü verir. Vissarion Belinski
  • Yatmış aslandansa, ayıq çaqqal qorxuludur. Ləzgi atalar sözləri
  • Yeməyi ye ər kimi, işi gör şir kimi. Kürd atalar sözləri
  • Yoxluğundan istifadə et, özünə hörmət edilməsinə və və qiymət verilməsinə nail ol. Əgər göz önündə olmaq məşhurluğu azaldırsa, olmamaq onu çoxaldır. Olmadığı vaxt timsalında şir gördükləri kəs, bir də görürsən, peyda olanda adi və gülünc bir adama çevrilir. Əgər biz onunla həddən artıq yaxından tanış oluruqsa, talantlar parlaqlığını itirir. Hətta görkəmli dahi də işlərdən getməsindən elə yararlanır ki, insanlar onu şərəflə yola salmaq imkanı əldə edirlər və gedişi ətrafında qalxan səs-küy onu düzgün qiymətləndirməyə kömək edir. Baltazar Qrasian

İstinadlar

[redaktə]